Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Min dənə Abutalıbov dəyişsə də...“


Elçin Mirzəbəyli: “Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmalıdır”


“Hacıbala Abutalıbovun istefaya göndərilməsi Bakıda mövcud olan problemləri aradan qaldırmayacaq. Paytaxtda olan problemləri köklü sürətdə həll etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir”.

PİA.AZ xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib.

Xatırladaq ki, rəsmi “Azərbaycan” qəzetində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun və digər məmurların fəaliyyəti ilə bağlı tənqidi yazı dərc olunub.

Yazıda qeyd olunur ki, Bakının küçə və prospektlərində acınacaqlı vəziyyət hökm sürsə də, paytaxt meriyası bunun qarşısını ala bilmir.

Həmsöhbətimiz Elçin Mirzəbəyli isə bunu “Azərbaycan” qəzetinin subyektiv mövqeyi kimi qəbul edir: “Mənim isə digər qəzetin baş redaktoru olaraq məsələyə münasibətimiz fərqlidir. Hesab edirəm ki, Bakıda olan mövcud problemlərin yaranmasında vahid təsərrüfat sisteminin olmaması xüsusi rol oynayır. İddia olunur ki, paytaxtda nəqliyyatla bağlı ciddi problemlər hökm sürür. Araşadıranda bu problemlərin kökü Nəqliyyat Nazirliyinə gedib çıxır. Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətləri o qədər də geniş deyil. Bu mənada vahid təsərrüfat sisteminin yaradılmasına ciddi ehtiyac var. Bunu həyata keçirmək üçün Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmalıdır. Paytaxta aid bütün məsələlər də Böyükşəhər bələdiyyəsinə həvalə edilməlidir. Hacıbala Abutalıbovun istefaya göndərilməsi vəziyyədən çıxış yolu deyil. Min dənə Abutalıbov dəyişsə də, bu problemləri həll etməyəcək. Digər yandan onun istefaya göndərilməsi ölkə başçısının səlahiyyətinə aid olan məsələdir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar