Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəhəng“ Britaniya-Türkiyə anlaşması ola bilər

Britaniyanın xarici işlər naziri Boris Johnson Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsindən sonra Türkiyə ilə "nəhəng" azad ticarət müqaviləsi istədiyini deyib


Milli.az BBC-yə istinadən bildirir ki, Ankaraya səfəri zaman cənab Johnson əlavə edib ki, Türkiyə və Böyük Britaniya Suriyə məsələsində eyni mövqedədirlər.

O, iki ölkəni "yeni tərəfdarşlığa" çağırıb.

O həmçinin jurnalistlərə, Türkiyə prezidenti Erdoğan barədə "təhqiramiz" şeirinin türk rəsmilərilə söhbətlərdə müzakirə olunmadığını deyib.

Türkiyə Avropa İttifaqının (Aİ) üzvü olmasa da, uzun zamandır ki, təşkilata üzv olmağı arzu edir.

Türkiyənin Aİ-yə namizədliyi, Britaniyanın Aİ-ni tərk etməsinə dair keçirlmiş referendumda böyük rol oynayıb və Boris Johnson Aİ-nı tərk etmə kampaniyasının liderlərindən biridir.

"Gözəl paltaryuyan maşın"

Aİ-ni tərk etdikdən sonra Britaniya başqa ölkələrlə ticarət müqavilələri bağlaya biləcək.
Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömer Çelik ilə birgə mətbuat konfransında iştirak edən cənab Johnson deyib ki, "Türk mallarının ən böyük idxalçılarından biri olmaqla Böyük Britaniyanın bəxti gətiribdir. Mən, ölkəmdə bir çox başqaları kimi, fəxr edirəm ki, gözəl və yaxşı işləyən türk paltaryuyan maşınına sahibəm".

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə başqa birgə mətbuat konfransı çıxışında o deyib ki, "Mənim arzu etdiyim odur ki, Birləşmil Krallıq və Türkiyə arasında nəhəng azad ticarət müqaviləsi bağlansın".
"Biz Avropa İttifqaını tərk edirik, amma biz Avropanı tərk etmirik", o əlavə edib.

Səfərində xarici işlər naziri qaçqın düşərgəsini ziyarət edib və beynəlxalq ictimaiyyəti Suriyada "qırğını dayandırmaq üçün" Rusiyaya təzyiq etməyə çağırıb.

Referendum öncəsi kampaniyada istifadə etdiyi ifadələrə görəTürkiyənin baş naziri onun "türklərin rəğbətini qazanmağa" ehtiyacı olduğunu deyib.

"Nə deyim, allah ona hidayət versin", Türkiyə baş naziri iyul ayında BBC-ə bildirmişdi.

Türk əsilli Boris Johnson, Britaniyanın Spectator jurnalının may ayında, Türkiyə prezidenti Recep Tayyip Erdoğan barədə keçirdiyi təhqiramız şeirlər müsabiqəsini qazanan şeiri yazdığına görə tənqidlə üzləşib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar