Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nicat Quliyevin həbsi qanunsuzdur”


“Nicat Quliyevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur”


Vəkil Əfqan Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevlə görüşüb.

Dekabrın 17-də baş tutan görüşdən sonra Məmmədov “Media forum” saytına bildirib ki, Quliyevin işi üzrə heç bir istintaq hərəkəti aparılmır: “O, istintaqa ifadə verməyib, vermək niyyətində də deyil. Nə ifadə verməlidir? Nicat Quliyev hesab edir ki, həbsi qanunsuzdur. Onun evinə qanunsuz basqın olub”.

Vəkil bildirib ki, MTN-in vəsatəti ilə Səbail Rayon Məhkəməsi Quliyevin həbs müddətini iki ay artırıb: “Həbs müddəti gələn il fevralın 7-dək uzadılıb. Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdik. Bakı Apellyasiya Məhkəməsi şikayətimizi təmin etmədi. Nicat Quliyevi əsassız olaraq həbsdə saxlayırlar. MTN istintaqçılarının həbs müddətinin artırılmasına dair vəsatətində şablon sözlər yazılıb. Onlar iddia edirlər ki, Nicat Quliyev azadlıqda olsa, qaçıb gizlənər, istintaqın obyektiv gedişinə mane olar. Bunlar hamısı şablon sözlərdir, 40 il əvvəl dövriyyəyə buraxılıb, indi də işlədilir. İstintaqı aparan orqan həbs müddətinin uzadılması, Nicat Quliyevin həbsdə saxlanması üçün tutarlı fakt göstərə, əsas gətirə bilmir. Biz hesab edirik ki, Nicat Quliyevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Çünki o, cinayət törətməyib, qanunu pozmayıb. Ona görə də harasa getmək, istintaqdan qaçıb gizlənmək niyyətində deyil. İstintaqın gedişinə mane olmaq imkanları da yoxdur”.

Vəkil bildirib ki, Quliyev üzləşdiyi qanunsuzluq və haqsızlığa görə indi də şok vəziyyətindədir: “İki körpə övladı var. Uşaqlar həyat yoldaşının ümidinə qalıb. Baş verənlər Nicat Quliyevin səhhətinə pis təsir edir. Ziyalı adamdır, deyir ki, bu nə işdir başıma gəldi”.

Nicat Quliyev avqustun 7-də həbs olunub. Mili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, o, qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar