Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk qrupu 20 ildir həll edə bilmirsə, biz nə etməliyik..”

Son günlər Azərbaycan cəmiyyətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu barədə birmənalı olaraq “Azərbaycan bu qurumdan imtina etməlidir” fikir hakim kəsilib


PİA.AZ xəbər verir ki, 20 ildir Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin qrup rəhbərinin müavini olan, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdan bununla bağlı Modern.az saytına müsahibə verib. 

- Eldar müəllim, 20 illik zaman kəsiyində Azərbaycanı ATƏT PA-da təmsil edən millət vəkili olaraq, son vaxtlar Azərbaycan cəmiyyətində Minsk qrupu ilə bağlı səsləndirilən fikirləri necə qiymətləndirirsiniz?

- Uzun illərdir ki, ATƏT PA-da Azərbaycan parlamentinin nümayəndə heyətinin qrup rəhbərinin müavini kimi fəaliyyət göstərirəm. Ona görə də bu sahədə baş verənlərin, orada nələr olduğunun şəxsən şahidi olmuşam.

Yaxşı xatirimdədir, ATƏT PA-nin Ruminiyadan olan sədri Adrian Severn bir dəfə Azərbaycan gəldi və  burdan da Ermənistana getdi. Qayıdandan sonra o, özünə Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin etdi.  

O vaxt İngiltərədən olan Bryuz ATƏT PA sədri oldu. Onunla yaxın əlaqələrim vardı. Bizim səfirimiz Vaqif Sadıqov idi və onun iştirak etdiyi toplantıda mən qəti etiraz etdim ki, ATƏT PA sədrinə Qarabağ üzrə xüsusi nümayəndə nəyə görə lazimdi. Mən o vaxtda hiss edirdim ki, bu cür insanların belə təşkilatlarda çox olması bizə qarşıdır.

Sonra Dağlıq Qarabağ üzrə xüsusi nümyəndə Qoran Len Marker Azərbaycan gəldi. Biz brlikdə Sabirabada getdik, qaçqın və məcburi köçkünlərlə görüşdük.

Sonra onunla söhbətimiz zamanı hansısa məsləyə fikrini soruşanda deyirdi ki, hələki səni dinləyirəm. Axırda da dedi ki, dünyada hər kəs erməni lobbisinin işlərindən danışır. Mənim də vəzifəm budur.

Demək istəyirəm ki, ATƏT-in Minsk qrpunun fəaliyyəti nəticəsində Qarabağ məsələsində 20 ildə 20 mmlik irəliləyiş edə bilməyib.

Bu qurumun vəzifəsi sanki Azərbaycanda olanları ermənilərə çatdırmaq və onları təlimatlandırmaqdır.

Amma nə etmək olar Beynəlxalq təşkilatlardan təcriddə olunmaq da olmur.

Diqqət edin, görün həmsədrlər nə deyir: İki  ölkənin prezidenti siyasi iradə tapıb razılığa gəlsələr problem həll olunar. Sual olunur ki, bəs onda ATƏT-in Minsk qrupu niyə var, kimə lazımdır? Əgər məsələ bu şəkildə həll olunsaydı, daha bizim belə bir quruma niyə ehtiyacımız vardı ki.. Onlar düşünürlər ki, bunların işi prezidentlərin görüşünü təşkil etməkdir.

Axı bunu bizim Xarici İşlər Nazirliyi də təşkil edə bilər. ATƏT-in Minsk qrupunun əsl siması Avropa Şurası Parlament Assambleyasının son sessiyasında ortaya çıxdı. Orada hamı həmsədrlərin erməniləri necə müdafiə etdiyinin şahidi oldu. Prezidentimiz də çıxışında bunu söylədi.

ATƏT PA ilə bağlı daha bir məqamı da diqqətinizə çatdıracam.

Bir dəfə Amerikada ATƏT PA-nın iclasinda Qoran Len Marker Qarabağla bağlı hazırladığımız materialı gündəliyə salmadı. Buna etiraz edtik. Sonra məsələ gündəliyə salınsa da, ona səs verilmədi. Səbəb də gözümüzün önündə oldu. Sədr bütün deputatları bizim sənədə səs verməməyə çağırdı. Dünyada ikili standartlar var. Bu da məsələrin həllini çətinləşdirir. 

- Eldar müəllim, ATƏT-in Minsk qrupu dünyanın üç nəhəng dövlətinin təmsilçiləridir. Demək onların vasitəçiliyindən imtina da asan deyil. Sizcə, konkret hansı addım atmalıyıq?

- Mən ATƏT PA-da dəfələrlə bəyan etmişəm ki, həmsədrlər dəyişsə də, bu qurumun sədri daimi biri olmalıdır. Kimsə gəlir, bir il sədrlik edib gedir. Həmsədrlər üç böyük ölkənin təmsilçiləri olaraq haq-ədalətlə işlərini görməlidirlər. Yeri gələndən haqdan, ədalətdən danışan bu şəxslər əməllərində bunu göstərmirlər. Dünyada miqrant analyışını formalaşdıran Avropa indi öz qapısını miqrantların üzünə bağlayır. Hər halda hesab edirəm ki, belə bir təşkilatın olmasının bizə heç bir faydası yoxdur. Düşünürəm ki, həmsədlərin olmağından olmamağı daha məqsədəuyğundur.

Mən ATƏT PA-da Sərsəng su anbarı ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Həyacanla bildirmişəm ki, qəzalı vəziyyətdə olan bu anbar insanların həyatına təhlükəlidir, kimsə təminat verə bilməz ki, sabah işğalçı Ermənistan azərbaycanlıları su altında qoymayacaq. ATƏT PA rəhbərliyi bu məsələyə heç bir münasibət bildirmədi. Dedilər ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğuldur. Ancaq mən başa düşə bilmirəm ki, onlar hansı  məsələrlə məşğul olurlar.

- Sizcə, bu gün ATƏT-i hansı ölkə idarə edir?

-  ATƏT-i də okenanın o tayından idarə edirlər. Mən bir dəfə ATƏT sədrinə sual verdim ki, ATƏT adından da göründyü kimi Avropaya aiddir. Amerika isə Avropa ölkəsi sayıla bilməz. Bəs, Amerikanın bu qurumda nə işi var? Təbii ki, cavab verə bilmədi.

- Maraqlıdır, şəxsən Eldar İbrahimov ATƏT PA-nın xarici ölkələrdən olan üzvləri ilə söhbətində Qarabağla bağlı nələri söyləyir?

 - Yunanıstandan olan olan Petros Efdemoye bir vaxt ATƏT sədri idi və o, ailəvi dostumdur. O, Azərbaycana səfəri zamanı bizim evdə də qonaq oldu. İsti münasibətlərimiz var. Ona dedim ki, sən ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini ortalığa qoymaqla tarixə düşmüş bir sədr ola bilərsən, ona görə də çalış Minsk qrupu ATƏT PA-da hesabat versin. Cavab verdi ki, bu məsələnin üstündə işləyəcəklər. Doğurdan da o, Xorvatiyada ATƏT PA-nın iclası zamanı bu məsələni qaldırdı. Həmsdərləri də çağırdı və onlar gəlib hesabt verdilər. Azərbaycanın mövqeyi dəstəkləndi.

Sonra dostum yaxınlaşıb dedi ki, sözünün üstündə dayanaraq bunu etdi. Ermənistan işğalçı dövlət kimi tanındı. Biz hər zaman orada çıxış edərək fikirlərimizi bildirmişik. Bir şeyi deyə bilərəm ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə çox səmərəli işləyir, bütün mümkün imkanlardan istifadə edib Qarabağ məsələsini hər an diqqətdə saxlayır.

- Eldar müəllim, ATƏT PA və yaxud da Minsk qrupu həmsədrlərinin verdikləri hər hansı qərar deklerativ xarakterlidir və bunun icra mexanizmi yoxdur. Təcrübəli şəxs olaraq sizcə, niyə bizlər beynəlxalq təşkilatlara bu qədər güvənirik. Onsuz da onların bizim torpaqlaria azad etməyəcəklərini bilirik.

-  AŞPA-nın son sessiyasında ATƏT-in Minsk qrupu bir daha sübut etdi ki, bu təşkilat haqsızlığın yanındadır, bizim əleyhimizə işləyir. Ancaq biz beynəlxalq təşkilatlardan da təcrid oluna bilmərik. Ona görə də biz hər zaman çixişlarımızda Ermənistanın işğalçılıq siyasətindən danışmalıyıq.

Ancaq bilməliyik ki, BMT Təhlükəsizlik Şurasından (TŞ) başqa beynəlxalq müstəvidə Qarabağla  məşğul olacaq qurumların verəcəyi qərarların icra mexanizmi yoxdur. Amma BMT TŞ-da 4 qətnamə qəbul edib. Bəs bunlar niyə həyata keçirilmir? Budur ikili standart, budur ədalətsiz yanaşma. İnsan hüquqları qoruyurmuş kimi bu pərdə altında başlayıblar ölkələrə təzyiq göstərməyə. Azərbaycanda keçirilmiş istər prezident, istər parlament seçkiləri ən şəffaf seçkilərdir və dünyanın heç bir yerində belə seçki proses həyata keçirilmir.

Mən son olaraq demək istəyirəm ki, bu təşkilatların bizim torpaqlarımızın geri qaytarılmasında heç bir rolları ola bilməz. Sadəcə biz bu beynəlxalq təşkilatların iclaslarında iştirak etməklə dünyaya səsimiz çatdırmağa çalışırıq. İnanıram ki, BMT gec də olsa bu məsələrlə məşğul olacaq. Biz torpaqlarımızın azad edilməsi üçün böyük gücə sahibik. Biz istəmirik ki, müharibə olsun. Ama bu probelmləri ATƏT-in Minsk qrupu 20 ildir həll edə bilmirsə, biz nə etməliyik. Məntiqlə bu qurumdan imtina etməliyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar