Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nemət Pənahlının vəziyyəti heç yaxşı deyil” – Həyat yoldaşı


Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə uzunmüddətli görüş verilib


Məhbusun həyat yoldaşı Həcər Pənahlı açıqlamasında deyib ki, görüş yanvarın 26-da olub:

“Üç gün qaldım, Neməti heç yaxşı görmədim. Yarımcan olub, oranın şəraiti də bərbad gündədir, üstəlik özüm də xəstələnmişəm. Nemətin səhhəti heç yaxşı deyil, şəkər xəstəliyi ona çox əziyyət verir. Həkimə müraciət etməyin mənası yoxdur. Gündəlik şəkər dərmanı qəbul edir, vəssalam. Onun səhhətinə saxlanma şəraiti təsir edir. Əfv sərəncamının ona şamil olunmayacağını əvvəlcədən bilirdi. Mənə də deyirdi ki, “gözləmə, məni əfvə salmayacaqlar”.

Hazırda Nemətin həbsxanasında heç bir problemi yoxdur. Tək otaqlı kamerada qalır, yanına digər məhbuslar salınmır. Ona belə daha rahatdır. Nə aparmışıqsa, götürüblər, problem yaratmırlar. İctimiyyətdə gedən məlumatları radiodan dinləyir”.

6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar