Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

"Nobel Oil Services" şirkəti işgüzar tərəfdaşlarını komplayens və korporativ siyasətlərin tələblərinə uyğun davranışa təşviq edən səmərəli Etika və Komplayens proqramını həyata keçirir


Şirkətdən verilən məlumata görə, Etika və Komplayens tələblərinin tətbiq edilməsi strategiyasının bir hissəsi olaraq "Nobel Oil Services" işgüzar əməliyyatlarda şəffaflığın dəstəklənməsi məqsədi ilə şirkətlər qrupunun təchizatçıları üçün təlimatlandırıcı sessiyaların keçirilməsinə başlayıb.
 
Şirkətin baş kommersiya direktoru Eldar Məmmədzadə giriş nitqi ilə Etika və Komplayens bölməsinin əhəmiyyətini və şirkətin əsas dəyərləri (Dürüstlük, Keyfiyyət, Təhlükəsizlik, Vahid Komanda və Mükəmməllik) ruhunda strategiyasının qurulmasında rolunu xüsusi qeyd edib. Bu dəyərləri əsas tutaraq "Nobel Oil Services" şirkəti üçüncü tərəf təchizatçıların şəffaf və səmərəli seçilməsini təmin edir.
 
Şirkətin komplayens üzrə səlahiyyətli nümayəndəsi Nərminə Qardaşxanova təqdimatında baş icraçı direktorun rəhbərlik etdiyi Komplayens komitəsinin strukturu və iş mexanizmi barəsində məlumat verib. Komitə şirkətin korporativ siyasətlərinin və prosedurlarının Birləşmiş Krallığın, eləcə də Azərbaycanın qanunlarına və qaydalarına uyğunluğunu təmin edir. Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkət olaraq "Nobel Oil Services" rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə siyasətini və Davranış Kodeksini müvafiq qaydada tətbiq edib. Şirkət hər hansı şikayətlər yaranarsa təchizatçılar tərəfindən məlumatların verilməsinin təşviqi üçün “Narahatlığını Bölüş” yardım xəttini səmərəli şəkildə idarə edir. Şirkətin Komplayens bölməsi tərəfindən bütün halların ədalətli və qərəzsiz baxılmasına zəmanət verilir.
 
“İşgüzar münasibətlər qurulmazdan öncə təchizatçının uyğunluğunun yoxlanılması məcburi prosesə çevrilib. Bu kimi görüşlərin təchizatçılarla müntəzəm keçirilməsi nəzərdə tutulur ki, bu da prosesin şəffaf aparılması və ən yaxşı təchizatçıların seçilməsini təmin edir. Şirkətin fəaliyyətinə və reputasiyasına mənfi təsir edə bilən istənilən halları aşkar etmək və aradan qaldırmaq üçün yardım xətti ilə daxil olan bütün məlumatları hərtərəfli araşdırırıq", - deyə N.Qardaşxanova bildirib.
 
Görüşün sonunda bir neçə praktiki misallar iştirakçılarla birlikdə müzakirə edilib.

"Nobel Oil Services (UK) Limited" Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib.
 
"Nobel Oil Services" şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar