Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk Qrupu öz missiyasını çoxdan başa vurub”


Rusiya ilə Qərb arasında Qarabağ təşəbbüskarlığı uğrunda güclənən mübarizə və fərdi vasitəçilik yeni danışıqlar formatını zəruri edib; təzə format Azərbaycanın da marağındadır, çünki...


Rusiya və Qərb arasında Ukrayna böhranına görə qütbləşmənin dərinləşməsi, sözsüz ki, Qarabağ probleminin dinc nizamlanmasına görəvli olan Minsk Qrupunun da işini iflic edib. 

İxtilafın həllində Moskva ilə Vaşinqton və Paris arasında təşəbbüskarlıq uğrunda gizli-açıq yarışın getməsi, ən son olaraq amerikalı vasitəçi Ceyms Uorlikin münaqişə bölgəsinə təkbaşına səfər etməsi bunun növbəti təzahürü sayıla bilər.

Belə görünür, Rusiya ilə Qərb arasında Qarabağ anlaşmasına hələ çox var. Hətta belə bir şey olsa belə, şübhə yox ki, Kremlin hansısa məsələdə geosiyasi güzəştinin qarşılığı olaraq gündəmə gələcək. Bunun isə hələlik işartısı da yoxdur. Əslinə qalsa, Azərbaycan üçün həmsədrlərin turist səfərlərindənsə, başqa bir formatın tapılması daha məqbuldur. Əsas səbəb bəllidir - nəticəsizlik.

Digər mühüm amil kimi vasitəçilərin neçə illik fəaliyyətindən sonra hazırladıqları və baza sənədi adlandırdıqları “Madrid prinsipləri”dir. Həmin prinsiplərdən biri faktiki surətdə separatçı ermənilər üçün öz müqəddəratını təyinetmə hüququ nəzərdə tutur. Bu isə Azərbaycanın ərazi bütövlüyü altına qoyulan “gec partlayacaq bomba” hesab oluna bilər.

Təsadüfi deyil ki, erməni tərəf neçə vaxtdır bu prinsipdən möhkəm yapışıb və beynəlxalq toplantılarda yeri gəldi-gəlmədi, onu xatırladır. O üzdən İrəvan Minsk Qrupuna xitam verilməsinin qəti əleyhinədir, çünki fərqindədir ki, yeni formatda analoji müddəaya nail olmaq asan olmayacaq. Üstəlik, məsələyə dair beynəlxalq sənəd və qətnamələrin hamısında, son olaraq isə NATO-nun Uels sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Söz düşmüşkən, rəsmi İrəvan sammitdən sonra Minsk Qrupunun saxlanması haqda daha ucadan və narahatlıqla danışmağa başlayıb.


Yaranmış vəziyyətə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun yanaşması da maraqlı görünür. APA-ya müsahibəsində o, öncə danışıqlarda durğunluq müşahidə olunması fikri ilə razı olmadığını deyib: “Əsas odur ki, uzunmüddətli fasilədən sonra prezidentlər yenidən eyni masa arxasına oturdular. Proqnoz verməyəcəyəm, lakin hesab edirəm ki, Parisdə gözlənilən görüş Soçidə bərpa olunan və Uelsdə davam etdirilən işə vacib əlavə olacaq”.

Lakin rusiyalı vasitəçi Minsk Qrupunun gücsüzlüyünü də etiraf eləməli olub. Onun sözlərinə görə, “münaqişənin nizamlanması ilə tərəflər məşğuldur, həmsədrlər isə vasitəçilik edirlər”. Halbuki, münaqişə tərəfləri problemin həllini məhz həmsədr ölkələrdən gözləyir. Doğrudan da sülh prosesi ilə tərəflərin özləri məşğul olmaq iqtidarında olsaydı, Minsk Qrupuna da lüzum qalmazdı.

Həmsədrlərin irəli sürdüyü son həll müddəaları isə ən azı ikibaşlıdır və iki aparıcı beynəlxalq prinsipin hansına üstünlük verdiyini birmənalı əks etdirmir. Popovun açıqlamasında da prosesi irəli aparacaq bu mühüm məqam aydınca görünür. Sitat: “Danışıqların təməlinə gəldikdə bu təməl məlumdur və 2009-2013-cü illərdə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında əks olunub. Xatırladım ki, söhbət BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərindən, xüsusən də güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərindən, habelə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi, onun müvəqqəti statusu, ərazilərin qaytarılması, qaçqınlar məsələsi, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz, sülhməramlı əməliyyat kimi məsələlərlə bağlı müddəalardan gedir. Bütövlükdə bu təməli inkar etməməklə, tərəflər onun tərkib elementlərinin həyata keçirilməsi ardıcıllığına fərqli yanaşırlar. Hazırda bu təməlin dəyişdirilməsi, yaxud hansısa yeni elementlərin tətbiqindən söhbət getmir”.

İş də ondadır ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəksə, Dağlıq Qarabağ erməniləri “öz müqəddəratını” necə təyin edəcəklər? Yox, təyin edib ikinci erməni dövlətinin yaradılması rəsmiləşəcəksə, Azərbaycanın dünya birliyi, o sırada BMT, ATƏT, Avropa Şurası, Avroparlament, NATO, İƏT tərəfindən tanınmış ərazi bütövlüyü necə olacaq?

Rusiyalı diplomat “hazırda təməl prinsiplərinin dəyişdirilməsi, yaxud hansısa yeni elementlərin tətbiqindən söhbət getmədiyini” söyləyir. Yəni bundan sonra da səmərəsiz danışıqlar, işğalçı Ermənistan bu prinsiplərdən möhkəm yapışıb spekulyasiya eləməsi davam edəcək. Deməli, bölgədə müharibə ehtimalı da azalmayacaq.


Rusiyalı həmsədrin bu xüsusda fikirləri də diqqətçəkicidir: “Həqiqətən də hələlik münaqişə həll olunmayıbsa, geniş miqyaslı hərbi əməliyyatların bərpası təhlükəsi var. Ona görə də nizamlanmanın məğzi ilə bağlı danışıqlara münaqişənin ”qaynar mərhələ"yə keçməsi riskini azaldan tədbirləri əlavə etməyə çalışırıq. Rusiya rəhbərliyinin bilavasitə iştirakı ilə tərəflər arasında əsir və ölən hərbçilərin meyitlərinin dəyişdirilməsi, habelə silahlı insidentlərin araşdırılması ilə bağlı anlaşma əldə olunub. Təəssüf ki, bu anlaşmaların tam həcmdə reallaşması həmişə mümkün olmur. Bununla belə, danışıqlarda bu mövzu və snayperlərin geri çəkilməsi, humanitar təmasların inkişafı kimi etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlik təkliflər var. Düşünürəm ki, onların gerçəkləşdirilməsi gərginliyi azaldardı və sülh prosesinin inkişafına kömək edə bilərdi".

Lakin rus diplomat problemin həllinin müstəsna olaraq Rusiyadan asılı olması fikri ilə razı deyil. Sitat: “Nizamlanma münaqişə tərəflərindən asılıdır. Vasitəçilər kömək edə, variant təklif edə bilərlər. Digər məsələ isə ondan ibarətdir ki, bu münaqişənin nizamlanmasına yardım etmək Rusiyanın əsas xarici siyasət prioritetlərinə aiddir. Qonşu regionda baş verənlərə heç də laqeyd deyilik. Soçidə üçtərəfli sammitin açılışında çıxış edən Rusiya prezidenti qeyd edib ki, bizim olduqca yaxın münasibətlərimiz, harada olduğumuzu və keçmişdən miras qalmış bütün bu problemlərin nizamlanmasına doğru irəliləmək üçün atılacaq addımları müzakirə etməyə imkan verən dərin tariximiz var. Ona görə də ölkəmizin rəhbərliyi Bakı və İrəvanla əlaqələrindən istifadə edir ki, Minsk Qrupu həmsədrləri ilə razılaşdırılmış yanaşmalar çərçivəsində Rusiya, AzərbaycanErmənistan prezidentlərinin üçtərəfli formatında da həll yolları axtarılıb tapılsın”.

Popov sətiraltı olaraq Minsk Qrupunun alternativinin ola biləcəyini də istisna eləmir: “Bu işin bitmə tarixləri vasitəçilərin işindən daha çox tərəflərin siyasi iradəsindən asılıdır. Bilirəm ki, münaqişənin həlli ilə bağlı yeni danışıqlar meydançalarının, işçi qrupların yaradılması haqda təkliflər var. Hesab edirəm ki, Minsk Qrupunun fəaliyyəti və həmsədrliyi çərçivəsində unikal vasitəçilik təcrübəsi toplanıb. Qarabağ mövzusunun həssaslığını nəzərə almaqla, bu formatın dəyişdirilməsinə və paralel mexanizmlərin yaradılmasına yönəlik istənilən cəhd danışıqlar prosesinin pozulmasına və tərəflərin mövqelərində geriləməyə gətirib çıxaracaq”.

Lakin regionda və dünyada gedən proseslərin diktəsi və Minsk Qrupunun öz missiyasını faktiki olaraq, başa vurması səbəbilə istər-istəməz paralel mexanizmlər axtarılıb tapılmalı olacaq. Yeni mexanizmi isə Türkiyənin fəal rolu olmadan təsəvvür eləmək mümkünsüzdür. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar