Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsibətə doğru nəsə gözləmək lazımdır”


Mehman Əliyev: “Bu həbslər daha çox siyasi məhbus siyahısının qarşısını almağa hesablanmışdı”


Ötən ayın sonlarından başlayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin fəallarına qarşı kampaniya aparılır. Həbs dalğasını ölkəmizdə müstəqil fəaliyyət göstərən QHT-lərə qarşı olan hücumların tərkib hissəsi adlandırmaq mümkündür. Təsadüfi deyil ki, indiyə qədər 20-yə yaxın QHT-nin ya bank hesabları dondurulub, ya da barələrində cinayət işi açılıb. 

Qeyd edək ki, son günlərdə həbs edilən  4 tanınmış simadan 3-ü QHT rəhbəridir. Bunlar Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovdur. Çoxları bu həbs dalğasının miqyasının genişləcəyini güman edirdi. Lakin görünən tərəf odur ki, son olaraq, İntiqam Əliyevin həbsindən sonra bu prosesin səngiməsi müşahidə olunur. Amma barələrində cinayət işi açılmış bəzi QHT rəhbərlərinin azadlıqda olması, həbslərin hər an baş verməsi anlamına gəlir.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, bundan sonrakı prosesləri dəqiq analiz etmək çətindir: “Bundan sonra nə olacağını demək olduqca çətindir. Bu həbslər daha çox siyasi məhbus siyahısının qarşısını almağa hesablanmışdı. Amma bu baş vermədi. Yeni məhbus siyahısı açıqlandı. Məncə daha çox bununla bağlıdır. Çünki həbs edilənlərin hamısı vahid siyasi məhbus siyahısının hazırlanmasında fəal iştirak edənlər idi. Bəzi QHT-lər var ki, fəaliyyəti demək olar dayandırılıb. Bunlar Media Hüquqları İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, RATİ, Sülh və Demokratiya İnstitutudur. Bu təşkilatlar insan hüquqları, siyasi məhbuslar və cəmiyyəti narahat edən əsas problemlərlə məşğul olurdu. Ona görə də, bu təşkilatların zərərsizləşdirilməsi həyata keçirildi. Belə baxanda çox ciddi bir itki oldu”.

Mehman bəy RATİ-nin bağlanmasının səbəblərini də açıqladı: “RATİ-nin bağlanmasına səbəb olan əsas amillərdən biri vətəndaş cəmiyyətinin nümayəndələrinin toplaşmasına mane olmaq idi. İclaslar, mətbuat konfransları orada keçirilirdi. Doğrudur, sonuncu dəfə QHT-lərlə bağlı yaradılan işçi qrupu BMM-də toplaşmışdı. Bununla hakimiyyət mesaj vermək istəyir ki, biz istədiyimiz zaman bizə məxsus yerlərdə tədbirlər keçirə bilərsiniz. Faktiki olaraq, bu vətəndaş cəmiyyətini qorxutmaq, dar çərçivəyə salmaq üçün atılan addımlar idi. Hakimiyyət bu yolla istədiyi qaydaları həyata keçirmək istəyir. Müəyyən mənada buna nail olub”.

“Turan” rəhbəri son həbslərlə bağlı Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar olacağını düşünmədiyini də qeyd etdi: “Hesab edirəm ki, bu həbslər hakimiyyətə qarşı sanksiyalar olacağı vəziyyətinə gəlməyəcək. Məncə hakimiyyət danışıqlara gedəcək və mesajlar da verəcək. Müsibətə doğru nəsə gözləmək lazımdır”.

Mehman Əliyev hakimiyyətin kompramisə gedəcəyini bildirdi: “Yenə qeyd etmək istəyirəm ki, əsas məsələ vahid siyasi məhbuslar siyahısı idi. Bununla bağlı məsələ öz həllini tapıb. Konkret vahid siyahı, mövcud QHT-lər ortada var. Müəyyən siyasi partiyalar, ictimai birliklər - istər iqtidar, istərsə də, müxalifətyönümlü -  bir araya gəliblər. Orta ciddi bir mesaj qoyublar ki, bu problemlər həll olunsun.  Hazırda yerli və beynəlxalq təşkilatlar tərəfindən mövcud problemlərin qeydiyyata alınması baş verir. Bu ciddi məsələdir. Əsası ortada konkret mövqe var. Artıq sonrakı mərhələ hərəkət etmək mərhələsidir. Bu baş verərsə, Azərbaycan hakimiyyəti çətin durumla üz-üzə qalacaq”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar