Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görülüb

“Nar” 21 fevral 2018-ci il tarixində “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görüldü


Təşkilatçılar “Nar”-ın müasir trendlərə uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirdi.
 
“İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsi göstərilir.
 
Mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke öz çıxışında müasir texnologiyalar və davamlı sərmayələr sayəsində “Nar” operatorunun hər bir istifadəçiyə əlverişli qiymətə yüksəkkeyfiyyətli xidmətlər təklif etdiyini vurğulayıb.
 
“Müasir texnologiyaları tətbiq etməklə və davamlı sərmayə yatırmaqla “Nar” sərfəli qiymətə keyfiyyətli xidmətlər təklif edir. Öz biznes strategiyamızı təkmilləşdirməklə şirkətimizin məhsuldarlığını yüksəltdik. Eyni zamanda, hər bir kəsin asanlıqla yararlana biləcəyi sadə təkliflər irəli sürdük. Nəticə etibarilə, “Nar” artıq xalqın seçimi olan bir brendə çevrilməkdədir. Müştəriləri və tərəfdaşlarının düşüncələrinə önəm verən bir şirkət olaraq aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə cənab Panke qeyd edib.
 
Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, bölgələrdə LTE şəbəkəsini yaradıb, “HD Voice” (High Definition) xidmətini tətbiq edib, Bakı metropolitenini də əhatə edən yüksəksürətli mobil internet şəbəkəsi yaradıb. 2017-ci ilin son rübündə “Nar” şəbəkəsi “P3 Communications” tərəfindən aparılan müstəqil şəbəkə sınaqları nəticəsində ölkədə “mobil zənglər üçün ən yaxşı şəbəkə” olaraq göstərildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar