Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milliyyet”in manşet yazısı - Lotu Quli-Rövşən Lənkəranski qarşıdurması...

Türkiyə mediası azərbaycanlı kriminal aləm liderlərinin qanlı hesablaşmasından yazdı


Azadlığa çıxandan dərhal sonra İstanbula gedən “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) mərhum Rövşən Lənkəranskinin adamları arasında baş verən hesablaşma Türkiyə mediasının əsas xəbərlərindən biri olub. 

Musavat.com xəbər verir ki, Türkiyənin “Milliyyet” qəzeti İstanbulun Bahçelievlər bölgəsindəki bir alış-veriş mərkəzində iki gün öncə gerçəkləşən bir əməliyyatın altından beynəlxalq media hesablaşmasının çıxdığını yazıb. Qəzet Azərbaycan mediasına istinadla xəbər verib ki, əməliyyat nəticəsində saxlanılanlar RusiyaQafqaziın ən nüfuzlu mafiya liderlərindən olan Lotu Quli ləqəbli Nadir Səlifova sui-qəsd hazırlığında idilər. “Milliyyet” eyni zamanda saxlanılanlar arasında ötən il İstanbulun Beşiktaş bölgəsində qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (R.Lənkəranski) qardaşı Namiq Canıyevin də olduğunu qeyd edib.

Baxçalıevlərdəki “Ömür” ticarət mərkəzində keçən həftənin cümə axşamı günü xüsusi təyinatlı polis qüvvələri və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin heyəti basqın edib və yeraltı dünyasında ‘Şirinler qrupu” olaraq bilinən Mehmet Sabri Şirin və yanındakıları gözaltına alıb. Saxlanılan və aralarında azərbaycanlıların da olduğu qrup “Lotu Quli” ləqəbli azərbaycanlı mafiya lideri Nadir Səlifova sui-qəsd hazırlığında idilər. Səlifovun qaldığı evə basqın etmək üzrə hazırlanan 11 nəfərlik heyətə keçən il Beşiktaşda öldürülən azərbaycanlı mafiya liderinin qardaşı Namiq Canıyev liderlik edirdi.

“Milliyet”in yazısında bildirilir ki, Namıq Canıyev 17 avqist 2016-cı ildə öldürülən azərbaycanlı mafiya lideri, “Xəyalət” ləqəbli Rövşən Canıyevin qardaşıdır. İddialara görə, Canıyev böyük qardaşının intiqamını almaq üçün Türkiyədəki Lotu Quıinin izinə düşüb və türk mafiyası ilə münasibətlər qurub. “Ömür”də saxlandıqları zaman da bu sui-qəsd cəhdi ilə bağlı yığıncaq keçirirmişlər.

“Milliyyet” yazır ki, Rusiyada başlayan, Ukrayna, Gürcüstan və Türkiyəyə də sıçrayan bu mafiya hesablaşmaları 16 yanvar 2013-cü ildə Rusiyanın tanınmış mafiya liderlərindən Ded Xasanın öldürülməsiylə başlayıb. Onun qətlini təşkil etdiyi iddia edilən Rövşən Canıyev ötən il Beşiktaşda öldürülüb. Bu sui-qəsdin cavabdehi olduğu iddia edilən Lotu Qulinin adamlarından Elşən Əmircanki də 11 sentyabr 2017-ci ildə Gürcüstanda öldürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar