Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məni bu hesabata ona görə daxil ediblər ki, məhbuslarla görüşmüşəm?”

“Mən bu hesabata ona görə daxil edilmişəm ki, insan haqları müdafiəçiləri, QHT, məhbuslar və onların ailələri ilə görüşmüşəm?”


Bu sözləri Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) yaz sessiyasının keçirilən iclasında avstriyalı parlamentar, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Stefan Şennak Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışında deyib.

S. Şennak bildirib ki, bu hesabat onun obyektivlik və professionallığını şübhə altına alır: “Hamı bilir ki, məsuliyyətlərimə necə ölçülü yanaşıram. Mən bir kabus yaşadım. Adım korrupsiyaya dair hesabata daxil edilib. Biz hüququn aliliyi və insan haqları sahəsində problemlərin olduğu ölkələrlə işləyirik. Belə ölkələrlə işləyəndə ehtiyatlı olmaq lazımdır. Mən Arif, Leyla Yunus, Xədicə İsmayıl kimi ekspertlərlə işləmişəm. Hesabatda adımı görəndə dəhşətə gəlirəm. Ola bilər ki, ilkin mətn yayımlanmazdan öncə daha bir araşdırma aparmaq lazım idi. Mən öz şərəfimi qorumaq və nüfuzumu geri qaytarmaq məcburiyyətində qalıram”.

AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPAsədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.

S. Seyidov da AŞPA-nin yaz sessiyasının ilk iclasında çıxış edərək, 18 ildir, AŞPA-da təmsil olduğunu deyib, bildirib ki, kimsə onu korrupsiyada ittiham edə bilməz. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar