Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mixail Qorbaçov qorxunc cinayətlərin müəllifidir“


"1990-cı il yanvarın 20-də - 25 il əvvəl Qorbaçov ordusu Bakıya soxuldu. Onun niyyəti terror yolu ilə azərbaycanlıların azadlıq və müstəqillik iradəsini qırmaq idi. Həmin faciədə içərisində qadın, uşaq və qocaların da olduğu onlarla insan öldürüldü. Bu, Azərbaycan xalqının tarixinə "Qara Yanvar" oldu. Buna görə də biz bu gün kədərlənirik və tarixin bir parçasına çevrilən həmin insanlar üçün dua edirik"


ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal deyib. O həmçinin qeyd edib ki, 20 yanvar faciəsi sovet tarixində cinayətlər zəncirinin sonu oldu.

Heydər Camal SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov haqqında da danışaraq onu qorxunc cinayətlərin müəllifi adlandırıb. 

"O da bütün sovet rəhbərləri kimi siyasətçi deyildi. Onlar öz vəzifələrini və məsuliyyətini dərk edə bilməyən, istənilən addımı atmaqdan, ən əsası isə kapitalist dünyasız qalmaqdan qorxan aciz, qanmaz adamlar idilər. Onlar sözdə kapitalizmlə mübarizə aparırdılar. Əslində isə onlar bu kapitalist dünyanın dağılmasından çox qorxurdular. Buna görə də onlar kapitalizmə qalib gəlməmək üçün sosializmi məğlub olmağa məcbur etdilər", - deyə politoloq əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar