Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva NATO-ya meyllənən Ermənistanı əldə saxlaya biləcəkmi?”


Stanislav Tarasov

regnum.ru, 11.08.2017


Gürcüstanda Vaziani poliqonunda NATO-nun Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynanın iştirakı ilə “Layiqli tərəfdaş-2017” (Noble Partner 2017) hərbi təlimləri davam edir. Bu, Gürcüstanda birinci deyil, artıq üçüncü dəfə keçirilir. Amma hərbi ekspertlərin dəyərləndirdiyinə görə, bu dəfə müəyyən miqyası və əlbəttə, istiqaməti ilə seçilir. Rusiya xarici işlər naziri müavini Qriqori Karasin bu haqda “Известия” qəzetinə müsahibədə qeyd edib ki, “Gürcüstanın NATO ilə əməkdaşlığı elə formalar alır ki, Tiflisi faktiki olaraq NATO-nun Rusiyanı önləmə siyasətinin iştirakçısı edir”.

Onun sözlərinə görə, “kədərlidir, lakin Gürcüstanın indiki hökumətinin mövqeyi Saakaşvili rejiminin mövqeyindən heç nə ilə fərqlənmir”. Ancaq burası da var ki, Gürcüstanla bağlı hər şey azdan-çoxdan məlumdur. O, 2008-ci ilin avqustunda Rusiya ilə müharibədə yenilərək Abxaziya və Cənub Osetiya üzərində nəzarəti itirib, ümid edir ki – haqlı, ya haqsız, başqa məsələdir – NATO ilə sıx əməkdaşlıq bu problemi çözmək imkanı verəcək. NATO-nun Gürcüstandakı təlimlərinə qatılanların içində Azərbaycanı da görmək məntiqli olardı. Birincisi, Dağlıq Qarabağı itirdikdən sonra o da Tiflis kimi öz ərazisi üzərində nəzarəti itirməyin geopolitik və psixoloji zədəsini yaşayır. İkincisi, Bakı ekspertlərindən birinin sözlərinə görə, Gürcüstan “Türkiyəyə qapıdır, rəsmi Bakı onun üzərindən özünün karbohidrogen ehtiyatlarını – neft və təbii qazı dünya bazarına çıxardır”.

Bu kommunikasiya xətti indiyədək Rusiyanın bölgədə təsirini zəiflədən istiqanlı Azərbaycan-Türkiyə-Gürcüstan həmrəyliyinin formalaşması amili sayılır. Belə ki, metodoloji baxımdan hadisələrin bu cür inkişafı sanki əvvəlcədən müəyyən edilib. Lakin mövcud kontekstə Qafqazarxasında yeni geopolitik gerçəkliklər yaradan “kəskin süjetlər” hörülməyə başlanıb. Məsələ bundadr ki, Bakı NATO-nun “Layiqli tərəfdaş-2017” təlimlərinə qatılmamağı kəsdirib. Bununla bağlı Mərkəzi Asiyadakı təhlükəsizlik problemlərinin işıqlandırılmasında ixtisaslaşmış vaşinqtonlu müstəqil ekspert Coşua Kuçeranın dəqiqləşdirdiyi kimi, Azərbaycan NATO-nun Rumıniyadakı son təlimlərində də olmayıb, amma buna qədər Ermənistanla yanaşı bu cür tədbirlərdə iştirak edib. Bundan savayı, Bakı təmsilçiləri Qara dənizdə “Sea Breeze” təlimlərində də olmayıblar, amma əvvəllər ora gəlməyə söz vermişdilər. “Azərbaycanın Gürcüstan və Qara dənizdəki təlimlərdən niyə imtina etdiyi aydın deyil, – Kuçera qeyd edir. – Rəsmi izahat daxil olmayıb. Ölkənin nə XİN-i, nə Müdafiə Nazirliyi durumu şərh etmək xahişinə cavab verib”.

Bu o haldır ki, Azərbaycan Şimal Atlantika alyansı ilə əməkdaşlığı davam etdirir. İstə-istəmə, amma bu, Rusiyaya sarı bölgədə əvvəlki taktika və fəaliyyət strategiyasını dəyişmək niyyətindən xəbər verən müəyyən siqnallardır. Bu, doğrudan da, belədirsə, onda Bakı siyasətinin bu cür transformasiya səbəblərini üzə çıxarmaq lazımdır. Bununla bağlı ağla gələn ilk nəticə ondan xəbər verir ki, Azərbaycan təkcə Qafqazarxasında deyil, həm də Yaxın Şərqdəki mövcud geopolitik burulğanlığı nəzərə almaqla Moskvanı qıcıqlandıra biləsi fəaliyyətdən maksimal şəkildə aralanmağa başlayıb. Həmçinin istisna etmək olmaz ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nisbətdə yeni, ağlasığmaz ssenariləri. Biz bu cür meyli şərti olaraq Bakıda “rus partiyası”nın qələbəsinin amili kimi göstəririk.

KTMT üzvü və eyni zamanda, Karasinin sözlərinə görə, Gürcüstanda “NATO-nun Rusiyanın qabağını almaq siyasəti forması alan” NATO təlimlərinin iştirakçısı Ermənistan başqa bir duruma düşür. Moskvada və ya İrəvanda bu fakta kim məntiqli izahat verə bilər?

Əlbəttə, konspiroloji nəzəriyyələr rəhbər tutulsa, Ermənistanın KTMT üzvü olmaqla NATO-ya “göndərilmiş kazak qadın” rolunu ifa etdiyindən danışmağın mənası var. Ermənistan prezidenti Serj Sərkisyan bir dəfə  sıradakını deyib: “Şübhəsiz, KTMT və NATO müxtəlif məqsədlər güdür, amma bizim praktika göstərir ki, ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün müxtəlif formatlarda əməkdaşlıq üçün yollar tapa bilər”.

Amma, baxışımızca, hər şey xeyli mürəkkəbdir, yeri gəlmişkən, İrəvanın xeyli eksperti də diqqəti buna yönəldib ki, Moskva alyansın Gürcüstandakı təlimini son dərəcə mənfi qəbul edir.

Hər şeydən əvvəl, Ermənistanın milli təhlükəsizliyinə gerçək və potensial təhdidlər haqda suala cavab tapmağa cəhd edək. Ermənistanın “Hetq” nəşri Dağlıq Qarabağda 2016-cı il aprel müharibəsindən sonra yazmışdı ki, “Azərbaycanın 2010-cu ildə qəbul etdiyi hərbi doktrinaya əsasən, Ermənistan rəsmən bu ölkənin düşməni elan olunub”. Türkiyənin bəyanatı var ki, “Azərbaycanın düşməni onların da düşmənidir. Bu mənada demək olar ki, Ermənistan Türkiyənin düşmənidir. Amma iki “düşmən” – Ermənistan və Türkiyə Gürcüstanda NATO təlimlərində “Rusiyanın təhdid etdiyi birgə təhlükəsizliyin” möhkəmləndirilməsi üzrə fəaliyyət hazırlayır. Həmin Rusiya ki, sərhəd qüvvələri və Gümridə, İrəvanda yerləşmiş 102-ci hərbi bazası istənilən istiqamətdən Ermənistan üçün təhlükənin neytrallaşdırılması üzrə əsas yükü daşıyır.  

Ola bilsin, İrəvan indi hələlik naməlum hansısa səbəblər üzündən öz təhlükəsizlik sistemini yenidən nəzərdən keçirməyi qət edib ki, NATO ilə fəal eşqbazlıq vasitəsilə və Rusiyadan aralanmağa eyhamla, onun “kölgəsi”ndən çıxmaqla hansısa “yeni təhlükəni” neytrallaşdırsın? Lakin bunu birləşdirilmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının yaradılmasının indi siyasi fakta çevrilməsi ilə necə uzlaşdırmalı?

Hər necə olur-olsun, baş verən hadisələr yeni gerçəkliklərin, xüsusən də bölgəsəl təhlükəsizlik arxitekturasında yeni ünsürlərin meydana çıxdığından xəbər verir. Bununla bağlı erməni ekspertlərdən birinin yazdığı kimi, durumun özəlliyi bundadır ki, “Ermənistan hökuməti daha təmkinli və tədbirli olmağı tərgidib, baş verən prosesdəki iştirakını müşahidəçi rolu ilə məhdudlaşdırmır, onun birbaşa iştirakçısı olur”. Amma “Ermənistan rəhbərliyində bölgənin coğrafiyasından yaxşı baş çıxardan şəxslər kifayət qədərdir”. Uyğun olaraq, göstərilən trekdə Ermənistanda “Qərb partiyası” deyilən qüvvənin qəti qələbəsindən deyilsə də, ciddi şəkildə möhkəmləndiyindən danışmaq mümkündür. Bu, Rusiya üçün ciddi diaqnostika keçirməyə bəhanədir. Moskvanın İrəvan yönündə diplomatiyası iflasa uğrasa, itkini Azərbaycanla hər hansı alyansla müvazinətləşdirməyi bacarıb-bacarmayacağımız hələ məlum deyil. Eyni zamanda – bir daha və yenə də təkrar etmək lazım gəlir – bütün bunlar İrəvanın diplomatik tabeliyindən çıxarılması lazım gələn Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini xüsusi müstəviyə keçirir. Rusiya Dağlıq Qarabağla birbaşa təmaslar qurmalı, Moskva-Bakı-Stepanakert (mətndə bu cürdür-tərc.) formatında münaqişənin tənzimlənməsi üzrə dialoqa başlamalıdır. Azərbaycan öz növbəsində maksimal güzəştlərə hazır olmalıdır. Yalnız qeyri-standart yanaşma Qafqazarxası istiqamətdə iflasları tarazlamağa qabildir. Hələlik isə NATO-nun Gürcüstandakı təlimlərində atəş yalnız Rusiyaya tərəf açılır.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar