Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə Azərbaycan səfiri, nə ÜAK rəhbərliyi intriqalara son qoya bilmədilər”


“Məndə olan məlumata görə, Ədliyyə Nazirliyinin üç il ard-arda onlara qarşı bir neçə bənd üzrə iradları olub. Hətta "ictimai birliklər haqqında" Rusiya qanunvericiliyinə əlavə edilmiş sonuncu tələblər ÜAK-da yerinə yetirilməyib. Amma onların probleminin real səbəbini 5 ildən çoxdur ÜAK-ın icraçı direktoru olan İlqar Hacıyev bilə bilər”


Bu sözləri  contact.az-a prezident V.V.Putinin səlahiyyətli nümayəndəsi və Rusiya Strateji Modelləşdirmə və İnkişaf Mərkəzinin prezidenti Söyün Sadıqov ÜAK-la bağlı qalmaqalı şərh edərkən deyib.

Onun sözlərinə görə, ÜAK və bir sıra digər təşkilatlar Rusiyanın ictimai təşkilatlarıdır və qismən Rusiyanın vətəndaş cəmiyyətidir: “Onları Azərbaycan səfirliyi və səfiri ilə əlaqələndirmək doğru deyil, ictimai fəallar səfirliyin yalnız mənəvi dəstəyinə ümid edə, onların tədbirlərində iştirak edə bilərlər. Təəssüf ki, səfir və səfirlik işçiləri ilə bəzi ÜAK üzvləri və regional təşkilatlar arasında intriqalar yaranıb, onlar ÜAK-ın 2016-cı ilin dekabrında keçirilən qurultayında açıq görünürdü. Nə Azərbaycan səfiri, nə ÜAK rəhbərliyi qapalı qapılar arxasında toplanıb fikir ayrılıqlarını ifadə edə, intriqalara son qoya bilmədilər”.

S. Sadıqovun sözlərinə görə,  ÜAK-ın aprelin 11-nə qədər Rusiya hökumətinin bütün iradlarını aradan qaldırmaq və göstərişlərinə riayət etmək imkanı var. Əsas bu məsələyə məsuliyyətli yanaşmaqdır.

S.Sadıqov qeyd edib ki, ÜAK Rusiyada yeganə təşkilat deyil. Rusiya Məhkəməsi ÜAK-ın mərkəzi aparatının ləğvi haqqında qərar qəbul etsə də, məhkəmənin bu qərarı ÜAK-ın ayrı hüquqi şəxslər kimi qeydiyyatdan keçmiş regional təşkilatlarına şamil olunmayacaq: “Rusiyada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Dünya Azərbaycanlıları İttifaqı, AMOR (Rusiya Azərbaycanlılarının Gənclər Təşkilatı) və yerli və regional səviyyədə azərbaycanlıların bir çox digər müxtəlif ictimai təşkilatları fəaliyyət göstərir. Buna görə Rusiya Azərbaycanlıları ÜAK-ın ləğvini normal qəbul edəcəklər. İstək olsa, daha bir neçə belə federal təşkilat yaratmaq olar”.

S.Sadıqovun sözlərinə görə, ölkədə dilin, mədəniyyətin, adət-ənənələrin və millətlərarası razılığın qorunub saxlanması ilə məşğul olan etnik ictimai təşkilatların mövcudluğu Rusiya dövləti üçün siyasi cəhətdən sərfəli və faydalıdır. Amma bu təşkilatlar Rusiya qanunvericiliyinə və nizamnaməyə riayət etməlidirlər. Rusiya qanunvericiliyinə riayət etmədiklərinə görə artıq Qaraçay, Serbiya, Gürcüstan, Ermənistan, Yəhudi, Mordov ictimai təşkilatları bağlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar