Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk Qrupu yaratdıq, nə xeyri oldu? Hər şey Putinin əlindədir...”


Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbassdakı münaqişənin dayandırılması üçün “Normand dördlüyü” tərəfindən imzalanan protoklun yerinə yetirilməməsinin tək səbəbi olduğunu deyib - Putin


Virtualaz.org xəbər verir ki, Kiyevdə keçirilən beynəlxalq forum zamanı çıxış edən Kuçma Minsk protokolunun əslində razılaşdırılmadığını bildirib.

 “Minskdə dörd dövlət başçısı görüşdü. Onlardan Merkel ən nüfuzlu siyasətçidir, sinəsini qabağa verib Ukraynanı müdafiə etdi. Olland, Putin, Poroşenko...Mən sizə sadə sual verirəm: protokolu niyə onlar yox, hətta bu müzakirələrdə iştirak etməyən adamlar imzaladılar? Niyə onlar mətbuatın qarşısına çıxıb birgə bəyanatla çıxış etmədilər? Ona görə ki, sənədin yerinə yetiriləcəyinə əmin deyildilər?”-Kuçma bildirib.

Keçmiş prezident xatırladıb ki, 1992-ci ildə onun da iştirakı ilə Qarabağa dair Minsk Qrupu yaradıldı, ancaq münaqişə həll olunmaq əvəzinə Dağlıq Qarabağdan başqa Azərbaycanın 20 faiz ərazisi də Ermənistan tərəfindən zəbt olundu.

“Bu gün danışırlar ki, gah formatı dəyişmək lazımdır, gah kimisə danışıqlara qoşmaq. Bundan nə çıxacaq axı? Gəlin Qafqaza baxaq, Moldovaya baxaq. Miqdardan heç nə asılı deyil. Hər şey ancaq bir adamdan asılıdır-Putindən. Avropalıların Rusiyanı güzəştə getməyə məcbur etmək üçün mexanizmləri varmı? Mən buna şübhə edirəm. Ticarət sanksiyaları tətbiq etdilər, Rusiyaya hansısa problemlər yaratdılar. Digər tərəfdən Rusiyanı məcbur etdilər ki, ixracını şaxələndirsin”-Kuçma bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar