Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. 

Prosesdə nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyev zərərçəkmiş şəxs qismində tərəflərin suallarını cavablandırıb.

Əvvəlcə R.Əhmədovun vəkili Adəm Məmmədov Ç.Baxşıyevdən qatıq və çay bankalarının içərisindəki qızılların hansı çəkidə olduğunu soruşub. Ç.Baxşıyev vəkilin sualını cavablandırmaq istəməyib: “İttihamda hər şey yazılıb, siyahı da göstərilib. 70 ədəd “monet”, 400 ədəd onluq, 8 ədəd 7,5-lik…”

“Bu qədər qızılı hardan əldə etmisiniz?”

Hakim Rasim Sadıxov zərərçəkmişdən sözügedən külli miqdarda qızılları nə zaman və necə əldə etdiyini soruşub: “Hamıya maraqlıdır, siz hansı vəzifədə işləmisiniz, qızılları hansı yolla əldə etmişiniz?”.

Ç.Baxşıyev qızılların böyük əksəriyyətinin ona atasından miras qaldığını bildirib: “Bişkekdə ən böyük avtobazada müdir işləmişəm. Daşkənddə xəz- dəri fabrikim olub. SSRİ-nin iflasından sonra 11 il Almaniyada, Avstriyada, Türkiyədə yaşamışam, bizneslə məşğul olmuşam. Qızılların çoxusu atamdan miras qalıb. Atam 50 il Qırğızıstanda rəhbər vəzifələrdə işləyib. Qızıl-zinət əşyalarının içərisində elələri var ki, onlardan Azərbaycanda yoxdur. Çox az hissəsini sonradan özüm işləyəndə almışam”.

Hakimin suallarını cavablandıran Ç.Baxşıyev 2003-cü ildən Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, 2014-cü ilin yanvar ayından isə Ziya Məmmədovun müşaviri təyin olunduğunu, 8 aydır təqaüdə çıxdığını bildirib.

“30-40 milyon avrolar kimin idi?”

Vəkil Adəm Məmmədov Ç.Baxşıyevdən Salyan rayonundə tibb müəssisəsi olub-olmadığını xəbər alıb. Ç.Baxşıyev “xeyr” deməklə kifayətlənib. Hakim qeyd edib ki, Salyan rayonunda Rövşən Əhmədovun adına Stomatoloji klinika var.

Vəkil A.Məmmədov sözügedən klinikanın Ç.Baxşıyev tərəfindən müdafiə etdiyi şəxsin adına keçirildiyini məhkəmənin diqqətinə çatdırıb: “Əgər Rövşən dələduz olmuş olsaydı, Çingiz Baxşıyev bunu etməzdi. Qızıldan tutmuş, torpaq, xəstəxanaya qədər milyonlarla dəyəri olan hər şeyi onun özünə təhvil verib, aldatmaq istəsəydi elə kilinikanı ələ keçirərdi”.

Ç.Baxşıyev qızıldan başqa R.Əhmədova heç nə etibar etmədiyini deyib.

Bayaqdan bəri sakitcə dayanıb, şüşə kabinadan prosesin gedişatını izləyən R.Əhmədov dözmədi: “Bəs mənim evimdə saxlanılan 30-40 milyon avrolar kimin idi? Bu pullar hamısı kimə məxsus idi? Sənin deyildi?”

“Hamısı ağ yalandır”

Ötən prosesdə olduğu kimi, bu dəfə də R.Əhmədovun onu zəhərlədiyini iddia edən Ç.Baxışev bunu təqsirlındirilən şəxsin bacılarının da təsdiq etdiyini bildirib: “Rövşənin bacısını döyməsi ilə bağlı Salyanda məhkəmə prosesi keçirilərkən Zərinə ilə Ruhəngiz ona deyiblər ki, niyə Çingizi zəhərləmisən. Rövşənin arvadı isə deyib ki, ağlı var idi, içməzdi”.

R.Əhmədov zərərçəkənin dediklərini “ağ yalan” adlandırıb: “Yalan deyir. Bacılarım heç məhkəmədə olmayıb. Fevral ayının soyuğunda bulvarda kim su içər? Onun evinin bütün ərzaqlarını, bazarlığını mən etmişəm. Əti, balığı Salyandan mən alıb gətirmişəm. Hər zaman mənə etibar ediblər”.

“Mətbuatda yazırlar ki…”

Ç.Baxşıyev daha sonra 8 aydan bəri barəsində mətbuatda yazılanlara etirazını bildirib və növbəti prosesin qapalı keçirilməsini istəyib:”Qızılların yerini soruşanda dedi ki, sənə müharibə elan edirəm. Sonradan mətbuatda yazıldı ki, guya 50 kiloqram qızıl olub. Bu cür olmayıb axı. Bu gün məhkəmə keçsin, yenə eyni şeyləri yazacaqlar”.

Hakim R.Sadıxov zalda əyləşən mətbuat nümayəndələrini 16 ildir tanıdığını və indiyə qədər heç birinin yanlış məlumatını oxumadığını deyib. Bununla belə, hakim media nümayəndələrini obyektiv olmağa dəvət edib.

“Qızılları kürəkəninə vermişəm”

Bundan sonra təqsirlənririlən Rövşən Əhmədov ifadə verib. O, ifadəsində qohumu Çingiz Baxşıyevin illərlə ona malını, mülkünü, qızıllarını etibar etdiyini deyib: “2003-cü ildən Çingizin yanında işləmişəm. O vaxtdan bəri bunun bütün qiymətli əşyaları mənim evimdə olub. 30-40 milyon avroları, külli miqdarda qızıllarını evimdə saxlamışam. Böyük bilmişəm həmişə. Qızımın toyu olacaqdı deyə, Çingizin mənə verdiyi 3 qab qızılı istədim ki, verim özü saxlasın, toydan sonra yenə götürüb saxlayaram. İnanın, yoldaşımla birgə nə toya, nə yasa gedə bilirdik. Onun pullarına, qızıllarına görə ikimiz birlikdə heç yerə çıxmırdıq. Birimiz mütləq evdə qalırdıq. Fevralın 12-də Çingiz gəldi Qırğızıstandan. Zəngləşib qızılları evinə apardım. Blokda zəng vurdum ki, gətirmişəm. Dedi, apar ver, qızım Fatiməgilə. Onun dediyi kimi etdim. Fatiməgilə gəlib qapını döydüm. Qapını Fatimənin yoldaşı Ayaz açdı. Zəng vurub Çingizdən Fatimənim evdə olmadığnı, qızılları Ayaza verib-verməməyimi soruşdum. Dedi ki, ver. Mən də verdim”.

“Necə almışam, elə də qaytarmışam”

R.Əhmədov ifadəsində göstərib ki, qızılların çəkisinin az olması barədə onun qızı Fatimə bir neçə aydan sonra atasına bildirib: “Allaha and olsun ki, qızılların ağzı skoçla bağlı idi. Necə verib, elə də qaytarmışam. Fatimə qızılların yarısının yerində olmadığını bir neçə aydan sonra xaricdə müalicə alan atasına deyib. Axı Fatimə nə qədər qızıl olduğunu bilmirdi?!

Çingiz xaricdən gələndən sonra məni çağırıb dedi ki, qızıllar yoxdur. Qatıq, çay bankasından ibarət 3 qabda olan qızılların ikisi mən gedərkən açılmışdı. Birini isə mənim yanımda açdı, içərisində 700 qramlıq kəmər, 150 minlik brilyant, 15 minlik siqaret qabı, 350 və 140 minlik saatlar vardı”.

“Qızılları oğlu ilə kürəkəni aparıb”

R.Əhmədov qızılların yoxa çıxmasında Çingiz Baxşıyevin kürəkəni ilə oğlunun əli olduğunu açıqlayıb: “Çingizin oğlu Nərimanla kürəkəni, Fatimənin həyat yoldaşı Ayaz şərikli iş görürdülər. Onların Avstriyada biznesləri vardı. Bu hadisədən bir müddət əvvəl Nəriman zəng vurub deyirdi ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovla bankla iş görüblər, pulu ödənilməyib. Nərimandan pul tələb edəndə isə qızlllar yoxa çıxıb. Qızının əri ilə oğlu Avstriyada dükan açıblar, qızılları onlar aparıblar”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, Ç.Baxşıyevin və qızlarının istintaqa verdikləri ifadələr həqiqəti əks etdirmir: “Hamı maraqlana bilər. Onluq qızıl sikkələr 440 manat, beşlik isə 220 manatdır. Çingiz və qızları deyirlər ki, 800 minlik qızıl sikkələr yoxa çıxıb. 800 minlik onluq sikkə 2 min ədəd edir. Bunun o yan bu yanı olmur. Belə olan təqdirdəsə qızıllar 16 kiloqram edir. Onda sual olunur: üç ədəd iki kiloqramlıq bankaya 16 kilo qızılı necə yerləşdiriblər?”

Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar