Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müəllim hazırlığı siyasətində dəyişikliklər ediləcək”


Təhsil Nazirliyi növbəti tədris ili üçün ali məktəblərdə müəllim hazırlığı ilə bağı tətbiq olunacaq yeniliklər və dəyişikliklər barədə məlumat açıqlayıb


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, nazirlik müəllim hazırlığı siyasətində əsaslı dəyişikliklər etməyi planlaşdırır. Onun sözlərinə görə, ilk növbədə müəllimlər üçün peşə standartları yeniləşdirilir: “Ali məktəblərdə tam yeni peşə standartları tətbiq ediləcək. Bu o deməkdir ki, əvvəlki proqramlardan fərqli olaraq müəllim hazırlığı sahəsində dəqiq, konkret kompetensiyalar müəyyənləşəcək. Bu müəllim hazırlığı üçün əsas götürüləcək”.

Şöbə müdiri əlavə edib ki, ölkənin müəllim hazırlığında praktik hazırlığa daha çox diqqət yetiriləcək. F.Qədriovun sözlərinə görə, “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub: 

“Onlar 1 il müddətində məktəblərdə məhz praktik fəaliyyətlə məşğul olacaq, praktik vərdişlər əldə edəcəklər. Bundan əlavə, ali məktəblərdə müəllimlik ixtisaslarını seçənlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Bunun nəticəsində müəllimlik ixtisasını seçənlər daha çox olar. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində gələcəkdə digər bu kimi tədbirlərin icrası da nəzərdə tutulub”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar