Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlman qaçqnları Avropadan çıxarmaq niyə mümkün olmayacaq?”


Andrey Rayevski (ABŞ)

“Военно-промышленный курьер”, 23.05.2017


Avropadakı islam Fransada prezident seçkilərinin gedişində siyasi diskursda mərkəzi mövzu oldu. Eyni halı Birləşmiş Krallıq, Hollandiya, Avstriya və hətta ümumxlaq referendumu ilə müsəlman icmalarına minarə tikməyin qadağan olunduğu İsveçrədə də gördük (lakin plebissitə qədər bunlar cəmi dörd ədəd idi).

Müsəlman və qeyri-müsəlmanlar arasındakı gərginlik aşkar şəkildə artır.  Həm də təkcə mövcud irqçilik və yaxud antimühacir əhvali-ruhiyyəsinə görə deyil, həm də çox vaxt bəzi qaçqınların dəhşətli, ikrah doğuran davranışına (hücum, zorlama, xuliqanlıq) və müsəlman icmaları təmsilçilərinin ədalarına (terrorizmin təbliği, şəriət normalarının yeridiliməsi cəhdləri) görə. Durum yaxşılaşmazdan qabaq (əgər bu nə zamansa baş verəcəksə), çox ehtimal ki, pisləşəcək və həm də güclü şəkildə.

Bəs variantlar hansılardır?

Otto fon Bismarkın müdrik sözləri ilə razılaşaq ki, “siyasət – mümkünlük sənətidir”. Bütün müsəlmanları sadəcə qovub çıxaracaqlarını və yaxud islamı Avropadan uzaqlaşdıracaqlarını düşünən avropalılar möhkəm yanılırlar. Orada xilafət yaratmaq istəyən (kifayət qədər azsaylı) müsəlmanlar da oxşar şəkildə yanılırlar. Böhranın asan həllini təklif edənlərin hamısı Hegel dialektikasına üz tutsaydı, düzgün hərəkət edərdi. Və analayardılar ki, nəticə əvvəlki duruma qayıdış və yaxud tamamilə yeni gerçəkliyin yaradılması olmayacaq.

Mən iddia edirəm ki, xoşunuza gəlsə də, gəlməsə də, həm müsəlman mühacirlər, həm də islamın özü Avropanı heç vaxt tərk etməyəcək. Niyə? Ona görə ki, qeyri-leqal mühacirlərin bəzilərini istənilən ölkədən çıxartmaq olsa da, başqalarını – Avropa vətəndaşlığı olanları və yaxud islama üz tutmuş həmvətənlərimizi elə-belə qovmaq olmaz. Bu həm hüquqi, həm də praktik baxımdan mümkünsüzdür.

Hara çıxartmalı? Necə? Mən İsveçrədə qaçqınların saxlandığı mərkəzlərdə tərcüməçi işləmiş və İsveçrədə qaçqınlar probleminin te-tez ilk plana çıxdığı Baş Qərargahda analitik vəzifəsini icra etmişəm. Və məsuliyyətlə bəyan edə bilərəm: sistemin necə işlədiyini həqiqtən bilən istənilən mütəxəssis özünə hesabat verir ki, mühacirlərin böyük əksəriyyəti bizimlə qalacaq. Hətta heç bir siyasi qaçqın deyil – belələri isə, təxminən, 90%-dir – iqtisadi mühacir olanlar da qalacaqlar. AB ən yaxşı halda nəzəriyyədə və yaxud böyük cəhdlərlə gələcək mühacirlər üçün öz sərhədlərini bağlaya bilərdi. Lakin kütləvi köçürmə, sadəcə, variant deyil.

Sonra – artıq Avropada olan müsəlmanlar hazırda hətta lap aşağıda olsa da, qaçılmaz şəkildə sosial pillə ilə yüksələcəklər. Onların əksəriyyəti gəncdir, avropalıların çoxunun heş vaxt keçə bilməyəcəyi çətinlikləri dəf ediblər. Onların ailə, tayfa və dini əlaqələri bu gün müasir avropalıların əksəriyyətinin ailəsindəkindən dəfələrlə möhkəmdir.

Və dəyərinə görə deyil, sıra ilə sonuncusu – onların sosial enerjisi Avropa isteblişmenti dairələrində müşahidə olunan enerjidən xeyli dərəcədə güclüdür.

Belə ki, hətta indiki nəsil pis təhsil almaqla Avropa cəmiyyətinə pərçimlənməsə də, artıq növbəti nəsil təhsilli və inteqrasiya edilmiş olacaq. Mən bunu albanlar və italiyalılar kimi çoxsaylı iqtisadi mühacirlərin timsalında müşahidə etmişəm. Yerli xəstəxananın döşəməsini süpürən iraqlı qadını görsəniz, nəzərə alın ki, bir neçə ildən sonra burada artıq onun qızı işləyəcək – lakin həkim kimi. Başqa sözlə, müsəlman icmasının sosial gücü labüdən çoxalacaq.

Bu onu bildirirmi ki, AB qadınların çarşab örtməyə, kişilərin islama inanmağa vadar edildiyi və yaxud öldürüldüyü, kölə bazarlarının yayıldığı, homoseksualların isə ölənədək daş-qalaq edildiyi ərazi olacaq?

Əlbəttə ki, yox! Bu, hakimiyyətdə qalmaq və əvvəlki tək pərdə arxasından idarə etməkdən ötrü əhalinin imperiyanı idarə edən və sivilizasiyaların süni toqquşmasını törətməyə can atan anqlo-sakson faizi tərəfindən yaradılıb yeridilən və İslama axmaq bir karikaturadır.

Müsəlmanlar gözlənilən gələcəkdə kifayət qədər məhdud azlıqla Avropada qalacaqlar. Lakin daha mühümdür ki, təsvir etdiyim “Hollivud-İŞİD islamı” heç də müsəlmanların əksəriyyətinin yaşamaq istədiyi dünya deyil. Onların çoxu faktiki olaraq məhz təkfirçi xilafətdə yaşamamaq üçün öz ölkəsindən qaçıb. “Əllahu əkbər” bağırtısı ilə artıq xeyli avropalını qətlə yetirmiş dəli vəhhabilərdən danışmaq olarmı? Məgər əsil işidçilər onlar deyilmi? Bu, mürəkkəb sualdır. Məsələn, qeyd etməyinə dəyər ki, bu dəlilərin əksəriyyəti Avropa dövlətlərinin xüsusi xidmətləri ilə davamlı münasibətdə olub. Bəziləri hətta İsrailə səfər edib. Qəribə görünmürmü ki, onların hücumları nədənsə Avropadakı mühüm siyasi hadisələrlə həmişə üst-üstə düşür?

Avropada İŞİD-in əsil hücumları olubmu? Olub. Amma mən tam əminəm ki, hücumların əksəriyyəti AB və ABŞ xüsusi xidmətlərinin “Qladio” tipli “yalançı bayraqlar altında”keçirdiyi əməliyyatlardır (“Amerikanın sifarişli qətli”.

Tam razıyam ki, hazırda Avropada “Əl-Qaidə” və İŞİD-in həqiqi və təhlükəli üzvləri var. Lakin bu uşaqlar qaçqınların əksəriyyətindən fərqli olaraq həqiqətən Avropa qanunlarını pozur və onlara qarşı qanuni tədbirlər görmək olar. Avropa nəzəriyyədə hətta terrorimzə və yaxud onu öyməyə görə ölüm cəzasını bərpa edə bilər. Mən başa düşürəm ki, bu, tezliklə baş verməyəcək, lakin bunun avropalıların siyasi iradəsindən asılı olacağının kritik əhəmiyyəti var. Həyata keçirilməsi mümkünsüz kütləvi köçürmələrdən fərqli olaraq siyasi qərar və yaxud iradədən asılı olmadan.  Avropada üsyan və yaxud vətəndaş müharibəsi mümkündürmü? Bəli, ancaq hakimiyyətdə olan hökumət bunun baş verməyi və yaxud təşkil edilməyində maraqlı olsa. Lakin dövlət rəsmiləri təhlükəsizlik qüvvələri və hərbçilərə müdaxilə etmək və üsyanı boğmağa də yaşıl işıq yandırınca “Əl-Qaidə”dən olan tiplər üçün game over yazısı parıldayır.

Belə ki islam və müsəlmanları bütövlükdə Avropadan çıxartmaq mümkün olmadığından Avropa dövlətləri təhlükəsizliyi idarə etmək iqtidarındadır – buna siyasi iradə olacağı halda.

Avropa politikumu hazırda eyni dərəcədə yanlış iki düşərgəyə bölünüb: islamın istənilən tənqidini islam xofu sayanlar və  bütün müsəlmanlar və islamın pis, murdar və ziyanlı olduğunu bilənlərə.

Bu olduqca bəsit mövqedir. Və daha mühümdür ki, hər iki inancın yekunu nəticə əldə etmək bacarıqsızlığı olacaq. İndiki anda avropalı və amerikalıların çoxu, görünür, yalan seçimdə ilişib. Lakin bunun üçün nə qədər zaman gərəkdiyindən asılı olmayaraq gerçəklik onları yaxalayacaq və onlar dərk edirlər ki, “bir” islam və ya “bir tip” müsəlman deyilən anlayışlar mövcud deyil.

İslam – ideya döyüşü meydanıdır
 
Həqiqət bundadır ki, islam dünyası son dərəcə rəngarəngdir və təkfirçilərin (istər “Əl-Qaidə”, İŞİD və ya “ən-Nusra” olsun) tam məğlubiyyəti üçün zəruri tərkib hissələr yalnız islamın öz daxilində tapıla bilər. Bunu misallarla aydınlaşdırmaq üçün, sadəcə, Rusiya ilə AB-ni tutuşdururam.  Avropa Birliyindən fərqli olaraq RF-də mərkəzləşdirilmuiş vahid dövlət hakimiyyəti var və yetərincə güclüdür. Rusiya kəşfiyyat xidmətləri və təhlükəsizlik qurumları RF SQ kimi planetdə ən yaxşıların sırasındadır. Rusiyada siyasi nəzakətlilikdən əzab çəkmirlər: burada islam terrorizmini ən qəti şəkildə mühakimə edirlər.

Prezident Putin hətta gərəkərsə, “terrorçuları ayaqyolunda duza qoymağa” hazır olduqları haqda məşhur bəyanatını da verib. Və ruslar məhz bu cür ediblər: çeçen vəhhabi liderlərin hamısını öldürüblər. Hətta bunu qürurla elan ediblər. AB-dən əsas fərq bundadır ki, prezident Putinin də, Rusiya xalqının da Çeçenistanda üsyanı dayandırmağa siyasi iradəsi var idi – bunun üçün oranı tüstülənən xarabazarlıq yığınına çevirmək lazım gəlsə belə.

Lakin Vladimir Putin eyni zamanda ölkədəki müsəlman icmasını dəstəkləmək üçün xeyli səylər göstərib. O, Moskvada təkcə böyük (və gözəl) bir məscid tikdirməyib, həm də Rusiyada ənənəvi islamın inkişafı üçün böyük proqramın həyata keçirilməsinə girişib.

Çeçenistana gəlincə, bölgə başçısı Ramzan Kadırovu “siyasi oğlu” edib və çeçenlərə xüsusən də din məsələlərində son dərəcə geniş muxtariyyət verib. Belə ki: Putin müsəlmanyönlü liderdir, yoxsa antimüsəlman? Nə bu, nə də o biridir. Prezident Putin Qərb siyasətçilərinin gözdən qaçırdığı sadə mətləbi anlayır: təkfirçiləri öldürmək ruslarda çox yaxşı alınır, lakin təkfirçiliyi yalnız müsəlmanlar məhv edə bilər.

İslam heç vaxt təhlükə olmayıb – bu, təkfirçilkdə ehtiva olunub. Budur, Vikipediya “təkfir” anlayışını bu cür müəyyən edir: “Bir müsəlman başqasını kafir elan edərkən təkfirin İslam hüququnda qovmaq praktikasına dəxli var”.

Bir də diqqətlə oxuyaq: “başqa müsəlmanı” kafir elan etmək praktikası. Başqa müsəlmanı.

Bu qayda ilə təkfirin əsas səciyyəsi budur ki, onların islami versiyasını təqib etməyənlərin hamısını hətta müsəlman deyil, “kafir” sayırlar. Bu “başqa müsəlmanlar” bu cür halda “təkfirlərə” necə yanaşmalıdırlar? Əslində, teoloji mənada “təkfir” anlayışında pis heç nə yoxdur. Eynilə “dönük” və yaxud belə oldusa, “məlun”, ya “dinsiz” anlayışlarında olduğu kimi. Təkfirçilik hər şeydən əvvəl düşüncə tərzidir. Tüfəng və güllə düşüncə tərzinə üstün gələ bilməz. Yalnz ideya başqa ideyaya qalib gələ bilər. Və ruslar bunu bilirlər.

YouTube-da çeçen lideri Ramzan Kadırovun ekstremistlərlə döyüş yerinə gəldiyi və onlarla ilahiyyat müzakirəsinə başladığı bir neçə videoçarx var (təəssüf ki, ancaq rus dilindədir). O, sadəcə hamısını öldürmək əmri əvəzinə onlara “Deməli, siz hesab edirsiniz ki, siz müsəlmansınız, biz isə yox?” sualı ilə meydan oxuyur. Yaxud “Özü də bizim cəmiyyət nəyi ilə islami deyil?”

Bu isə onun sevdiyi ifadə: “Quranda mənim etdiklərimin islama uyğun olmadığını sübut edən heç olmasa birsə sitat tapa bilsəniz, bununla məşğul olmağı dərhal ataram”.

Bu, həmişə işləmir. Bəziləri təslim olmaqdan imtina edir və o zaman onları mütləq məhv edirlər (Çeçenistanda təkfirçilərə arşı dözüm sıfır səviyyədədir). Amma bu, çox tez-tez işləyir. Terrorçular silahı yerə qoyub təslim olur və onları məhkəmədən sonra islam vaizlərinin baş çəkdiyi və xeyli vaxt keçirib əsil islama qaytardığı özəl həbsxanalara göndərirlər. Həm də bu cavanlar əksər hallarda könüllü şəkildə Çeçenistan təhlükəsizlik qüvvələrinin sıralarına daxil olurlar.

İndi isə soruşuram: pravoslav xristian və ya aqnostik bu cür nəticəyə nail ola bilərmi? Əlbəttə, xeyr, heç vaxt! Bax, buna görə qeyri-müsəlman təhlükəsizlik qüvvələri hələ də həm Çeçenistanda, həm də onun ətrafındadır, həmişə ehtiyatda və köməkçi rollarda qalır. Çeçenistanda sülhün təmin edilməsində baş vəzifə isə çeçenlərin öz əlinə verilib.  Rusiyanın önəmli qüvvələri daim və həmişə tam döyüş hazırlığı vəziyyətindədir ki, durum birdən nəzarətdən çıxsa, müdaxilə etsinlər. Lakin əsas döyüş silahla deyil, ideyalarla aparılır və Vladimir Putinin dəfələrlə dediyi kimi, yalnız ənənəvi islam təkfirçiliyə üstün gələ bilər.

Amma Qərb siyasətçilərinuin əksəriyyəti bunu, sadəcə, başa düşmür. Başa düşsələr də, deməyə cürət etmirlər. Avropalılar gec-tez bu qaçılmaz qənaətə gəlməli olacaqlar. Və bu, baş verəndə nəhayət tutacaqlar ki, islam və onu praktikadan keçirən müsəlmanlar  heç vaxt düşmən olmayıblar. Düşmən XIII əsrə gedib çıxan və əvvələcə Səudlar kral evi, sonra isə Amerika MKİ inanılmaz sürətlənmə verənə qədər islam dünyasının bir kənarında nisbətən kiçik dəlilər təriqəti olub. Təkfirçilər hələ bu gün də ingilis-sionçu imperiyanın alətidir. Onlar imperiyanın ağalığını devirməyə cürət edən istənilən ölkəyə buraxılan yoluxucu xəstəlikdir. Hətta təkfirçilər islamın istənilən variantına – istər şiəlik, istərsə də sünnilik olsun – ən əsas təhlükədirlər.

Yekunda gözəl görüntü və rəmz.

Bu fotoşəklə baxın:


Burada Kazandakı Kreml təsvir olunub – orada pravoslav kilsəsi və məscidlər bir-biri ilə əzəmətli şəkildə harmoniyaya girir.

Məgər bu, dinclik və sülh deyilmi?

Axı  Kazan xristian və müsəlmanların bir-birini qəddar şəkildə təqib etdiyi şəhər idi, hər iki tərəf öz dinlərinə zorla etiqad tətbiq edir və tammiqyaslı qırğında iştirak edirdilər.

Lap bu yaxınlarda artıq SSRİ dağıldıqdan sonra qısa müddətə səs-küylü separatçı hərəkat yenidən dirçələrkən durum az qala təzədən qorxulu ssenari üzrə gedəcəkdi. O zaman soyuq başlar üstün gəldi. Lakin fakt olaraq qalır ki, Kazan tarixini çətin ki idilliya adlandırmaq mümkün olsun. Orada xeyli günahsız qanlar axıdılıb. Amma məsələ burasındadır ki, hərbi əməliyyatların yüz ilindən sonra müsəlmanlar da, pravoslav xristianlar da dinclik içində yanaşı yaşamağı və nəsə əsil bir gözəllik yaratmağı öyrəniblər. Bu Kreml kimi. Bu, təkfirçilərlə – bu dəli və nifrətlə dolu, Suriyanın qədim və gözəl şəhəri Palmiranı dağıtmaqdan fəxr edən   bədheybətlərlə qarşılıqlı fəaliyyətdə mümkün olmazdı. Yuxarıda göstərilən fotoşəkildə onlar üçün gözəl heç nə yoxdur. Bu onlar üçün küfrdür. Onlar nə vaxtsa Kazanda hakimiyyəti ələ keçirsəydilər, bütün məscidlər daxil olmaqla onu da eynilə bu cür dağıdardırlar.

Dərs sadədir. Keçmiş düşmənlər bəzən həqiqətən dost və müttəfiq olurlar. Və ikincisi, Kazan Kremlinin məscid və kilsələri bir-birini müdafiə edir və Kremli xeyli gücləndirir.

Avropada məscidlər saxlanılacaq. Tarixi bilməyənlər buna öz sivilizasiyalarının sonu kimi baxacaqlar. Və elə onlar da təkfirçiliyə zərbə endirməyi dərk etmədən çarəsizcəsinə yubadırlar. Amma ola bilsin, Avropa siyasətçilərinin yeni nəsli bunu etməyi bacarar.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar