Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Münaqişələrin həlli üçün Rusiya ilə işləmək vacibdir”

ATƏT baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Moskvada keçirilən görüşündə münaqişələrin həlli əsas müzakirə mövzularından olub


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov ATƏT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yollarını ətrafında geniş müzakirələr aparıblar:

 "İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik".
 
Rusiya XİN başçısı ATƏT-in Dnestrayanı və Balkanlardakı münaqişələrin həllində daha aktiv işləməsini istədiklərini bildirib.
 
O, Qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiklərini qeyd edib. S. Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv işlədiyini vurğulayıb.
 
Tomas Qreminger də görüşün əsas mövzularından birinin ATƏT məkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib: "ATƏT-də belə fikir var var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də Rusiya ilə işləmək vacibdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar