Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Narkotik tələbatımı ödəmək üçün oğurluq eləmişəm“


"20 avtomobili soyan narkoman: Ağrılarım var, çəkirəm, iyləyirəm


Paytaxtın Xətai rayonunda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb.
 
Bakı şəhər sakini Elnur Hüseynov Xətai rayonu, Zığ yolu, ev 42-nin qarşısında “KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə 6 ədəd bankomat kartı və geyim əşyası oğurlanması parədə polisə məlumat verib.
 
Xətai rayon polis idarəsinin əməliyyatçıları tez bir zamanda həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini 35 yaşlı Samir Babayevi saxlayaraq istintaqa təhvil veriblər. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. Samir Babayevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində  onun silsilə oğurluqlar törətməsi üzə çıxıb.
 
3 ilə yaxındır ki, narkotik aludəçisi olduğunu deyən Samir oğurluqları da məhz narkotikə olan tələbatını ödəmək üçün etdiyini söyləyib.
 
Samir Babayev - saxlanılan şəxs: "Xətai rayonunda olub bir dəfə, öz ərazimizdə, Əhmədli tərəfdə. Maşının şüşəsini sındırıb, girmişəm maşına, pul çıxıb oradan. Çox vaxt pul çıxmırdı. Təxminən, 16-17 maşın olub. Narkotik tələbatımı ödəmək üçün oğurluq eləmişəm. Ağrılarım var, çəkirəm, iyləyirəm".
 
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. (Region TV)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar