Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müxalifət bir namizədlə prezident seçkilərinə qatıla bilər”


Sərdar Cəlaloğlu: “Seçki ilində siyasi partiyaların blok, ittifaq qurması vacibdir. Seçkilərə yaxınlaşdıqca bütün ümumi müxalifəti əhatə eləməsə də müxalifət partiyalarının bir qismini əhatə eləyən ittifaq meydana çıxa bilər”

 
Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsinin perspektiv addımlarını şərh edərkən bildirib.  

Onun sözlərinə görə, seçki blokunun  konkret namizədlə, yaxud da ittifaq qurulduqdan sonra seçkiyə az qalmış namizədin müəyyən edilməsi variantlarının hər ikisinin üstün tərəfləri var: 

“Məsələn, biz gördük ki, Fransada əvvəlcə bir namizəd meydana çıxdı, ətrafında bir blok formalaşdırdı və prezident seçkilərində həmin blokla iştirak edib qalib gəldi. Müxalifət öncə bir araya gəlib birlik yaradıb sonra öz içərisindən bir namizəd seçib bu şəkildə seçkiyə qatıla da bilər. Birinci variant o zaman asan və uğurlu ola bilir ki, namizəd ciddi resurslara malik olsun. Ona sadəcə seçki kampaniyasını təşkil eləmək üçün kadrlardan ibarət blok lazım olsun. İkinci halda isə namizəd çox da güclü olmaz, amma partiyalar öz güclərini birləşdirməklə seçkidə onun qələbəsinə çalışır. Bu iki variantdan hansının üzərində dayanılması namizədin kimliyindən asılı olacaq. Ortada kifayət qədər güclü fiqur olacaqsa onun ətrafında öncədən bloka yaranacaq”.

S.Cəlaloğlu seçki ilində iqtidarla müxalifətin dialoqunun perspektivini də şərh edib. ADP sədrinin sözlərinə görə, onlar dialoqdan imtina etmədiklərini  dəfələrlə bəyan ediblər: "Hakimiyyət seçki ilində siyasi partiyalarla dialoqda maraqlı olacaqsa, məsələ reallaşacaq. Yəni dialoq məsələsində əsas söz hakimiyyətdədir". (Yeni Müsavat)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar