Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlman ölkəsinin Livanın bombalanmasını istəməsi utancvericidir”


“Livan kimi müstəqil bir ölkənin işinə açıq-aşkar müdaxilə etmək, kimisə istefa etməyə məcbur etmək və digərini onun yerinə təqdim etmək tarixdə görünməyən hadisələrdəndir”


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında Livan baş naziri Saad Həririnin istefasına münasibət bildirərkən deyib.
 
“Siz kimsiz və hansı gücə söykənərək belə addımlar atırsınız? Düşünürsünüzmü ki, pul hara kimi öz işini görə bilər? Regionda olan müsəlman ölkələrdən birinin sionist rejiminə yalvararaq Livan xalqını bombalamasını istəməsi utancvericidir”, – deyə o qeyd edib.
 
H. Ruhani deyib ki, ABŞ rəsmilərinin regiona səfərindən sonra bölgədə müharibə odu alovlanır. “Əcnəbi güclərin müdaxiləsi ilə İraq, Əfqanıstan və Suriyada böyük müharibələr baş verib. Yəmən darmadağın edilib. İnsanlıq göstərib Yəmən xalqını düşünən kimsə varmı? Yəmənin müdafiəsiz xalqı neçə illərdir xəstəlik, yoxsulluq, davamlı bombardman kimi problemlərlə üz-üzədir. Özünü Hərəmlərin xidmətçisi bilən  müsəlman ölkəsi Yəmənin günahsız xalqına hansı səbəbdən təzyiq göstərir? Bu ölkə peşman da deyil və cinayətlərini hələ də davam etdirir”.
 
H. Ruhani qeyd edib ki, BMT bu cinayətlərin qarşısında susub, qətiyyətli mövqe sərgiləməyib: “İndiyədək bəziləri düşünürdü ki, böyük güclərin regionda iştirakı bölgədə təhlükəsizliyi təmin edəcək və sabitlik gətirəcək. Lakin bu gün hamı görür ki, xarici güclərin regionda mövcudluğunun bölgə üçün faydası yoxdur”.
 
İran prezidenti çıxışı zamanı İranın qərbində baş vermiş zəlzələ ilə bağlı edilmiş yardımlar haqqında danışıb. O bildirib ki, zəlzələ bölgəsində 30 min ev yenidən qurulmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar