“Neftçi” heyətinə yeni transferini reallaşdırmaq üzrədir
"Ağ-qaralar" paraqvaylı futbolçu ilə anlaşıb. Paytaxt təmsilçisi Fransisko "Qato" Qarsiyanın keçidini həll edib. Paraqvaylı yarımmüdafiəçi "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıdadır. 26 yaşlı yarımmüdafiəçinin son klubu Paraqvayın "Cerro Pertono" komandası olub. "Neftçi" Aqil Məmmədov ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə") və Fərid Abbaslını ("Binə") transfer edib. (goal.az)
pia.az