Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə etdi


Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi. 

Azərbaycan Respublikası Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim edilən kitablar əsasən məktəbəqədər yaş qrupunu və ibtidai sinifləri əhatə edir. Bura nağıllar, məktəbə hazırlıq üçün əlifba, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftərləri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edildi.  

“Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində mütəmadi olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Elm, təhsil və maariflənmənin inkişafına dəstək “Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması bu mənada xüsusi önəm kəsb edir.  

“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.     

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar