Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məni ölümlə hədələyirlər”- iş adamının məhkəməsində qalmaqal


Adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdində zərəçəkənlər ifadə verib. 

Prosesdən əvvəl zərərçəkən Sahib Muradovla təqsirləndirilən İlham Qasımov arasında mübahisə yaranıb. Tərəflər bir-birlərini təhqir edib. Mübahisəyə İlham Qasımovun zalda olan yaxınları da qoşulub. Məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə tərəflər sakitləşdirilib.

Proses başlayarkən hakim tərəflərə xəbərdarlıq edib. Hakim bildirib ki, növbəti dəfə belə bir hal qeydə alınarsa, məhkəmə prosesi qapalı keçiriləcək.

Məhkəmə prosesinin davamında prokuror ittiham aktını elan edib. 
İttiham aktında qeyd edilir ki, İlham Qasımov faktiki rəhbəri olduğu tikinti şirkətlərindən mənzil alan şəxslərə qarşı dələduzluq edərək, vəzifəli şəxs kimi onların etibarından sui istifadə edərək külli miqdarda vəsaiti mənimsəyib.   

İttiham aktında zərərçəkən bir çox şəxsin adı qeyd edilib. Zərərçəkmiş kimi göstərilənlərdən biri də Gülağa Ənvərovdur. Ittiham aktında qeyd edilir ki, G.Ənvərob İlham Qasımova bina inşası üçün 10 milyon manat ödəyib. Həmin pulun bir qismi yeni binanın inşa ediləcəyi deyilə ərazidə yaşayan sakinlərin köçürülməsi üçün xərclənib. Pulun qalan hissəsi- 7 milyonundan artığı isə İlham Qasımov trəfindən məmnimsənilib. 

İttiham aktında qeyd edilənlərə görə, İ.Qasımov G.Ənəvrovun daha 3 milyon 687 min manatını mənimsəyib. Bu dəfə isə İ.Qasımov pulu Yasamal rayonu ərazisində torpaq sahəsini G.Ənvərova satmaq məqsədi ilə alıb.

“İlham Qasımov Yasamal rayonu ərazisində inşası başlanınılan binanın ərazisini Gülağa Ənvərova göstərib. Və həmin ərazidə birlikdə bina inşa edəcəklərini deyərək ondan 3 milyon 678 min manat alıb”- deyə ittiham aktında qeyd edilir.

Təqsirləndirilən İlham Qasımov elan olunan ittihamla özünü günahkar bilmədiyini deyib. Hakim İ.Qasımova ifadə verməyi təklif edib. İ.Qasımov özünü təqsirli bilmədiyi üçün ifadə verməyəcəyini və zərərçəkmişlərlə üzləşdirilmək istədiyini deyib. 

Məhkəmə prosesinin davamında zərərçəkmiş kimi tanınmış Kəmalə Hüseynova ifadə verib. O, İlham Qasımovun rəhbəlik etdiyi tikinti şirkətindən mənzil almaq üçün pul ödədiyini, lakin sonradan həmin məbləği geri almaq istəyərkən aralarında problem yaşandığını deyib: “Mənzil almaq üçün MTK-ya 53 min manat ödədik. Bu pulu hissə-hissə vermişdik. Sonradan tikintidə işləri yaxşı getmədiyini gördüm. Mənzili satmaq istədik. Ancaq problem yarandı. Pulumuzu geri ala bilmədik. Sonra korrupsiyaya şikayət etdik. İndi pulumu geri almışam. Heç bir şikayətim yoxdur”.

Hakim zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiy ifadələr arasında ziddiyyətlər olduğunu söyləyib. Zərərçəkmişin istintaqa ifadəsi elan olunub. Məlum olub ki, o, istintaqa ifadəsində İlham Qasımovdan pulunu istəyərkən ona rəddə cavabı verilib. İlham Qasımov ona “get, hara şikayət edirsənsə, elə” deyə cavab verib.  Zərəçəkmiş Kəmalə Hüseynova ifadələrindəki ziddiyyətlərin kiçik anlaşılmazlıqlar olduğunu deyərək əlavə ifadə vermək istəmədiyini və şikayətçi olmadığını deyib. 

Məhkəmədə o da məlum olub ki, K.Hüseynova pulunu 15 gün əvvəl alıb. 

Məhkəmədə növbəti zərərçəkmiş kimi Sahib Muradov dindirilib. O, ifadəsində 6 ildən artıqdır İlham Qasımova mənzil almaq üçün 76 nmin manat verdiyini deyib. 

“Oğluma ev almaq üçün 76 min manat ödədim. 2010-cu ildə pulu versəm də ev ala bilmədim. 2013-də evi satmaq istədim. İlham dedi ki, evi başqasına satmışam. Pulunu verəcəm. Aramızda etibar var idi. Mən ona etibar ediridm. Həm də onunla iş də görürdük. Mən onun mənzillərini, obyektlərini satırdım. 2014-cü ildən sonra münasibətlər korlandı. Pulumu ala bilmədim. 

Başqa bir məsələ də var ki, məni İlham Qasımov ofisə çağıraraq MTK-ya təsisçi kimi götürəcəyini dedi. Bir sənədə imza atdım. Sonra məni korrupsiyadan çağırdılar ki, bəs mən guya 500 min manatlıq evimi satmışam və İlham Qasımovdan pul almışam. Ancaq mən bundan orada xəbər tutmuşam”.

Sahib Muradov ifadəsində təqsirləndirilən İlham Qasımovun yaxınları tərəfindən hədələndiyini və məhkəmədən bu barədə tədbir görməsini istəyib: “Məni ölümlə hədələyirlər”.

Hakim İlham Qasımova və onun yaxınlarına xəbərdarlıq edib. 

Qeyd edək ki, məhkəmədə şahid qismində tanınanlardan biri də tanınmış müğənni Manaf Ağayev olub. O, növbəti məhkəmə prosesində ifadə verəcək.

Xatırladaq ki, İlham Qasımov “Real” MTK-nın rəhəbri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. 

Qeyd edək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. Bakı Hərbi Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərilib. Məktubda qeyd edilir ki, İlham Qasımov “Akif Çovadarov işi”ndə zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, A.Çovdarov və onunla birlikdə həbs edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işinə Bakı Hərbi Məhkəməsininin hakimləri tərəfindən baxılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar