Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milyarderlər İttifaqı” Dərbənd rəhbərinə qarşı


Qurbanovların “vurulmasının” pərdəarxası...


“Dağıstan rəhbərliyi Qurbanovların ”kriminal klan" kimi təqdimatına çalışır. Arqument kimi isə onların ətrafına azərbaycanlıların sıx toplaşmasını gözə soxur. Bəs əslində vəziyyət necədir?" 

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun dəstəyi ilə ötən il Dağıstan rəhbərliyinə gətirilən Ramazan Abdulatipovun həmyerlilərimizə qarşı cəbhə açdığını əvvəlki reportajda yazmışdıq. 

Abdulatipov işə başlar-başlamaz Dağıstanın ədliyyə naziri Azadi Rəhimov tutduğu postdan uzaqlaşdırılıb. Ardınca Dağıstanda xüsusi nüfuzu olan, Dərbənd rayonunun Bələdiyyə Şurasının(icra hakimi) rəhbəri Qurban Qurbanovun tutduğu postdan uzaqlaşdırılmasına cəhd edib. Dağıstan prezidenti birbaşa efirdə seçki yolu ilə Bələdiyyə Şurasının rəhbəri postuna mandat almış Qurban Qurbanovu işdən çıxaracağını bəyan edib. Bundan sonra Dərbənd rayonunda Bələdiyyə Şurasında qanunsuz yoxlamalar başlayıb, ardınca Qurbanov həbs olunub, sonradan ev dustağı edilib. Q.Qurbanov hazırda da ev dustağıdır. 

Ona qarşı təzyiqlər Dağıstanda yaşayan azərbaycanlılara  kin-kidurət bəsləyənlərə də meydan verib. Dağıstanda milli məsələlərin qabardılmasında, xüsusilə azərbaycanlılara qarşı kampaniyalarda sosial şəbəkələrdən geninə-boluna istifadə olunur. Belə kampaniyaların avanqardı isə “Sadval” və Ləzgi-Avar Milli Təşkilatlarıdır. 

Q.Qurbanovun “vurulması” kampaniyası Dağıstanda azərbaycanlılara bəslənən kin-küdurəti, siyasi ambisiya və şəxsi maraqları ortaya çıxarıb. 

Məsələ bundadır ki, Qurban Qurbanov uzun illərdir ki, Dərbəndə rəhbərlik edir. Onun, ondan əvvəl isə atasının rəhbərliyi ilə rayon inkişaf edib. Qurbanovların idarəçiliyinin əsas istiqaməti əhalinin sosial-iqtisadi durumunun yaxşılaşmasına yönəldiyindən onların nüfuzunun artmasını şərtləndirib, müvafiq olaraq ümumilikdə azərbaycanlılar da hörmət bəslənilən topluma çevirib. Hazırda Dağıstan rəhbərliyi Qurbanovları “kriminal klan” kimi təqdimatına çalışır. Arqument kimi isə onların ətrafına azərbaycanlıların sıx toplanmasını gözə soxur. Bəs əslində necədir? 

Dağıstandakı reallıqlardan xəbərdar olan hər kəs bilir ki, respublikada kriminal durum çox ağırdır. Dərbənddə olduğumuz günlərdə rayonun giriş-çıxışında postların qurulmasının, yol-patrul xidməti əməkdaşlarının zirehli jiletdə və avtomatlı gəzdiklərinin şahidi olduq. Rayona səfərimizdən 3 gün əvvəl, oktyabrın 16-da Dərbənddə keçirilən xüsusi əməliyyat zamanı “Yujdaq” qruplaşmasının 3 üzvü hüquq-mühafizə orqanları tərəfindən zərəsizləşdirlmişdi. Hündürmərtəbəli binalardan birinin zirzəmisində isə 25 kiloqram partlayıcı maddə aşkarlanmışdı. Dağıstanda hər gün güllə səsləri eşidilir, odlu silahla törədilən qətllər də adiləşib. Belə bir halda müəyyən maliyyə imkanlarına və iqtisadi rıçaqlara malik hər bir iş adamının ətrafında yaxınlarının toplaşması da təbiidir. Bu baxımdan respublikada belə bir şəraitin bərqərar olmasında suçu olmayan Q.Qurbanovu “klan başçısı” adlandırmaq sadəcə düzgün deyil. Üstəlik o, rayon Bələdiyyə Şurasına açıq seçkilər zamanı sədr seçilib. Bu məqam onun prezidentin istəyilə tutduğu postdan getməsinin qarşısını alır. 

***
Abdulatipov Qurban Qurbanovun öz xoşuna seçildiyi postdan getməyəcəyini görüb onu qorxutmaq üçün administrativ yollara da əl atıb. İlkin olaraq Dərbənd rayonuna İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin və Hesablama Palatasının əməkdaşlarını yoxlamaya göndərib. Qurban Qurbanov məhkəməyə üz tutub. Məhkəmə hər 2 yoxlamanın qanunsuz və əsassız həyata keçirildiyini təsdiqləyib. Bundan sonra Abdulatipov Dağıstan Əmlak Nazirliyinin əməkdaşlarını Dərbənd rayonuna yoxlamaya yollayıb. Müfəttişlər  Q.Qurbanovun K.Marks adına Dövlət Unitar Müəssisəsinin 56 hektar torpaq sahəsini sakinlərə qanunsuz  payladığı qənaətinə gəliblər. Onlar belə bir qərara imza atanda “unudublar” ki, 
Rusiya Federal qanununa görə yaşıl kartı olan torpaq(özəl mülkiyyət şəhadətnaməsi) sahələrinə kimsə iddia edə bilməz. Bundan başqa həmin torpaqlar Dərbənd rayonun bələdiyyə torpaqları olaraq 2007-2008-ci illərdə sakinlərə paylanıb. Həmin vaxt torpaqlar rayon bələdiyyəsinin sərəncamında olub. 2010-cu ildə isə Rusiya Torpaq Məcəlləsinə dəyişiklik edilib və bələdiyyə torpaqları Əmlak Nazirliyinin sərəncamına verilib. Dünyanın heç bir ölkəsində qanunun geriyə qüvvəsi olmur. Rusiya Federasiyasında da, o cümlədən Dağıstanda da Abdulatipova qədər belə olub. İndi isə Dağıstan prezidenti qanunu öz istəyinə uyğunlaşdırmaq cəhdinə baş vurub... 

Q.Qurbanov faktiki olaraq onun, indiki durumda isə Əmlak Nazirliyi əməkdaşlarının əməllərinin qanunsuz hesab edilməsi üçün Dağıstan Arbitraj Məhkəməsinə müraciət edib. Hələlik yekun qərar yoxdur... 
***
Dərbəndə səfər zamanı həmyerlilərimizin kəndlərindəki 2 məktəbə də baş çəkməyə imkan tapdıq. Rayon mərkəzindən 25-30 kilometr aralıda yerləşən məktəblər yeni tikilib. Sinif otaqları kompüter, ən müxtəlif dərs ləvazimatı, əyani vəsaitlə, idman zalları da uyğun ləvazimatlarla təchiz olunub. Müəllimlərin əmək haqqı 400 dollardan başlayır, kommunal xərclərə 50 faiz güzəşt tətbiq olunur.  Məktəbləri bitirən şagirdlər vahid dövlət imtahanı verir və topladığı bala uyğun Rusiyanın istənilən ali məktəbinin qapısını heç bir məhdudiyyət olmadan döyə bilir. Olduğumuz kənd məktəblərində müəllimlər məktəbi bitirən şagirdlərin 80 faizindən çoxunun ali təhsil müəssisələrinə daxil olduqlarını da dedilər. 

Dərbənddə məktəb binalarının tikintisi Qurban Qurbanovun təşəbbüsü ilə həyata keçirilib. Azərbaycan dövləti soydaşlarımızın kompakt yaşadığı ərazilərdə   
yerləşən məktəbləri ana dilimizdə olan zəruri kitablarla təmin edir. Dərbəndin Bələdiyyə Şurasının rəhbərinin iş prinsiplərinə bələd olanlar deyir ki, Q.Qurbanov  ölkə rəhbərliyindən son illərə qədər məktəblərin tikintisi üçün icazəni çox asanlıqla ala bilib - başqa bələdiyyələrdə 30 milyon rubla başa gələn məktəb tikintisinə Qurbanov 15 milyonla başa çatdırır. Odur ki, Dərbənd rayonunda qısa müddətdə 42 məktəb, çoxsaylı uşaq bağçaları, digər sosial obyektlər tikilib. BakıŞəki ləhcələrinin sintezində danışan dərbəndlilər Qurban Qurbanovun atası, Səid Qurbanovu da böyük ehtiramla anırlar. Deyirlər ki, həmyerlilərimizin ayaqda qalmasında mərhum Səid Qurbanovun, ondan sonra isə oğlunun böyük rolu var.  

İşgüzar azərbaycanlı rəhbəri gözü götürməyənlər də çoxdur. Belələri əsasən milli məsələləri qaldırmaqla Qurbanovun gördüyü işlərə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. 

***
Dərbənd rayonu Dağıstanın “yağlı tikə”sidir,  strateji nöqtə olduğundan hazırda bu ərazidə rəhbərlik uğrunda çarpışmalar gedir. Bu kampaniyanın arxasında Abbas Abbasov dayanır. Dərbənddə olarkən onun “Milyarderlər İttifaqı”nın “maşa”sı rolunda çıxış etdiyini də eşitdik. Əlbəttə ki, sabiq vitse-primyerin şəxsi maraqları da var. 

Bu isə prosesin təkcə Qurbanovlarla məhdudlaşmayacağını deməyə əsas verir. Dərbəndə nəzarət edən Dağıstana, digər tərəfdən də Rusiyadan Azərbaycana uzanan magistrala, neft və elektrik xətlərinə də nəzarət edir.  




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar