Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Musiqi mənim həyatımın əsas əyləncə, marağıdır“


İş adamı Emin Ağalarov həyatının əsas marağını musiqidə görür və artıq bir neçə ildir ki, Moskvanın ən nüfuzlu məkanlarında çıxış edir


Amma o, hər bazar şəxsi təyyarəsinə minərək Bakıya, Xəzər dənizinin sahilində atası ilə  əkiz oğlanları Əli və Mikayıl üçün tikdirdiyi saraya uçur ki, oğlanlarını görsün.
 
Rusiya mətbuatı " 7days" portalı maraqlı, işgüzar müğənni-bəstəkardan müsahibə alıb. Tabloid.az həmin müsahibəni təqdim edir:

- Emin, Siz demək olar ki, bütün vaxtınızı Moskvada keçirirsiniz. Amma möhtəşəm sarayı Bakıda, Xəzər dənizinin sahilində tikdirmisiniz....

- Bəli, mən hər həftəsonu Sizin dediyiniz kimi, sarayıma uçuram ki, 2 günümü oğlanlarım Əli və Mikayılla keçirdim. Əvvəllər onlar mənim həyat yoldaşım ilə Londonda yaşayırdı, amma bu ildən məktəbə getdikləri üçün doğma şəhərim – Bakıya köçüblər. Yeri gəlmişkən, bizim ev bir bina deyil, bu 2 evdir, güzgü kimi təkrar tikilmiş iki tikili. Mən biləndə ki, Leyla əkiz dünyaya gətirəcək atamla bu layihəni fikirləşdik. Zamanla evlərdən biri Əliyə, digəri isə Mikayıla məxsus olacaq. Evlərin sahəsi çox böyükdür. Çünki mən istəyirəm ki, oğlanlarım böyüyüb ailə qurduqda böyük ailələri olsun.
 
- Evin ölçülərinə baxmayaraq, dəbdəbəli, təmtəraqlı deyil, burada genişlik və işıq daha çoxdur.

- Biz bu məqama xüsusi diqqət ayırmışıq. Plana əsasən, hər otağın 2, idealda isə dənizə açılan 3 tərəfi olmalı idi.  Bəzi otaqların divarları isə sadəcə şüşədən ibarətdir ki, özünü sahildəki kimi hiss edəsən. Evin tikintisində otaqlara daha çox təbii işığın düşməsi və genişlik nəzərə alınıb.  Evin layihəsi üzərində yapon arxitektor işləyib. Evdə  ən sevdiyim məkan məhz uşaq otağıdır. Bakıya gələrkən bütün  boş vaxtımı bu otaqda keçirirəm. Uşaqlarımla cizgi filmi izləyirəm, dəmiryol oyuncaqları ilə oynayıram.

- Emin, hər şeyi nəzərə alaraq, demək olar ki, Siz ideal atasınız!

- Sadəcə mən əminəm ki, uşaqlar  Allahın bəxş etdiyi hədiyyədir. Mən hər zaman uşaq istəmişəm, özü də gənc yaşlarımdan, hətta 18 yaşımdan. Biləndə ki, uşağım olacaq, özü də bir yox, iki oğlum birdən olacaq, sevincdən atılıb-düşərək qışqırmışam. And olsun! Həkim isə mənə gülərək “Sakitləş” söylədi. Xatırlayıram, övladlarım dünyaya gələndə onları əlimdən kənara qoya bilmirdim. Düzdür, indi mən hər gün onlarla bir yerdə ola bilmirəm, amma Bakıya gəldikdə çalışıram bunu kompensasiya edim. Telefonumu söndürürəm və soruşuram: ”Biz bu ğun nə edəcəyik?” Əmri artıq onlar verir: “Əvvəlcə konstruktor, sonra isə futbol”.Əlbəttə, elə olur ki, hərdən ciddi olmaq lazım gəlir. Oğlum Mikayıl bir dəfə mənə dedi: “Bax sən həmişə bizi cəzalandırırsan. Nə zamansa səni də cəzalandıracaqlar. Mən təəccübləndim: ”Məni kim cəzalandıracaq?”Oğlum babam dedi. Onların babası Azərbaycan prezidentidir.Görürsünüzmü mən belə qayınata ilə necə təhlükəli vəziyyətdəyəm”(gülür).

- Deyəsən, Sizin oğlanlarınızın ürəyi istəyən hər şeyi var. Sizin də uşaqlığınız belə nağıllar aləmindəki kimi keçib?

- Yox, çox sadə keçib. Uşaqlığımın ilk illərini köhnə Bakının dar küçələrində, qala divarlarında keçirmişəm. İndi İçərişəhər mənə kiçik görünür, o vaxt isə hər dalanında bir macəra var idi. Evimizin yanında ulu nənəm İra yaşayırdı. Onun evinin divarında gitara asılardı. O, köhnə rus mahnılarını gitarada çalıb oxuyardı. Mənim 5 yaşım olanda isə biz Moskvaya, Çertanova köçdük. O vaxtlar şıq evlərimiz olmasa da, evimizdə hər şey olub.  Atam videokasetlərin üzünün köçürülməsi ilə məşğul olurdu. Sovetlər Birliyində filmlər ilk onun əlinə keçirdi.

“Xaç atası 2” filmi ilə bağlı maraqlı bir hadisə də  olmuşdu. Filmin müddəti 3 saat 12 dəqiqə idi, kasetlər isə 3 saatlıq idi. Buna görə də filmin hansısa dialoqunu qısaltmaq və ya hansısa hissəni kəsmək lazım idi. Üstündən illər keçdikdən sonra Robert De Niro yeni “Stoun” adlı filminin premyerası üçün Moskvaya gəlir. Filmin nümayışı bizim ticarət mərkəzlərinin birində baş tutdu. Biz üçümüz – Robert De Niro, atam və mən VİP otaqda əyləşmişik. Film başlayır və atam deyir: “Bilirsən, əgər kimsə 25 il əvvəl mənə desəydi ki, sən De Niro ilə birlikdə film izləyəcəksən, mən ona cavab verərdim ki, sən sadəcə dəli olmusan!”
 
- Həyatınızda elə bir dönəm olub ki, Siz ona çətinliklə inanırsınız?

- 17 yaşımda mən dostlarımla ilk dəfə hansısa kiçik bir kafedə səhnəyə çıxdım. Əgər o vaxt mənə desəydilər ki, illər sonra mən çoxminlik tamaşaçını bir araya yığacağam, mən sadəcə gülərdim. Yeri gəlmişkən, 10 və 11 dekabrda mən “Krokus Siti Holl”da konsert verəcəyəm ki, ora tam olaraq 14 min tamaşaçı tutur. İndiyədək buna inanmaq mənə çətindir. Ümumiyyətlə, səhnə - mənim adrenalinimdir.
 
- Musiqi ilə nə vaxtdan maraqlanmağa başladınız?

- Uşaqlıqdan.  Müslüm Maqomayev atamın dostlarından biri idi. Uşaq olarkən mən onun qonağı olurdum. Yeniyetməlik yaşlarımda o, royal arxasına əyləşərək məni çağırırdı. İfa edərək soruşardı: “Sənin tonallığındır? Başla oxumağa!” Mən də yanaqlarım qızararaq oxuyardım. Mən Müslüm Maqomayevin qarşısında ağzımı açmağa utanardım. Amma  biz təklikdə qalanda məni əmin edirdi ki, mənə oxumaq lazımdır: “Sən oxumalısan. Onsuz da sən bunsuz yaşaya bilməyəcəksən”. O, haqlı imiş. 10 yaşım olanda isə anam mənə Elvis Preslinin kasetini hədiyyə etdi. “Kral” məni özünə cəlb etdi. Mən başladım onun konsert kasetlərini əldə etməyə, onun haqda kitab və tarixləri araşdırmağa. Onun şəxsiyyəti məni valeh etdi. Hətta 14 yaşımda zahirən ona bənzəmək üçün bakenbordlarımı uzatmağa başladım. Amma bu məndə gülünc göründüyümdən nəticə olaraq onları tamamilə qırxdım.
 
- Məlumdur ki, 13 yaşında valideynləriniz Sizi təhsil üçün xaricə yollayıb..

- Bəli, çünki, o vaxt təhlükəli dövr idi, 90-cı illərin əvvəli. Atamın artıq uğurlu biznesə başlamışdır.  Bu haqda artıq quldurlar xəbər tutmuşdu və hətta mənim məktəbimə belə gəlirdilər. Bu pis sonluqla nəticələnə bilərdi. Mən isə məni qoruyan cangüdənlərdən rahatlıqla qaçmaq yolunu öyrənmişdim. Onlar isə atama şikayətlənirdilər. Və ancaq bu, çıxış yolu var idi. İsveçrədə olan qapalı məktəb. Deməliyəm ki, bu əsl gestapo idi. Pis davranışa görə səni 3 saat dərs oxumaq üçün otağa qoyurdular. Bu “studiya cəriməsi” adlanırdı. Ancaq tualetə çixa bilərdin. 21:45-də yatmaq vaxtı idi. Gecə yarı işıq fənəri ilə yoxlayırdılar. Əgər gözün açıqdırsa – cəza alırdın. Sübh yeməyi, nahar ya da şam yeməyinə 1 saniyə gecikirdinsə sənə yemək vermirdilər. Səliqəsiz gəzindinsə, dərsə 3 saat alman dili lüğətini yazmalı idin. Lakin mən sistemdə boşluq tapmağı bacardım. Yaşıdlarımla kart və nərd oynamağa başladım. Bakıdan olduğum üçün onları udurdum. Bu yolla da cib xərcliyi qazanmağı bacardım. Hətta bəzən elə olurdu ki, sinif yoldaşlarıma pul verirdim ki, ev tapşırıqlarını mənim yerimə etsinlər.
 
- Deməli, sahibkarlar belə yaranır!

- Bəli. (Gülür) Bu bizdə irsidir. Atam özü uşaqlıqda xuliqan olub, məktəbə getmirdi, pulla məktəb tualetində diafilmlər göstərirdi. Bundan başqa, siqaret satıb. Nənəm Moskvada Tibb İnstitutunda dissertasiyasını müdafiə etmək üçün Rusiyaya gedəndə atamı da özü ilə aparıb.  O vaxt isə atam anasından xahiş edib ki, uşaq dükanından onun üçün ən böyük oyuncaq maşını alsın. Tapın görüm o maşın onun nəyinə lazım idi? Yox, oynamağa almamışdı. O, maşını tullayaraq qutusunun içinə siqaret doldurmuşdu. Beləcə anamın da xəbəri olmadan Bakıya kontrabanda gətirib. Sonra isə atam məktəbdə ədədlə siqaret satırdı.
 
- İsveçrədən sonra Siz Amerikaya yollandınız. Orada pul qazanmağı özünüz öyrəndiniz?

- Amerikada Elvis Preslidən ilhamlanaraq mən ilk albomumu bəstələdim. Mənim 17 yaşım var idi. Qrupumda peşəkarlar yox idi. Mən o vaxt qrupumla kafelərdə oxumağa başlamışdim. Rəqabət güclü idi. Çox yaxşı ifaçılar var idi. Anladım ki, burada yüksək nailiyyət edə bilməyəcəyəm və bu işi atdım keçdim biznesə.  Xatırlayıram ki, internet üzərindən satışı həyata keçirməyə başladım. Bu, mənə valideynlərdən asılı olmamaq üçün maliyyə imkanı yaratdı. Atamdan pul istəməsəydim verməzdi. İstəmək isə ayıb idi. Öz qazancımla sevincimi yaşayırdım.
 
- Yenidən Moskvaya dönmək istəmirdiniz?

- Heç çalışmırdım buna. Məktəbi bitirib evə bir müddətlik gəldim ki, doğmalarımı görüm. Atam isə mənə anidən bir xahişlə müraciət etdi: “Qulaq as, mənim bir neçə geyim dükanım var.  Sən bəlkə bir cəhd edəsən onlarla nə isə etməyə? Əgər alınmasa bir aydan sonra bağlayarıq”. Mən razılaşdım. Sabahı gün mən cins şalvar və futbolkada ofisə gəlirəm və atam məni kabinetinə aparır. Orda isə 50-ə yaxın ciddi geyimdə iş adamları oturub və deyir: ”Tanış olun, bu sizin yeni kommersiya direktorunuzdur”.  Bu çox ağır addım idi. Mən istəmirdim birdən-birə məsuliyyəti bir işi mənim üzərimə qoysunlar.  Atam isə xasiyyətimə bələd idi. Bilirdi ki, artıq geri çəkilməyəcəyəm. Bax beləcə də mən Moskvada qaldım.  Özümə 3 min 200 dollara “Jiquli” aldım. İstəyirdim ki, öz maşımın olsun, atamın yox. Uşaqlıqdan bu avtomobilin arzusunda idim. 7-ci modeli çox sevirdim, onu “Mersedes”ə bənzədirdim. Sonradan gördüm ki, biznes məndə alınır və artıq gəlir gətirməyə başlayıb.
 
- Bu dönəmdə Siz heç musiqinı xatırlamırdınız ?

- İşlərin çoxluğu müəyyən müddətlik musiqini ört-basdır etdi. Bu dönəmin başa çatmasına isə tıxacda qalmağım rəvac verdi. Yaxınlıqdakı musiqi dükanına girib özümə sintezator aldım. O andan mənim yeni cədvəlim formalaşmağa başladı: “Hər gün işdən evə gələn kimi pizzamı qızdırıb yeyib və sintezatorda çalmağı öyrənirdim.  Bir müddət sonra isə mahnılar bəstələməyə başladım və beləcə albomum yarandı.  İlk böyük olmayan konsertimə dostlarım və mətbuat  nümayəndələri gəldilər, cəmi 200 nəfər.  Xatırlayıram, jurnalistlərin ilk düşüncələri belə idi “Zənginin oğlu əylənir”.  Amma “Still” mahnısı öz tamaşaçı toplamağı bacardım. Hətta hərdən mahnımı kiminsə telefon zəngində eşidirdim və fikirləşirdim ki, əla!”.  Bu mənə irəli getməyə güc verdi. 
 
İndi musiqi mənim həyatımın əsas əyləncə, marağıdır.  Amma əlbəttə ki, ilk yerdə hər zaman uşaqlarım olacaq: hər həftə səbirsizliklə gözləyirəm ki, nə vaxt günəşli, dəniz mənzərəli sarayımızda onlarla görüşəcəyəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar