Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müraciət göndərilib, cavab gözləyirik“


Qubad İbadoğlu: “Onlar başa düşmürlər ki, mənim tərəfdarlarım partiyadan kənarlaşsa...”


Müsavat Partiyasının başqanlıq seçkisindən bir aya yaxın vaxt keçsə də, tərəflər arasında mübahisə səngimir

Keçmiş namizədlərdən Qubad İbadoğlu partiyaya göndərdiyi müraciətinə cavab gözləyir. On gündən artıqdır ki, müraciət ünvanlayan Q.İbadoğlu bildirir ki, müraciətinə uzağı bir ay müddətinə cavab verilməlidir. O, bu müraciətlə bağlı partiya rəhbərliyi tərəfindən ona göndərilən sorğuya oktyabrın 21-də cavab göndərib.

Bu barədə Musavat.com-a danışan Q.İbadoğlu qeyd edib ki, sorğunun cavabını hazırlayıblar, eyni zamanda müxtəlif videolar, əlavə dəlillər və sübutlar da partiyanın nəzarət-təftiş komissiyasına təqdim olunub: “Əvvəl müraciətimizi qəbul etmirdilər ki, imza yoxdur, imzaladıq. Sonra dedilər ki, məktub formasında yazılmalıdır, məktub formasına saldıq. On gündən çoxdur müraciət göndərilib, cavab gözləyirik”.

Q.İbadoğlu Məclis üzvü Osman Kazımovun partiyada təmizləmə aparmaqla bağlı təklifinə də münasibət bildirib. “Bu, nə açıqlamadır? Müsavat Partiyası bir ay içində çirkləndi ki, təmizləmə vacib oldu? Müsavatda illərlə mücadilə edən, illərlə mübarizə aparan əqidə yoldaşlarına qarşı hesab edirəm ki, belə münasibət yolverilməzdir. Onsuz da partiyadan bir qrup ayrılır, istefalar var, bu halda partiyadan Arif Hacılı qucaqlaşmağı təklif edir və onun yaxın tərəfdarlarından biri isə partiya üzvlərinin partiyadan çıxarılmasına, eyni zamanda, hətta mənim istefa verməyimə çalışırlar. Onlar başa düşmürlər ki, mənim tərəfdarlarım partiyadan kənarlaşsa, partiyanın ən azı yarısı orada qalmayacaq. Amma bizim partiyadan kənarlaşmaq fikrimiz yoxdur. Müsavat Partiyası bir şəxsin, bir ailənin, bir qrupun, bir dönəmin partiyası deyil. Partiya onun üzvlərinə məxsusdur və bu gün orada gedən müzakirələr də daxili demokratiyanın təzahür formalarıdır. Mən öz tərəfdarlarıma dəfələrlə müraciət etmişəm ki, heç kəs partiyanı tərk etməsin. Müsavat Partiyasının yeniləşməsi və güclənməsi uğrunda mübarizəni davam etdirmək əzmindəyik”.

Narazı namizəd qeyd edib ki, onlar seçki ilə bağlı qanun pozuntuları barədə partiya rəhbərliyinə ünvanladıqları müraciətlərinə tələb olunan vaxtda- yəni bir ay müddətinə cavab verilməsini gözləyirlər. Həmçinin bir müddət əvvəl partiyanın güclənməsi üçün irəli sürdükləri təkliflərin də partiya rəhbərliyi tərəfindən dəstəklənməsini gözləyirlər: “Biz həmin təkliflərlə bağlı hansısa tədbirlərin görülməsi ilə bağlı monitorinqlərimizi davam etdiririk. Hələ ki, bir ay müddətinə müraciətimizə cavab verilməsini gözləyirik. Cavabdan sonra tərəfdarlarımızla məsələni bir daha müzakirəyə çıxaracağıq. O cavabı gözləyirik. Bundan sonra addımlarımızı müəyyənləşdirəcəyik”. O, tərəfdarlarının fraksiya təkliflərini müzakirə edəcəyini də istisna etməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar