Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim ifam prezidentin xoşuna gəlir” – Xalq artisti


"Bütün dövlət məmurları ayağa qalxıb, mənə əl çaldılar"


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın xalq artisti, tanınmış müğənni Gülyanaq Məmmədovanın pərəstişkarıdır. Prezident dəfələrlə ad günü məclislərinə onu dəvət edib, ifalarını sevə-sevə dinləyib.

Gülyanaq Məmmədova AzVision.az-a müsahibəsinə Türkmənistan prezidenti ilə ilk görüşündən, ona verilən hədiyyədən söz açıb:

- Türkmənistan prezidenti ilk dəfə sizin ifanızı harada eşidib? 

-Rəşid Behbudov adına Mahnı Teatrında Türkmənistanın Azərbaycandakı səfirliynin təşkilatçılığı ilə tədbir keçirilirdi. Ora ifaçı kimi məni də dəvət etmişdilər. Tədbirdə Azərbaycan mahnılarından birini oxudum. Sonradan həmin kadrları Türkmənistana aparıblar. Prezident baxıb və mənim ifam onun çox xoşuna gəlib. Deyib ki, ad gününə məni dəvət etsinlər. İlk tanışlığımız belə yarandı.

Onu da deyim ki, Türkmənistanda hər şey senzuradan keçirilir. Efirə, tədbirlərə yoxlanılıb buraxılırlar. Hətta səhnəyə qolu qısa paltarda çıxmağa icazə verilmir. Oxuduğun qəzəlin, mahnının sözləri yoxlanılır, sonra ifaya razılıq verilir . 

-İlk dəfə Qurbanqulu Berdiməhəmmədovu görəndə sizdə hansı təəssüratlar yarandı? Oxuduğunuz mahnılar haqqında nə dedi?

-İlk dəfə gedəndə “Bulaq suyu, dağ havası” mahnısını, Azərbaycan muğamını türkmən dilində oxudum. 

Birinci gündən o qədər alqışla qarşılandım ki, növbəti illərdə də dəvət olundum. Hər dəfə gedəndə ad günündən sonra bu münasibətlə solokonsertim olurdu.

Prezident ifamı o qədər bəyəndi ki, hətta məndən yarışma üçün mahnı da istədilər. Mən “Mehriban olaq” mahnısını onlara təqdim etdim. Sözlərinin yarısı Azərbaycan, yarısı türkmən dilində oxundu. Mahnı birinci yeri tutdu və bundan sonra prezidentin növbəti dəvəti oldu. Qurbanqulu Berdiməhəmmədov məni Türkmənistanın ən mötəbər qızıl medalına layiq gördü, baş nazir həmin medalı boynuma taxdı. Mən də prezidentə Azərbaycanın qavalını hədiyyə aparmışdm. 

Türkmənistan prezidenti hər il ad gününə dünyanın məşhur ifaçılarını dəvt edir. Onlar da türkmən dilində Qurbanqulu Berdiməhəmmədovu təbrik edib mahnılar oxuyurlar.

-Siz də prezidenti türkmən dilində təbrik etdini? 

-Bəli. Flipp Kirkorov, Sərdar Ortac, Fərhad Köçər və başqa dünya ulduzları türkmən prezidentinin ad günü tədbirində iştirak edirdilər. Onlar adətən təbriklərini türkmən dilində vərəqdən oxuyurlar. Mə isə təbrik mətnini 15 dəqiqə ərzində əzbərləyib türkmən dilində dedim. Onların Mədəniyyət Nazirliyinin nümayəndələri təbrikləri türkmən dilində yazıb bizə verirdi.

“Mehriban olaq” mahnısını ı oxuyanda prezident məni ayaq üstdə alqışladı. O, ayağa qalxan kimi bütün dövlət məmurları da ayağa qalxdılar.

Prezident mahnını çox bəyəndiyini, insanları mehribanlığa səsliyən möhtəşəm əsər olduğunu dedi. Hətta mən səhnədən çıxandan sonra rejissor arxamca gəldi ki, prezident sizdən daha bir mahnı istəyir. Yenidən səhnəyə qayıtdım. Dəfələrlə mən onun tədbirlərinə dəvət almışam.

Sonuncu dəfə bacım Gülyazla birlikdə bizi dəvət etdilər. Əlibaba Məmmədovun “Min yaşa “ mahnısını Gülyaz Azərbaycan dilində oxudu, mən isə türkmən dilində oxudum.

Həmin mahnının musiqisinə prezidentin göstərişi ilə türkmən dilində oxşar sözlər yazıldı. Mahnının bir bəndində dəyişiklik edib “arkadağım min yaşa” - yəni, “prezidentim min yaşa” cümləsini əlavə etdilər.

Oxuyanda mən özüm də təəccüblənirdim ki, niyə görəsən, dövlət məmurları oturmurlar. Sonra məlum oldu ki, mahnın sözlərindəki “arkadağım min yaşa" sözlərini onlar ayaq üstə qarşılamalıdılar. 

-Türkmən başı bizim dildə oxuduğunuz mahnıların sözlərini başa düşürdümü?

-Dillərimiz bir-birinə çox yaxndır. Sadəcə olaraq onlarda bir balaca dilin sınmaları var. Yəqin ki, müəyyən qədər başa düşürlər. Elə tədbirlər olurdu ki, prezident özü orada iştirak etmirdi, amma tədbiri ekran qarşısında əyləşib, əvvəldən axıra qədər izləyirdi. 

Türkmlərin də gözəl mahnıları, aşıq havaları var. Köklü xalqdırlar. Möhtəşəm teatr binaları var. Muzeylərində olmuşam. 

-Prezidentlə yaxından, üz -üzə görüşüb danışmısınızmı?

-Xeyr. Sadəcə mənə prezidentin təşəkkürlərini çatdırdılar. Türkmənistan prezidenti ciddi, öz qanunları, qaydaları olan insandır.

-Ad günü tədbirlərində sizə nə qədər qonorar verirdilər? Sirr deyilsə, bu barədə məlumat verərdiniz.

-Xırdalıqlara varmaq istəməzdim. Onun verdiyi qızıl medal, diplomlar, türkmən xalçası mənim üçün ən böyük hədiyyələrdir. Hətta son konsertimizdə bizə xüsusi türkmən paltarları tikilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar