Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlman ölkəsinin işğalçı Ermənistana qucaq açması rüsvayçılıqdır”


Qarabağ Azadlıq Təşkilatı (QAT) İşğalçi Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini pisləyən bəyanatla çıxış edib


Bəyanatda deyilir: 

"Biz Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin bu hərəkətini işğalçı ölkəyə dəstək kimi dəyərləndiririk. BƏƏ-nin də daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyinə, Ermənistanın işğalçı dövlət kimi tanınmasına, həmçinin Xocalı soyqırımının tanınmasına və pislənməsinə dair dəfələrlə qətnamə və qərarlar qəbul edib. Ona görə də BƏƏ rəhbərləyinin işğalçı Ermənistana indi bu cür münasibət bəsləməsi, faktiki olaraq, dəstəkləməsi başadüşülən deyil, həmçinin öz imzasına hörmətsizlikdən başqa bir şey deyildir. Ermənistan müsəlman ölkəsinə qarşı açıq təcavüz və işğal aktı törədib, minlərlə günahsız insanı qətlə yetirib, yüzminlərlə dinc Azərbaycan əhalisini öz yurdlarından çıxarıb, işğal etdiyi əraziləri xarabaya çevirib, məscidləri, qəbirstanlıqları dağıdıb, yandırıb.

Bu cür vəhşiliklər, vandalizm aktları törətmiş ölkə ilə hər hansı münasibət, xüsusilə də dəstək verilməsi yolverilməzdir, heç bir ölkə, xüsusilə də müsəlman ölkəsi üçün məqbul deyildir.Serj Sərkisyanın əli Azərbaycan xalqının, müsəlmanların qanına batıb. O, Xocalı soyqırımını təşkil edib, yüzlərlə dinc sakini şəxsən özü qətlə yetirib. Belə bir caniyə xoş münasibət göstərmək olarmı? Müsəlman ölkəsinin işğalçı Ermənistana qucaq açması rüsvayçılıdır. Biz BƏƏ rəhbərliyindən bu anlaşılmaz və heç bir ölçüyə sığmayan hərəkətlərinə aydınlıq gətirməsini və işğalçı Ermənistanla bu münasibətlərə dərhal son qoymasını tələb edirik. Əks halda Azərbaycan hökuməti BƏƏ ilə münasibətlərinə yenidən baxmalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar