Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsavat“da qalmaqal davam edir - Video


Partiyanın qurucularından biri Vurğun Əyyub partiya sıralarından xaric edilib


Müsavat partiyasının qurucularından biri hesab olunan Vurğun Əyyub partiya sıralarından xaric edilib. Partiyanın yerli təşkilatı Vurğun Əyyubun partiya iclaslarına qatılmaması, üzvlük haqqını ödəməməsi, qərarlara tabe olmamasını əsas gətirərək belə bir qərar qəbul edib. 

Vurğun Əyyub Ans-ə açıqlamasında partiyadan çıxarılmasının gözlənilən olduğunu və indiki qeyri-legitim Müsavat rəhbərliyinin buna çoxdan hazırlaşdığını və ondan intiqam aldığını söyləyib.

Qərara etiraz olaraq daha bir Müsavat fəalı, həkim ekspert Adil Qeybulla partiyadan istefa verib. 

Bir qrup Müsavatçı isə partiya qərargahı qarşısında aksiya keçirmək qərarı verib. Müsavatda yaranan qalmaqalı partiya başqanın müavini Elman Fəttah cavablandırıb.

“Qurultaydan sonra indiki partiyanın rəhbərliyi siyasi oponetlərini sıradan çıxarmaq yolunu tutub. Bu isə Müsavatın nə adına, nə onun nizamnaməsinə, nə də proqramına qətiyyən uyğun gəlmir. Vurğun Əyyubun absurd ittihamlarla partiya sıralarından xaric edilməsi partiya daxili mövcud durumun sübutdur”, – deyə keçmiş müsavatçı Adil Qeybulla bildirib.

Müsavat başqanının müavini Elman Fəttah isə bildirdi ki, iddialar əsassızdır: "Vurğun Əyyuba son 6 ayda, öz fəaliyyəti ilə əslində Müsavat partiyasından kənarda qoymuşdu. Müsavat partiyasının Binəqədi rayon təşkilatı Vurğun Əyyubun Müsavat partiyasına qarşı olan fəaliyyətinə adekvat, yəni partiya sıralarından xaric edilməsi qərarı ilə cavab verib”, - deyə fikrini açıqlayıb. 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar