Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moldovanı Azərbaycanla yaxşı oyun gözləyir”

Moldovanın "Zarya" klubunun məşqçisi Georgi Boqyu müsahibə verib


PİA,AZ xəbər verir ki, 2011-2012 mövsümündə AZAL-ın (hazırkı "Şüvəlan") formasını geyinmiş veteran futbolçu həm Azərbaycan və Moldova milliləri arasında keçiriləcək yoxlama oyunundan, həm də sabiq klubundan danışıb.

- AZAL-dan ayrıldıqdan sonra yerli klublarda çıxış etdiniz. Hazırda nə işlə məşğulsunuz?

- Hazırda "Zarya"da məşqçi kimi çalışıram. Komandanın seleksiyaçı-məşqçisiyəm.

- Azərbaycan futbolu ilə maraqlanırsınız?

- Əlbəttə. Xüsusilə AZAL-ın oyunlarını izləyirdim. Bu arada, fürsətdən istifadə edib, "Qarabağ"ı Çempionlar Liqasındakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm.

- Vaxtı ilə çıxış etdiyiniz AZAL klubu indi birinci divizionda mübarizə aparır. Komandanın adını da dəyişib, "Şüvəlan" qoyublar...

- Hə, bilirəm. Bu klubun aşağı dəstəyə düşməsinə təəssüflənirəm. Çox yaxşı komanda idi. Ümid edirəm ki, yenidən Premyer Liqaya qayıdarlar. Çünki AZAL-ın Azərbaycanın top-klubu olmaq üçün hər cür şəraiti var.

- Yanvarın 30-da Azərbaycan və Moldova milliləri arasında yoxlama oyunu keçirləcək. Sizin bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Hər iki komanda üçün yaxşı seçimdir. İki bərabər səviyyəli rəqibin mübarizəsi olacaq. Düşünürəm ki, bizi yaxşı oyun gözləyir. Azərbaycanın millisinin yeni baş məşqçisi var. Tezliklə bizim yığmada da təyinat reallaşacaq. Yeni ildə hər iki komandaya ciddi uğurlar arzu edirəm.

- Bəs ola bilərmi ki, Moldova millimizlə oyuna baş məşqçisiz çıxsın?

- Xeyr. Yaxın vaxtlarda yeni baş məşqçinin adı və təyinatı açıqlanacaq.

- Qurban Qurbanovu az da olsa, tanıyırsınız. Onun təyinatı haqda nə deyə bilərsiniz?

- Əlbəttə, Qurban Qurbanovu tanıyıram. "Qarabağ"da çox yaxşı işlər görüb. Düşünürəm ki, millidə də uğur qazanacaq. Milli komanda onun karyerasında yeni səhifədir. Məncə, qarşıya qoyulan hədəfə maksimum dərəcədə nail olacaq.(qol.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar