Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlman sərxoş olana qədər içki içə bilər”


Beynəlxalq Müsəlman Birliyinin rəhbəri Mustafa Rəşid qalmaqallı fətva verib


PİA.AZ a24.az-a istinadən xəbər verir ki, o, çıxışlarının birində “bir müsəlman sərxoş olmadıqca alkoqol istifadə edə bilər” deyib.
 
İlahiyyatçı Ceyhun Şükürov isə bildirib ki, alkoqollu içkilər Allah tərəfindən birdən-birə qadağan olunmayıb:
 
“Başdan ayağa Qurani-Kərimə fikir versək, Allahın bizdən tələb etdiyi ayələrin axışına, onun gözəl səbəblərinə baxsaq, görərik ki, həmin o ilahiyyatçımı, alimmi deyim, onun verdiyi fətvalar tamamilə yanlış fətvalardır. Şərab və ya spritli içki barədə, Allah-Tala bugünkü gündə cəmiyyətimizin qanına işləyən şərabı birdən-birə qadağan etmədi. İçki haqqında soruşduqda, deyir, onun ziyanı da var, faydası da, amma ziyanı daha çoxdur. Müəyyən bir müddət alışdıqdan sonra buyurur ki, namaza sərxoş halda yanaşmayın. Artıq o vaxtkı cəmiyyətdə müsəlmanlar 5 vaxt namaz qılanda sərxoş halda namaza yaxınlaşmırdılar. Artıq Quranın prinsipləri əsasında insanlar özlərini tərbiyələndirməyə başladılar və insanlar tam formalaşandan sonra sübh, günorta və axşam namazlarına sərxoş gəlmirdilər. Beləliklə, içkililərin sayı azalmağa başlayırdı. Müəyyən müddətdən sonra Maidə surəsində artıq içkinin, qumarın şeytan əməli olduğunu, “bunlardan uzaq olun, bəlkə siz də nicat tapasınız” deyə ayə gəlir. Amma hansısa ilahiyyatçının sonradan çıxıb Allahın haram buyurduğuna qarşı müxalif fikirlər yürütməsi, fətvalar verməsi, şübhəsiz ki, düzgün deyil və qəbul olunmayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar