Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlman qardaşlar” birliyinin nə qədər üzvü var? – Araşdırma


As Sabeel (İordaniya), 28.07.2017


İstənilən ərəb ölkəsində “Müsəlman qardaşlar” (ərəbcə: İxvan ul- Muslimin-tərc.) birliyi haqda məlumatı olan on nəfərdən, onların fikrincə, təşkilatın nə qədər daimi və qeyri-daimi üzvü, rəğbət bəsləyəni olduğunu soruşsanız, tamamilə müxtəlif on rəqəm əldə edərsiniz.

“Qardaşlar” 1928-ci ildə Həsən əl-Bənnanın sayəsində Misirdə meydana çıxdığı ilk gündən indiki ana qədər yanlış informasiya və rəqəmlərin, ərəb rəsmiləri əndişəsinin, onlara inamsızlıq və dialoqsuzluğun, həmçinin şişirdilmiş fakt və statistikanın qurbanı olublar.

Hətta onların altı qitədəki ərəb, islam və qeyri-islam dövlətlərindəki varlığından danışırıqsa (Amerika statistikası dünyanın 70 ölkəsi haqda iddia edir), mənə elə gəlir ki, bu rəqəmlər yoxlanmalı və dəqiqləşdirilməlidir. Əlbəttə, söhbət təkcə var olmaqdan deyil, həm də birliyin təşkilatı potensialından gedirsə.

Misirdə “Müsəlman qardaşlar”ın bir sıra rəhbərlərinəüzvlərin sayı və bununla bağlı rəqəmlərdən sual etsək, görərik ki, indiki anda həbsdə olan və “Qardaşlar”a mənsubluq və bir sıra ərəb ölkələrində təxribat fəaliyyətinə görə məhkəmə prosesində iştirak edən birlik üzvlərinin rəsmi qeydiyyatı yoxdur. Bununla belə, “əl-Əhram” strateji araşdırmalar Mərkəzindən Diaə Rəşvanın apardığı araşdırmaya əsasən, indiki anda Misirdə “Müsəlman qardaşlar”ın üzvlərinin sayı indiki anda 2 milyonla 2,5 milyon nəfər həddindədir. Rəşvanın sözlərinə görə, bu rəqəm “Qardaşlar”ın qırxıncı illərdəki sayı və əhalinin o dövrdəki və indiki sayı ilə müqayisə yolu ilə əldə olunub.

Birliyin beynəlxalq ilişgilərinə sorumlu olan Yusif Nida “Müsəlman qardaşlar”ın dünyadakı sayından danışarkən yetərincə böyük rəqəm göstərib. Deməli, 2008-ci ildə “əl-Mısri” qəzetinə müsahibədə təsdiq edib ki, o vaxt (2007) birlikdə olan məlumata əsasən, dünyada “qardaşlar”ın sayı yüz milyon adamı keçib. Əvvəllər “əl-Cəzirə”nin “Sərhədsiz” verilişinə müsahibədə də bu cür rəqəm anılıb.

“Müsəlman qardaşlar”ın rəhbərlərindən biri Əbdülhəmid əl-Qəzaliyə gəlincə, o, 2009-cu ildə “əl-Məsri əl-Yəum” qəzetiylə söhbətdə bildirib ki, Misirdə “Qardaşlar”ın sayı 15 milyon nəfərə çatıb. Bunlardan 10 milyonunu “sıravi” deyilən üzvlər, fəallar təşkil edir, qalan 5 milyonu isə onların həmfikirləridir. О, əlavə edib: “Bu bizim uydurmamız deyil, statistikadır . Amma “Müsəlman qardaşlar”ın Misirdən kənardakı üzvlərinin sayından danışsaq, dədiq rəqəm mənə məlum deyil”.

Birliyin keçmiş üzvü Əbdülsəttar əl-Məlici 2008-ci ci ildə “əl-Məsri əl-Yəum” qəzetinin aldığı müsahibədə Nida və əl-Qəzalinin səsləndirdiyi rəqəmlərlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, rəğbətçilər, tərəfdarlar və heyranlarla birlikdə “Müsəlman qardaşlar”ın ümumi sayı 100 min nəfəri aşmır. əl-Məlici həm də qeyd edib ki, birlik fəallarının sayı 5 min nəfəri keçmir və onlardan 85 nəfəri Şura üzvüdür. O, əlavə edib ki, “Qardaşlar”ın əsla olmadığı ona yaxın Misir əyaləti var. Lakin onun sözlərinin obyektivliyinə şübhə etməyə əsas var, çünki əl-Məlici birlikdən çıxdaş edilib.

“Qardaşlar”ın ruhani lideri Muhəmməd Bədiə 2011-ci ildə Misir televiziyasına müsahibədə “Müsəlman qardaşlar”ın üzvlərinin sayına nisbətdə məlumatı açıqlamaqdan imtina edib. O söz verib ki, yazılı icazə veriləndə və üzvlərin heç birinə hər hansı ziyanın dəyməyəcəyinə əmin olanda bunu edəcək. O, eyham vurub ki, “qardaşların sayı” “əl-Əhram” qəzetinin inqilaba qədər elan etdiyi  750 min rəqəmini xeyli üstələyir. 2011-ci ildə Misirin “əş-Şuruk” qəzetinin hesabatında deyilib: “Birlikdəki məlumatlı qaynaq bildirib ki, üzvlərin sayı iki kateqoriyadan üzvlərlə 861 min nəfərə çatır”.

Göstərilib ki, bu rəqəm üzvlərin başqa kateqoriyalarını, içində daxili seçkilərdə səs vermək hüququ olan, lakin fəal olmayan və aylıq üzvlük haqqını ödəməyə borclu olanları ehtiva etmir. Birliyin sayı yüz minə çatan heyranları da bu rəqəmə daxil deyil. “Qardaşlar”ın bütün səviyyə və kateqoriyalarda ümumi sayına gəlincə, iki milyon nəfərə çata bilər.

 Birliyin keçmiş lideri, vəkil Muxtar Nuh “əl-Mısriyun” qəzetinə müsahibədə bildirib ki, “Qardaşlar”ın üzvlərinin sayı 500 min nəfər  qiymətləndirilir.

Misir hökumətinin 2005-ci ildə “əl-Əhram” qəzetində təqdim olunmuş və dəyərləndirmənin 2000 kriteriyası işlənmiş monitorinq hesabatında xəbər verilir ki, “Qardaşlar”ın tərəfdarlarının sayı 750 min nəfərə çatır. Amerikalı politologiya və beynəlxalq münasibətlər professoru, London universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin Yaxın Şərq məsələləri üzrə mütəxəssisi Fəvaz Cərcəs Delaver universitetində simpoziumda bildirib ki, “Çox ehtimal ki, hazırda özlüyündə mötədil islamçılar qrupunu təmsil edən “Müsəlman qardaşlar” təkcə Misir seçkilərində misirlilərin, ən azı, 25-30% səsini toplayıb qalib gəlməyə iqtidarlı deyil. Dünyada 1,3 milyarddan çox müsəlman olduğu nəzərə alınsa, onlar istənilən ərəb və ya islam ölkəsində azad və ədalətli seçkilərə qatılsaydılar, qələbə çalardılar”.

Deyəsən, bənzər durum İordaniyada təkrar olunur. Xeyli KİV-lər və İordaniyada islam hərəkatının işinə marağı olanların iştirakı ilə toplantıda bir sıra statistik hesabatlarla tanış olduq. Yaxşı tanınmış bir jurnalist şəxsi söhbətdə bildirdi ki, İordaniyada “müsəlman qardaşlar”ın üzvlərinin sayı 5-8 min nəfər hüdudlarındadır, amma buir müddət qonra döndü və söylədi ki, bu rəqəm, təxminən, 15 min nəfərə çatır.

“Qardaşlar”ın fəal üzvü təsdiqlədi ki, bu rəqəm 20 minə yetə bilər, halbuki birliyin keçmiş lideri bildirib ki, bu rəqəm ümumiyyətlə 40 min təşkil edə bilər və tərəfdarları, ardıcılları və üzvlərin sayı, demək olar, milyonun dörddə birini təşkil edən qohumlarını nəzərə alımır. Xüsusən də son seçkilərin gedişində onların nə qədər səs aldığı və “Qardaşlar”ın ayrıca təşkil etdiyi mitinqdə nə qədər adamın iştirakı nəzərə alınsa, bu rəqəm şişirdilmiş görünür.

“Müsəlman qardaşlar”a yaxın jurnalist təsdiq edir ki, birliyin büyün şöbələri nəzərə alınsa, rəqəm beş min nəfəri aşmır. Deməli, onun 42 şöbəsi var və hamısı Şurada təmsil olunub. Üzv sayı 100-ü ötən hər bir şöbə Şurada bir nəfərlə təmsil olunub.

Lakin birlik yüksək dərəcədə intizam, məsuliyyət və iyerarxiya ilə  seçilir və üzvlər öz şöbələri ilə bağlı məlumat təqdim etmək istəmir, bəzən isə rəqəmləri bilə-bilə gah artırıb, gah da azaltmaqla təhrif edirlər. Bütün bunlar siyasi və təhlükəsizlik təsəvvürlərindən asılıdır. Nədir bu – məxfilik oyununun tərkib hissəsi, yaxud dəqiq məlumatların tam yoxluğu?

Başqa suallar da meydana çıxır: ərəb hökumətləri niyə birliyin güc və nüfuzuna nisbətdə məlumatı şişirdir? Onların məqsədi birlikdən qaynaqlanan təhlükəni şişirdib sonradan bunu onlar üzərində qələbə üçün istifadə etməkdən və yaxud dövlət, cəmiyyət, vətənin müdafiəsi bəhanəsi altında onları siyasi həyatdan çıxdaş etməkdən ibarətdir? Politoloq bu məsələni müxtəlif baxış nöqtələri altında nəzərdən keçirəcək və qeyd edəcək ki, hansısa partiya və ya qrupun, sadəcə, filiallarını sadalamaqla nüfuz miqyasını ölçmək mümkünsüzdür, çünki nüfuz mənzil-qərargah və müəssisələrin miqdarı ilə deyil, ardıcılların, həmfikirlərin sayı, həmçinin ideoloji baza və populyarlıqla şərtlənir. “Müsəlman qardaşlar” kimi təşkilatlar siyasi-ictimai səhnədə təkcə yalnız üzvlərinin sayəsində deyil, irəli sürdüyü ideyalaırn populyarlığına görə nüfuzludur. Nəticə etibarilə üzvlərin sayı o qədər də vacib deyil, çünki islamçılaırn seçkilərdə aldığı səslərin əksəriyyəti birlik üzvlərinin səsləri deyil – onun ardıcılları və rəğbət bəsləyən vətəndaşlara və yaxud dinə və dindarlığa bağlı hər şeyə inananlara  aiddir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar