Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə dialoq, BMT-yə, ATƏT-ə məktub yazsınlar”


Siyavuş Novruzovdan müxalifətə məsləhət


Çoxdandır nəzərdə tutulan iqtidar-müxalifət dialoqu baş tutmur. Müxalifət nümayəndələri belə bir görüşün gerçəkləşməsi üçün qarşı tərəfin təşəbbüs göstərməli olduğunu deyir.

Bəzi müxalifətçilər, görüş baş tutacağı təqdirdə iştirakdan imtina edəcəklərini desə də, bəziləri təşəbbüsü dəyərləndirəcəyini istisna etmir. Bəs, hakim partiya nə düşünür?! Müxalifətlə dialoq vacibdirmi?! Yaxın zamanlarda iqtidar-müxalifət dialoqu gerçəkləşə bilərmi?!

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında cavabsız qalan bu kimi suallara aydınlıq gətirib. O, bildirib ki, dialoq məsələsi qarşılıqlı olmalıdır.

“Hansısa tərəfin dəvətindən asılı olmayaraq, bu məsələ qarşılıqlı məsələdir. O baxımdan da müəyyən məsələlər var ki, qarşı tərəfi narahat edir, onu yazılı formada təqdim edirlər. Gəlin, diqqət edək! Dialoq nə deməkdir? Nəyə görə aparılmalıdır?!

Adətən, dialoqun həyata keçirilməsi ciddi problem olanda reallaşır. Ölkədə sabitlik hökm sürür, iqtisadi inkişaf var, sosial problemlər həll olunur, yeni iş yerləri açılır. Həmçinin cənab Prezident regionlara səfər edərək insanlarla görüşür. Hər bir iş öz qaydasında gedir. Müxalifəti narahat edən nə məsələ var ki, dialoq da istəyir?! Məsələn, götürək, Suriya dövlətini. İqtidar müxalifətlə dialoqa getməyə məcbur olub və yaxud da, başqa bir ölkədə iqtidar-müxalifət bir araya gəlir. Azərbacanda nə baş verib ki, dialoqa da ehtiyac yaransın?!”.

YAP rəsmisi onu da əlavə edib ki, müxalifət dialoq istəyirsə, Prezidentin son çıxışlarına diqqət etsin.

Bu yaxınlarda cənab Prezidentin ciddi bəyanatları oldu. Münaqişənin həm müharibə yolu, həm də sülh yolu ilə həll olunması, Dağlıq Qarabağa status verilməsi ilə əlaqədar fikirlər səsləndirdi.

Bax, bu məsələlərlə bağlı müxalifət ortaya mövqe qoysun və yaxud da dəstək göstərsin. Cənab Prezident çıxışında qeyd edib ki, Dağlıq Qarabağla bağlı bizə təzyiqlər var.

BMT-yə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub yazsınlar. Dağlıq Qarabağ təkcə iqtidarın deyil ki! Həm də müxalifətindir. Ona görə də nəyin dialoqunu aparacağıqsa, onu izah etsinlər. Sonra yerdə qalan məsələləri mən şərh edərəm”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar