Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Meydan tv” ilə Vüqar Bayramovun qalmaqalından yeni detallar


25 avqust tarixində “Meydan TV”-nin veb-səhifəsində iqtisadçı alim Vüqar Bayramovla bağlı yerləşdirilən rus dilində “Таинственная компания за короткий срок выиграла более 120 тендеров” (“Gizli şirkət 120-dən artıq tenderdə qalib gəlib”) sərlövhəli məqalə ətrafında qalmaqal davam edir


Belə ki,  V.Bayramov musavat.com-a göndərdiyi  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika ( Red: Organized Crime and Corruption Reporting Project - OCCRP) təşkilatına qarşı 5 tələbindən sonra, tv-nin yaydığı materialdakı fikri qələmə alan  jurnalist də məsələ ilə bağlı sosial mediada öz açıqlaması ilə çıxış edib.

“Üç nöqtə” qəzetinin əməkdaşı olan Xalid Vahidoğlu təsdiqləyib ki, “Meydan tv”də yayımlanan Vüqar Bayramovla bağlı fikirləri o, mart ayı ərəfəsində alıb:

“Bir neçə gündür ətrafında müzakirə gedən məqalə ilə bağlı bildirmək istəyirəm ki, əksər qurumlardan tenderlər udan və müxtəlif sahələrdə çalışan bir şirkətlə bağlı yerli mətbuatda oxuduğum məlumatlardan sonra bununla bağlı yazı hazırlamaq istədim. Şirkətlə bağlı bəzi məlumatları araşdırandan sonra bu mövzuda iqtisadçı Vugar Bayramovdan da münasibət öyrəndim. Dəqiq vaxtı xatırlamasam da, bu Novruz bayramından bir müddət öncə idi və mən yerli mətbuat üçün yazırdım. O zaman «Üç nöqtə» qəzetində çalışdığımdan və iş çox olduğundan yazını bitirə bilmirdim. Amma sonradan məqalənin üzərində işləyərkən bunun harada dərc olunacağını bilmirdim. Bu qəzetdən işdən ayrılandan sonra boş vaxtım olduğundan yazını təxminən 1 ay öncə bitirmişəm və dərc olunub".

Jurnalist həmçinin xahiş edib ki, bu mövzu ilə bağlı  müzakirələr dayandırılsın. 

Həmçinin, jurnalistin yuxarıda qeyd etdiyimiz fikirləri “Meydan tv”də Vüqar Bayramovla bağlı yazılan  materialın içərisinə, sonradan daxil edilib. Kanal  həmçinin daha öncə yerləşdirdiyi materialın mətnində də düzəlişlər edib. Belə ki, yazıdan  aşağıdakı fikirlər çıxarılıb:

Öncəki: “Meydan tv qeyd edir: Vüqar Bayramov inkar etsə də, jurnalistə bu araşdırma ilə bağlı müsahibə verib. Onun iddia etdiyi kimi 8 ay əvvəl yox, 1 ay öncə verib”.

Sonrakı: “Meydan TV qeyd edir: Vüqar Bayramov inkar etsə də, jurnalistə bu araşdırma ilə bağlı müsahibə verib. OCCRP-dən Meydan TV-yə verilən məlumata görə, məqalə onlara 1 ay əvvəl təqdim edilib və orada müsahibənin neçə ay əvvəl götürüldüyü qeyd olunmayıb”.(P.S. aşağıdakı “screen shoot”lardan dəyişiklikləri tam görə bilərsiz)

“Meydan Tv”dən bu dəyişikliyi nə üçün etdiklərini öyrənmək istədik. Ancaq kanalın əməkdaşları bu barədə fikir bildirmədirlər. Kanal sadəcə bildirir ki, onlar  OCCRP-nin araşdırmasını olduğu kimi yayıblar. 

Məsələ ilə bağlı Vüqar Bayramov isə musavat.com-a bildirib ki, irəli sürdüyü 5 tələb yerinə yetirilənə qədər gözləyəcək. Əks halda isə məhkəməyə müraciət edəcək. Tələblər yerinə yetirilənə qədər, V.Bayramov mövzu ilə bağlı əlavə fikirlər söyləməyəcəyini də vurğulayıb.  Həmin tələblər aşağıdakılardır:

1. Vüqar Bayramovun adından uydurulan, heç bir yerdə söyləmədiyim və 4 gün saytlarda saxlanılan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əleyhinə “qara piar” olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və Meydan TV-nin saytlarından yığışdırılsa da, onun adından istifadə edildiyi üçün Vüqar Bayramovdan rəsmi üzr istənilsin;

2. Hətta 8 ay öncə “Üç Nöqtə” qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səsləndirmədiyim halda “100 min dollar” ifadəli uydurma cümlə “araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;

3. Tenderlərin elektron qeydiyyatı ilə bağlı mənim adımdan uydurulan “əks halda şəffaflıqdan söhbət gedə bilməz” cümləsi “araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;

4. “Araşdırmada” tamamilə dəyişdirilərək, uydurma “qara piar” cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü “Üç Nöqtə” qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai qeyd edilsin;

5. İqtisadi və Sosial İnkişaf Mərkəzi və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də “Twitter”də aparılan qərəzli “qara piar” kampaniyasına dərhal son qoyulsun”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar