Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Şura Rusiyanın kölgəsində göründükcə...”


Politoloq müxalifətin əsas qurumundakı vəziyyəti təhlil etdi


Rüstəm İbrahimbəyovun sədrlikdən istefasından sonra Milli Şuranın daxilində fikir ayrılıqlarının aradan qalxacağına olan ümidlər doğrulmadı. Son sessiyada Cəmil Həsənlinin sədr seçilməsi hamı tərəfindən dəstəklənsə də Rüstəm İbrahmbəyovun fəxri sədr seçilməsi Milli Şuradakı qüvvələrin heç də hamısının dəstəyini qazanmadı və yeni nifaq ocağının alovlanmasına səbəb oldu. Sessiyadan sonrakı dövrdə daxili savaş səngimir, əksinə, qızışır. Bəs bu vəziyyətin kökündə hansısa gizli səbəblər varmı? Qarşıdurma vəziyyətini kim, necə aradan qaldıra bilər?

Politoloq Natiq Mirinin dediyinə görə, baş verənlərin kökündə əslində o dayanır ki, əvvəldən bu qurumda eyni ideologiyaya, eyni hədəflərə xidmət edən siyasi qruplar iştirak eləmirdi. Burada konkret ideyası, hədəfləri bəlli olan siyasi qüvvələr, eyni zamanda fərqli marginal qruplar mövcud idi. Həmin marginal qruplar istər hakimiyyət içindən, istər xaricdən olsun istənilən istiqamətə üz tutmağa meyllidirlər:

“Ona görə də belə bir qurumun gec-tez bu cür ziddiyyətlərlə qarşı-qarşıya qalması gözlənilirdi. Digər tərəfdən, həqiqətən də Milli Şura bu gün etiraf olunmasa da Rusiyanın bir proyekti idi. Hətta ola bilsin ki, özünün məlumatı olmasa belə, Rüstəm İbrahimbəyovun timsalında Milli Şura müəyyən mənada Rusiyadan idarə olunurdu. Xüsusilə bu, ilk vaxtlar belə idi. Prezident seçkilərində Milli Şura üçün süni yaradılan vaxt məhdudiyyəti də bir daha göstərdi ki, Milli Şurada xətt Rusiyanın maraqlarına xidmət edirdi. Məhz Moskvanın strateji məqsədinə son ana qədər xidmət etdi. Ən nəhayət, bu vəziyyətdən çıxış yolu tapmaq üçün Milli Şuranın milli qüvvələri Cəmil Həsənlinin timsalında bir ziyalını ortalığa çıxarmaqla siyasi biabırçılıqdan xilas oldular. Müəyyən mənada elektoratı toparlaya bildilər, ancaq artıq vaxt itirildiyindən bu, yetərli deyildi. Bu cür marginal qruplarla zəngin olan bir qurumun uzun müddətli problemsiz fəaliyyəti qeyri-mümkün idi ki, o da yalnız bu günə qədər gəlib çıxa bildi”.

Politoloq bildirdi ki, həmin marginal qruplar hansı güclər tərəfindən idarə olunurdusa, onların sifarişi ilə öz istədikləri yerə transfer olmağa başladılar. İndinin özündə də heç müzakirə obyektinə layiq olmayan məsələlərdən ötrü böyük ziddiyyətləri də həmin qruplar yaradır:

“Rüstəm İbrahimbəyovun Milli Şurada fəxri sədr olması kimi süni bir problemi ortalığa atıblar. Bir neçə ay öncə yaradılmış bir qurum hansı böyük fəaliyyəti ilə yadda qaldı, hansı ciddi dəyişikliyə nail oldu ki, ona fəxri sədr seçməyə zərurət yaransın? Bu addımın atılması ən azından siyasi ayıbdır. Kimlərisə razı salmaq üçün o cür yarlıqları kimlərinsə yaxasından asmağa və daxildə yeni fikir ayrılığı ocağı yaratmağa nə ehtiyac var idi? Görünür, kimlərsə maraqlıdır ki, hələ də Milli Şura Rusiyanın kölgəsində görünsün. Bu məsələyə ciddi fikir vermək lazımdır. Çünki Milli Şura Rusiyanın kölgəsində göründükcə, bilin ki, bu güc mərkəzi Qərb tərəfindən dəstəklənməyəcək. Əslində Milli Şuranın hələ də Rusiyanın kölgəsində olması kimi görünməsi Milli Şuranın siyasi liderlərinin ən böyük strateji səhvidir. Bax bu cür səhvlər seçkilərdə Milli Şuraya Qərbdən heç bir dəstəyin olmamasına gətirib çıxaran amillərdən oldu”.

N.Miri vurğuladı ki, bundan sonra strateji xətti düzgün müəyyənləşdirən güc öz ideyasını ortalığa qoymalıdır. Bu ideyanın ətrafında həm xalqı, həm də həmin ideyaya yaxın qüvvələri cəlb eləməlidir. Həmin ideologiya, siyasi xətt elə cəlbedici olmalıdır ki, cəmiyyət tədricən bu nüvənin ətrafında birləşməyə meylli olsunlar:

“Əks təqdirdə, yenidən özünü aldatmaqla müəyyən qurumlarda müxtəlif güc mərkəzlərinə xidmət edən marginal qruplarla yenidən bir yerdə yola davam etməklə heç bir müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Bu, son 20 ilin siyasi praktikasında özünü dəfələrlə göstərib. Liderlər axına qarşı üzməyi bacarmalıdırlar. Amma bizdə təəssüf ki, liderlər axına qarşı getməkdən qorxurlar ki, görəsən, ictimai rəy buna necə baxar. Lider özünü təsdiq etmək üçün axına qarşı getməyi də bacarmalıdır və öz siyasi-strateji xəttini elan etməlidir. Bu xətt cəlbedici olanda cəmiyyət və milli qüvvələr tədricən oraya toparlanacaq. Bu da 2015-ci il parlament seçkilərində ciddi bir koalisiya şəkilini ala bilər. Bu proses indidən başlamalıdır və o prosesi mən Milli Şuranın çərçivəsində görmürəm”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar