Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəzarət olmayan yerdə cinayət olur “– Fikrət Yusifov

Uzun illlərin təcrübəsi göstərir ki, hansı dövlət qurumunun fəaliyyətinə kənardan nəzarət yoxdursa və ya o var, ancaq simvolik bir xarakter daşıyırsa, o yerdə gec-tez ciddi nöqsanlar, çatışmazlıqlar və hətta bəzi hallarda cinayət xarakterli əməllər ortaya çıxır


Daxili “nəzarət” müəssisədəki pozuntuları yalnız müəyyən müddət ictimaiyyətdən gizli saxlaya bilir. Lakin pozuntular artdıqca onları gizlətmək çətinləşir və nəticədə müəssisə daxilində yol verilmiş nöqsanlar (bir çox hallarda məqsədli şəkildə), təhlükəli həddə çataraq hər kəs üçün gözlə görünən həqiqətə çevrilir. Yəni, daxili “nəzarət” kadrların səriştəsizliyi və ya digər səbəblərdən yol verilmiş pozuntuları sonsuza qədər gizlədə bilmir. Necə deyərlər, bir il tez, bir il gec, bütün reallıqların üzərinə işıq salınır. 

***

Dediklərimizə misal olaraq burada biz çox faktları sıralaya bilərik. Hər halda ölkəmizdə daxili “nəzarət”in hesabına uzun illər gözdən-könüldən uzaq dayanıb nöqsanlara yol vermiş xeyli idarə və müəssisələr olub ki, sonradan məhz kənar nəzarət onların bütün daxili çatışmazlıqlarını üzə çıxarıb. Çağdaş dövrümüzə gəldikdə, burada əsas diqqət istər-istəməz bank sektoruna yonəlir. Çünki son dövrlər məhz bu sahədəki problemlər qabarıq şəkildə özünü göstərir. Etiraf etmək lazımdır ki, manat ətrafında yaşanan olaylar dünyada baş verən məlum hadisələrdən dolayı nə qədər təbii xarakterli olsa da, burada sözügedən sahəyə məsul olanların yalnış fəaliyyəti və düzgün qurulmayan pul-kredit siyasətinin işartıları da özünü göstərir. Bəli, manatın zəifləməsinin və ümumən Azərbaycan iqtisadiyyatında yaşanan çətinliklərin  ən başlıca səbəbi neftin dünya bazarlarındakı qiymətinin kəskin dəyişməsidir. Lakin görünən həm də odur ki, ölkənin bank sisteminə məsul olan şəxslər manatın yaranmış situasiyaya tədricən uyğunlaşdırılmasını təmin eəcək zəruri tədbirləri həyata keçirə bilməyiblər… Bu isə heç şübhəsiz ki, hazırlığın olmamasından, fors-major situasiyalara qarşı ümmunitetin yaradılmamasından irəli gəlib. Gəlin baxaq. Ölkədə bank sisteminə nəzarətı Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bankın özü isə praktik olaraq nəzarətdən tam kənardır. Son dəfə Mərkəzi Bankın fəaliyyəti Maliyyə Nazirliyinin təşəbbüsü ilə yaradılmış xüsusi hökumət komissiyası tərəfindən 1994-cü ildə dərindən araşdırıldı. Nə baş vermişdi? Nə üçün belə araşdırma aparmaq zərurəti yaranmışdı? Biz unutmamışıq və xatırlada bilərik: Mərkəzi Bankın keçmiş rəhbərliyinin atdığı səhv addım 2 ay ərzində manatın 10 dəfələrlə dəyərdən düşməsinə və ölkədə hiperinfilyasiyanın baş verməsinə gətirib çıxardı. Hökumət komissiyası apardığı yoxlama ilə Mərkəzi Bank tərəfindən həqiqətən də çox ciddi səhvlərə yol verdiyini aşkarladı. Nəticə etibarı ilə bu vəzifəyə bir neçə ay öncə təyin edilməsinə baxmayaraq bankın rəhbəri  tutduğu vəzifəsindən kənarlaşdırıldı. Əslində bu vəziyyət müəssisədənkənar nəzarətin olmaması səbəbindən baş vermişdi. 

***
Təəssüflər olsun ki, Mərkəzi Bankın fəaliyyəti və milli valyutanın çəkisinin qorunması xüsusunda aparılmış siyasət barədə bu gün də birmənalı şəkildə müsbət fikir söyləmək çətindir. Ölkəyə neft dollarlları gəlməyə başlayandan pul-kredit siyasətində yol verilən səhvlər son nəticədə milli valyutanı hörmətdən saldı və ölkənin pul-kredit sistemi təhlükəli həddə qədər dollarlaşdırıldı. Bu gün dollarla olan kreditlərə görə yüz minlərlə insanı, dollarla olan əmanətlərə görə isə bank sistemini ciddi bir zərbə altında saxlayan mövcud vəziyyət Mərkəzi Bankın bir neçə il ərzində apardığı səhv pul-kredit  siyasətinin məhsuludur. Heç bir təşkilat dövlətin müəssisədənkənar nəzarətindən və ictimai nəzarətdən kənarda qala bilməz. Müəssisədənkənar nəzarəti isə ölkədə bu işə məsul olan strukturlar aparmalıdırlar. Bu təşkilatlardan biri də Hesablama Palatasıdı. Çox təssüflə də olsa demək lazımdır ki, bu gün öz fəaliyyəti ilə praktiki olaraq Maliyyə Nazirliyinin nəzarət funksiyalarını təkrarlayan və bu orbitdən kənara çıxmağı hələ ki, bacarmayan Hesablama Palatası da öz işlərini ona aid kompitensiyaya uyğun qura bilmir. Hesablama Palatası rayon büdcələrinin icrası vəziyətini yoxlamamalıdır (hərçənd seçmə qaydada bəzən bir rayonun büdcəsinin Maliyyə Nazirliyi tərəfindən nə qədər obyektiv yoxlandığını təkrar araşdıra bilər), onun fəaliyyət sferasına büdcə, vergi, pul-kredit siyasətinin nə qədər düzgün müəyyənləşdirilməsi, dövlət vəsaitlərinin sahələr üzrə bölüşdürülməsinin səmərəliliyinin müəyyən edilməsi kimi ciddi işlər daxil olmalıdı. Maliyyə Nazirliyinin filialı kimi fəaliyyət göstərmək bir tərəfdən bu təşkilatı nüfuzdan salır, digər tərəfdən isə cəmiyyət onun işini görə bilmir...

***

Odur ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında əslində müəssisədaxili nəzarət funksiyalarını yerinə yetirən Maliyyə Monitorinqi Xidmətini ləğv edib, yerində müəssisədənkənar nəzarəti həyata keçirəcək Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratması hazırkı dönəmdə olduqca əhəmiyyətli  addım kimi qiymətləndirilməlidir. Cənab Prezident bu addımı ilə bir daha göstərdi ki, o, ayrı-ayrı sahələrdəki mövcud boşluqları və effektli fəaliyyətə əngəl törədən ən xırda məqamları belə dəqiq müəyyənləşdirir. Bu qərar maliyyə bazarına nəzarətə keyfiyyət baxımından tam yeni və dünyada sınaqdan çıxmış yanaşmanın ortaya qoyulması deməkdir. Ölkənin maliyyə sektorunda nəzarətin çevikliyini, səmərəliliyini və şəffaflığını artırmağa hesablanmış bu addım tərəfimizdən yüksək qiymətləndirilir. Hesab edirik ki,  nəticə özünü çox gözlətməyəcək.

Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar