Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft hasilatı azaldılmalıdır” - Natiq Əliyev


Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmanın müddətinin uzadılmasını dəstəkləyir


PİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.

"Bildiyiniz kimi, mayın 24-də OPEC üzvləri və kartelə daxil olmayan ölkələrin nümayəndələri bir daha toplaşacaq və Monitorinq Qrupunun hesabatı dinləniləcək. Bu hesabatdan və müzakirələrdən asılı olaraq, hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək. Lakin mən hesab edirəm ki, ötən ilin dekabr ayında qəbul edilən qərar bazara öz müsbət təsirini göstərdi.

Biz görürük ki, cari ilin yanvar ayından, yəni hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın qüvvəyə mindiyi vaxtda etibarən neftin qiyməti stabil olaraq 50-60 dollar arasında qalmaqdadır. Bu, onu göstərir ki, görülmüş tədbirlər bazara müsbət təsirini göstərdi. Bu səbəbdən hesab edirəm ki, stabilliyin qorunması və daha yaxşı nailiyyətlər əldə etmək üçün hasilatın azaldılması ilə bağlı razılaşmanın müddəti uzadılmalıdır. Bu qərar Azərbaycanın xeyrinədir", - deyə nazir qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar