Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci sayı işıq üzü görüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci sayı işıq üzü görüb


Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır.

Daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi, Birinci vitse-prezident Mehriban Əliyevanın nitqi və Forum iştirakçılarının çıxışlarından parçalar çap edilib.

Jurnalın rəsmi bölməsi bu materialla qapanır.
Azərbaycançılıq” bölməsində 2017-ci il may ayının 10-da Almaniyanın Auqsburq şəhərində “Azərbaycanın Gənc Dostları Klubu”nun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan multikulturalizminin siyasi banisi, Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda keçirilən ikigünlük beynəlxalq nəzəri-praktik konfransın gündəliyi verilib.

İslam Həmrəyliyi İli” rubrikasında jurnalın məsul katibi Taleh Eminoğlunun”Religious Diversity of Azerbaijan” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Tolerantlığın zəiflədilməsi cəhdləri” adlı məqalələri dərc olunub.

“Çoxmədəniyyətlilik” rubrikasında Pəri Əhmədovanın “Мулътикулътуралътый аспект литературы малых народов Азербайджана» məqaləsi yer alıb. Sözügedən bölmədə eyni zamanda Xuraman Əliyevanın “Ərəb mühacir ədəbiyyatı mədəniyyətlərin qovuşağı kimi (Mixail Nüaymənin yaradıcılığı kontekstində) adlı məqaləsi dərc edilib.

“Terror multikulturalizmə qarşı” bölməsində Anar İsgəndərovun “Quba soyqırımı” məqaləsi çap olunub.

“Qürbətdən görünən vətən” rubrikasında İsraildə yaşayan Anton Aqarunovun şeirləri oxucuların diqqətinə çatdırılır.
Azərbaycan əcnəbilərin gözü ilə” rubrikasında İkinci Dünya müharibəsində əsir düşmüş alman əsgəri Villi Deşin  gündəliyindən  qeydlər dərc edilib.

“Tariximiz, bugünümüz” bölməsində AMEA-nın  Arxeologiya və Etnoqrafiya İnstitutu “Arxeoloji xidmət” şöbəsinin böyük elmi işçisi Elnur Vəliyevin “Azərbaycanda zərdüştilik izləri” adlı məqaləsi yer alıb.
“Axundov zalı” rubrikasına tanınmış yazıçı Əlabbasın “Şəbi-hicran” hekayəsi çap olunub.

“Höte zalı” bölməsində Zahid Sarıtorpağın təqdimatında Artur Rembonun sonetlərinin   tərcümələri verilib.

Multikulturalizm mozaikası” rubrikasında ilin ikinci rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən tədbirlər işıqlandırılıb.
“Kitab rəfi” bölməsində Azərbaycan Yaradıcılıq Fondunun, Bakı Beynəlxalq Multikulruralizm Mərkəzinin nəşr etdirdiyi kitablar oxuculara təqdim edilir.

Jurnalın budəfəki “Region” əlavəsi Naxçıvan bölgəsinin qələm adamlarına həsr olunub. Əlavədə Asim Yadigarın, Adilə Nəzərin, Elxan Yurdoğlunun, İnqilab Orxanın, Elbəyi Sadiqin, Nazlı Hacının, Sədaqət Nemətin və digər şairlərin şeirləri dərc edilib. Qeyd edək ki, “Region” əlavəsinin növbəti səfəri Təbriz bölgəsinə olacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar