Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“NATO Rusiya ilə qarşıdurmaya hazırdır”


Şərqi Avropa ölkələrinin NATO-ya çağırışının arxasında dayanan plan
NATO-ya daxil olan Şərqi Avropa dövlətləri, alyansdan onların ölkələrindəkı hərbi kontingentin qalma müddətini uzatmağı istəyirlər


Digər tərəfdən isə onlar NATO-nun Brüsseldəki mənzil-qərargahından gələ biləcək formal siyasi qərarı gözləmədən, həmin hərbi hissələrə Rusiyanın müdaxiləsinə qarşı çevik reaksiya göstərmək hüququnun verilməsinə çağırırlar. 

Bu barədə “The Wasington Post” qəzeti yazıb. Bildirilir ki, iyul ayında NATO-nun Varşavada keçirilən sammitində Baltik ölkələri alyansdan xahiş edəcəklər ki, onlar bu ölkələrdə kifayət qədər güclü hərbi birləşmələrin saxlanması barədə qətiyyətli bəyanat səsləndirsinlər. Latviyanın xarici işlər naziri Edqar Rinkeviç məsələ ilə əlaqədar deyib: “NATO qoşunları Baltik ölkələrində lazımi qədər çox qalmalıdırlar, çünki bizim elə bir qonşumuz var ki... Latviya alyansın ona qarşı münasibətini çox yüksək qiymətləndirir, lakin buna baxmayaraq, NATO Pribaltikadakı ağır silahların və həmçinin də tankların sayını artırmalıdır”.

Bu çağırışlar NATO-nun Mərkəzi və Şərqi Avropada hərbi kontingentinin sayının artırılması barədə qərarından sonra səslənib. Bundan başqa, ABŞ-ın büdcə layihəsində Rusiya ilə sərhəddə yerləşən ölkələrdə hərbi təlimlərə ayrılan xərclər dörd dəfə artırılaraq, 3.4 milyard dollara çatdırılıb.

ABŞ Konqresində çıxış edən NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav bildirib ki, Rusiya ABŞ və onun avropalı müttəfiqləri üçün təhlükədir. Bridlav deyib: “Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsi, digər yandan isə rusların NATO sərhədləri yaxınlığında təxribatçı hərəkətləri Rusiyanın bizim düşmənimiz olmağa qərar verdiyini göstərir”.



Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Şərqi Avropa dövlətlərinin NATO-ya çağırışı NATO-nun çevik qüvvələrinin Baltikyanı, Şərqi Avropa ölkələrində yerləşdirilməsinə, mövcud hərbi kontingentin artırılmasına hazırlıqdır. Rusiyanın Ukrayna ərazilərini ələ keçirməsindən sonra ABŞ, NATO bu ölkələrdə möhkəmlənmək qərarındadırlar: “Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin Rusiya tərəfindən işğal və ilhaq olunması siqnal idi. Lakin bu siqnala nə ABŞ, nə NATO, nə də Avropa Birliyi adekvat cavab verə bilmədi. Bunun da nəticəsində Rusiyanın aqressiv hərbi genişlənmə siyasəti davam elədi və 2014-cü ildə Ukraynaya çatdı. Krım işğal edildi, sonra isə Donbasa hərbi təcavüz oldu. O zaman artıq ABŞ və Qərb ayıldı. 

Anladılar ki, Putin Rusiyası durdurulmadan onların regionda, dünyada apardığı siyasət nəticəsiz qalacaq. Ukrayna məsələsi həm Avropa Birliyi, həm ABŞ, həm NATO üçün həlledici məsələdir. Ona görə ki, Qərb Ukraynanı yeni Avropa təhlükəsizlik sisteminin məhəng daşı hesab edir. Yeni imperiya siyasəti aparan Rusiya üçün isə Ukrayna imperiyanın tarixi kökü hesab edilir. Rus imperiyası məhz Kiyevdən doğub. Ukrayna varsa yeni imperiya var, Ukrayna yoxdursa, yeni Rus imperiyası da yoxdur. 



O baxımdan Ukraynada Rusiyanın hərəkətə keçməsi ABŞ-ı da, NATO-nu da ayıltdı. 2014-cü ildə Krımın işğalından sonra Üçtərəfli Komissiya Putin hakimiyyətinin durdurulması haqqında qərar verdi. Əslində bu, Putinin devrilməsi haqqında qərar hesab edilə bilər. Buna iki illik hazırlıq tələb olunurdu. Bu iki illik hazırlıq 2016-cı ildə başa çatır. Bu iki illik hazırlığın tərkib hissələrindən biri də Şərqi Avropa ölkələrində NATO hərbi kontingentinin saxlanması və sayının artırılmasıdır”.

S.Əkbərin sözlərinə görə, Rusiyanı durdurmaq artıq NATOABŞ üçün başlıca strateji hədəfdir. Mərkəzi və Şərqi Avropada NATO-nun hərbi iştirakını artırmaq, silahları modernləşdirmək planı bu hədəfə çatmaq üçündür. 

ABŞ-la NATO ciddi bir hazırlıq planı həyata keçirir. Bu hazırlıq planının komponentlərindən biri NATO-nun çevik reaksiya qüvvələrinin yaradılmasıdır: “Bu qüvvələr 60 min nəfərin üzərində olacaq. Artıq bu qüvvələrin 3 mini döyüşə hazır vəziyyətə gətirilib. NATO-nun çevik qüvvələrinin əsasən 6 ölkədə yerləşdirilməsi nəzərdə tutulub. Üç Baltikyanı ölkədə-Litva, Latviya və Estoniyada. Digər üç ölkə isə Polşa, Macarıstan və Xorvatiyadır. Bu ölkələrin hər birində operativ qərargah yaradılması nəzərdə tutulur. Çevik qüvvələrin əsas qərargahı isə Polşada olacaq. Bu qüvvələr 48 saat ərzində döyüşə hazır olacaq qüvvələrdir və xüsusi əməliyyatlar apara biləcək qüvvələr olacaqlar. 



Bundan əlavə, NATO hazırda adıçəkilən ölkələrdə məhdud səviyyədə kontingent yerləşdirib. Eyni zamanda həmin ölkələrin hava məkanı da NATO tərəfindən qorunur. İndi sual ondan ibarətdir ki, NATO bu ölkələrdə daimi əsasda, böyük hərbi kontingent yaratmaq qərarı verəcək yoxsa yox. Bu ölkələrin, xüsusən də Polşanın və üç Baltikyanı ölkənin əsas istəyi ondan ibarətdir ki, bu ölkələrdə daimi əsaslı böyük miqyasda hərbi kontingent saxlansın. Bu da 1997-ci ildə NATO ilə Rusiya arasında imzalanan sənədə ziddir. O sənədə əsasən bir briqadadan artıq qüvvə saxlaya bilməzlər. Amma mənə elə gəlir ki, həmin ölkələrdə NATO bir neçə briqada saxlaya bilər. Bu da ilk dövrdə beş minlik qüvvə deməkdir. Bu ölkələrin hər birində bir briqada saxlansa, bu, 6 briqada-30 minlik qüvvə deməkdir. Hansı ki, bunlar artıq hazırdır. Gələcəkdə isə böhran, münaqişə yaranarsa, xarici hərbi müdaxilə olarsa, bu qüvvələrin sayı iki dəfə artırılıb hər ölkədə 10 minə, ümumilikdə 60 minə çatdırıla bilər. Qeyd olunan ölkələrin NATO-ya müraciəti də bütün bu addımların atılmasına hazırlıqdır". 

Ekspert sonda onu da dedi ki, NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlavın ABŞ Konqresində çıxışı onu göstərir ki, artıq NATO Rusiya ilə qarşıdurmaya hazırdır. Önümüzdəki bir ildə ABŞ-la NATO-nun bir tərəfdə, digər tərəfdə isə Rusiyanın olduğu qarşıdurmanın daha sərt xarakter alacağını gözləyə bilərik.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar