Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müharibənin olub-olmaması qərarını Bakı verəcək”


Hərbi ekspert: “Sabah elə ciddi hadisə baş verə bilər ki...”


İndiki məqamda Dağlıq Qarabağda genişmiqyaslı müharibə üçün əsas yoxdur, ancaq münaqişənin təsadüfən gərginləşməsi üçün ehtimallar var.

 Bunu Londondakı şərqi və Afrika araşdırmaları məktəbi yanında müasir Orta Asiya və Qafqaz mərkəzinin elmi əməkdaşı Lourens Broyers internetlə keçirdiyi mətbuat konfransında deyib. 

Ekspertin fikrincə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatı çox məhduddur: “Mandata daxil olan səfir Kasprşik və səfirin 5 səhra köməkçisi tərəfləri öz hərəkət marşrutları barədə məlumatlandırmalıdırlar”. 

Lourens deyib ki, bu gün onun əvvəllər təklif etdiyi kimi erməni və Azərbaycan komandirləri, yaxud müdafiə nazirlikləri arasında birbaşa əlaqə yoxdur: “Müvafiq olaraq situasiya səhv qavrama və qeyri-adekvat reaksiyaya, qərəzsiz gərginləşməyə gətirib çıxara bilər”. 

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, kim ki, birmənalı olaraq indiki məqamda Dağlıq Qarabağda genişmiqyaslı müharibə üçün əsas olmadığını qeyd edir,  həmin insanlar reallıqdan çox uzaqda olan şəxslərdir: “Necə yəni geniş miqyaslı əməliyyatlar, müharibə üçün əsas yoxdur? Münaqişənin hələ də öz həllini tapmaması, üstəlik də beynəlxalq qurumların, bu işə birbaşa məsuliyyətli ATƏT-in Minsk qrupunun 20 ildən artıq bivec fəaliyyəti məgər müharibənin istənilən məqamda başlanması üçün əsas deyilmi? Mən başa düşürəm, bəzi obyektiv və subyektiv səbəblər var ki, onlara əsasən biz müharibənin sadəcə zaman baxımından bir qədər tez, yaxud bir qədər gec başlaya biləcəyini deyə bilərik. Amma sabah elə bir ciddi və təxirə salınması mümkün olmayan hərbi təxribat, elə ciddi hadisə baş verə bilər ki, müharibənin başlanması qaçılmaz olar. 

Bu mənada Lourens Broyersin səsləndirdiyi fikirlərə hörmətlə yanaşaraq onu deyə bilərəm ki, müharibənin olub-olmaması barədə qərar heç bir yerdə deyil, məhz Bakıda qəbul olunacaq. Buna heç kimin şübhəsi olmamalıdır”. 

Ü.Cəfərov əlavə etdi ki, eksperetin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatının da çox məhdud olması haqqındakı fikirlərini də qətiyyən bölüşmür: “Bu şəxslər onsuz da bu 20 ildən artıq bir müddətdə qəribə səslənsə də, heç tərəflərə 20 faiz müsbət xarakterizə olunan işlər təqdim etməyiblər. Mənasız və məntiqsiz monitorinqlər, bir də Ermənistan tərəfinin maraqlarını birbaşa təmin edən hərəkətlər və addımlar. Vəssalam. Ona görə də mən cənab Lourensi daha ciddi və məntiqli şeylərdən danışmağa dəvət edirəm. Elə onun erməni və Azərbaycan komandirləri, yaxud müdafiə nazirlikləri arasında birbaşa əlaqə yaradılması ilə bağlı təklifləri də son dərəcə absurd və məntiqsizdir. Xeyir ola? 

Məgər Ermənistan tərəfi öz işğalçılıq siyasətindən əl çəkirmi ki, biz onlarda hansısa yumşalma və ya ədalət hissini görək və belə bir addım ataq? Yoxdur və hesab edirəm ki, reallaşması mümkün olmayan bir təklifdir. İşğalçı Ermənistanın müxtəlif yollar, o cümlədən saxta ticarət əməliyyatları və ”qara bazar" vasitəsilə snayper tüfənglərini əldə etməsi cəhdləri snayperlərin təmas xəttindən çəkilməsi barəsində Ermənistanın irəli sürdüyü iddiaların bir daha tamamilə əsassız və yalan olduğunu sübut edir. Mən də bu fikirləri bölüşürəm və hesab edirəm ki, bədnam qonşularımız nə qədər gec deyil öz məkrli inadkarlıqlarından əl çəkməlidirlər. Ona görə də Ermənistan beynəlxalq hüquq və normalara hörmətlə yanaşmalı, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunması istiqamətində ciddi düşünməlidir. Vaxt artıq onların ziyanına işləyir. Atalar yaxşı deyiblər ki, sonrakı peşmançılıq, fayda verməz".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar