Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mövcud vəziyyəti heç kəs qəbul etmir” - Məmmədyarov


“Rusiyalı həmkarım Sergey Lavrovla görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim”


Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb.

Rusiyalı həmkarıma bildirdim ki, münaqişənin nizamlanmasını irəli çəkməyə imkan verən bir sıra yanaşma mövcuddur. ATƏT-in Minks qrupu həmsədrləri də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status-kvo qəbuledilməzdir və qeyri-sabitdir. Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu”.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur: “ Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik”. 

Məmmədyarov qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın hazır ki vəziyyəti 2008-ci ildə imzalanan dostluq və əməkdaşlıq bəyannaməsində əksini tapıb: “İki ölkə bu sənədə uyğun addımlar atır. Ticarət dövriyyəsi ilbəil artır. Azərbaycan, Rusiyaİran prezidentlərinin müzakirəsindən irəli gələn məsələlərdən biri Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınmasıdır. Bunun potensiyalı genişdir. Həm də yüklərin daşınması yolunu qısaldır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar