Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mətbuatda hər gün maaşlardan yazmaq doğru deyil”


Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bir sıra məsələlərə münasibət bildirib


YAP-çı deputat deyib ki, millət vəkillərinin əmək haqlarının qaldırılmasında ayrı mənalar çıxarmaq, ajotaj yaratmaq, cəmiyyəti çaşdırmaq doğru deyil:

“Postsovet məkanında bir sıra parlamentlərlə müqayisədə bizdə deputat əmək haqqısı azdır. Bəzən bunu müəllimlərlə müqayisə edirlər. Cəmi 125 deputat var. Amma təhsil sahəsində 500 min insan işləyir. Biz əlbəttə ki, bütün təbəqələrin sosial müdafiəsi ilə məşğul oluruq. Hesab edirəm ki, belə müqayisələr aparmaq doğru deyil. ABŞ-da senatorlar 14-16 min, müəllimlər isə 2 min dollar əmək haqqı alır. İkincisi, dövlətin müdafiə sahəsindən sonra ən çox maliyyəni təhsil sahəsinə ayırıb. İqtisadiyyatı bilməyən, camaatı qızışdırmaq istəyənlər bu məsələləri araşdırmalı və bir düşünməlidir.

Bu gün imzalanan müqavilələr də Azərbaycan xalqının mənafeyinə hesablanıb. Son 10 ildə 3 min məktəb tikilib. Bu cür məktəblər, xəstəxanalar, yollar heç vaxt olmayıb. Avropaya inteqrasiya əməldə olmalıdır. Bizim Avropa ilə 30 milyard dollar civarında iqtisadi əlaqələrimiz var. Ukrayna, Ermənistan, Gürcüstan və Moldovanın birlikdə iqtisadi əlaqələri bu qədər deyil. Bu gün ki, müqavilə isə 45 milyard dollar həcmindədir.

Bu gün deputat mandatı ala bilməyənlər gedib Ukraynada Avropaya dəstək vermək, gah narıncı şarf taxmaq, gah da yaxasına müxtəlif şeylər taxmaqla deyil. Dəstək bu real addımlardan ibarətdir. Mətbuatdan da bir xahişimiz var, dünyada əmək haqqını soruşmaq anormallıq sayılır. Odur ki, hər gün bu haqda yazmaq doğru deyil”.(simsar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar