Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Namiq özü bizi atıb getdi“


“Namiqlə çox xoşbəxt idik, Aygün Kazımova ilə tanış olandan sonra ailəmiz dağıldı”


PİA.AZ-ın məlumatına görə, bunu "azvision.az"a açıqlamasında məşhur meyxanaçı Namiq Qaraçuxurlunun indiyədək hamıdan gizlətdiyi keçmiş həyat yoldaşı Solmaz Şükürova bildirib.

Namiq Qaraçuxurlu ilə evliliyindən 2 oğlunun dünyaya gəldiyini deyən S.Şükürova meyxanaçının hamıdan gizlətdiyi böyük sirri açaraq onu şan-şöhrətə görə övladlarını atmaqda ittiham edib:

“Namiq artıq özü danışdığı yalanların məsuliyyətini daşımalıdır. O, şan-şöhrətə görə iki oğlunu atıb getdi. Amma artıq faktlar qarşısından heç yerə qaça bilməyəcək. Namiq Ümidlə Ülvinin atasıdır. Biz Aygünə görə ayrılmışıq. Ayrıldıq deyəndə ki, Namiq özü bizi atıb getdi. Onda Ülvi 4 aylıq, Ümid isə yaş yarım idi. 

2005-ci ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsində rəsmən boşanmışıq. Mənim nəsə gizlətməyə və gizlənməyə ehtiyacım yoxdur. Çünki hər şey rəsmi olub, evlənməyimiz də, boşanmağımız da”.
S.Şükürova Namiq Qaraçuxurluya olan sevgisindən indiyədək ailə qurmadığını deyib.

“Sadəcə bu günə qədər uşaqlarımın atası kimi Namiqə hörmət etdiyimdən susmuşam. Ailə də qurmadım, çünki uşaqlarımı hansısa yad bir kişi ilə böyütmək istəmədim. Ona görə ki, dünyada Namiqdən başqa heç bir kişi onlara atalıq edə bilməz. Kişilər çox eqoist olur. Başqa nə bilmək istəyirsizsə, Namiqdən soruşun”.
Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat yoldaşına 2 ev bağışlayıb.

“Boşananda Namiq mənə iki ev verdi. Sonra 8 il heç bir münasibətimiz olmadı. Son iki ildir ki, hərdən uşaqlara zəng edir. Uşaqlarım atasını çox istəyirlər. Çünki mən heç vaxt Namiqi oğlanlarımın gözündən salmağa çalışmamışam, əksinə heç vaxt istəməmişəm ki, onların içində nifrət olsun. Uşaqlarımı sevgi dolu böyütmüşəm. Onları atalarının da yerinə sevmişəm. Bizi tanıyan hamı deyir ki, bu uşaqlar atalı uşaqlardan ürəkli oğullardır. 11 ildir uşaqlarımı öz əziyyətimlə böyütmüşəm. Namiq Allah qarşısında cavab verəcək”.

BDU-nin Hüquq fakültəsini bitirdiyini deyən S.Şükürova hazırda hüquqşünas kimi fəaliyyət göstərdiyini qeyd edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar