Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənfi olan tək şey Azərbaycana səfərdir”


Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv öz ölkəsinin mətbuatına müsahibə verib


Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- İngiltərə ilə oyundakı nəticə sizi xoşbəxt etdi?

- Biz son 6 ay ərzində bəzi problemlərlə üzləşmişik. Heyətdə zədəlilər var. Özümüz üçün dünya çempionatına uyğun rəqiblər tapmalıyıq. İngiltərə ilə oyun bu baxımdan əla idi.

- Azərbaycanla oyun üçün komandanıza nə tapşırıq vermisiniz?

- Hər kəs bizim rahat qələbə qazanacağımızı düşünür. Mən bilmirəm ki, Azərbaycanla oyunda nə vacibdir. Bizim xeyli sayda gənc istedadlı futbolçularımız var. İlk hissə özümüzü daha yaxşı göstərməliyik. Biz İngiltərə ilə matçdakından daha yaxşı çıxış etməliyik. Yoxlama görüşündə gənclərimiz yaxşı təcrübə qazandı.

- Azərbaycana qət etdiyiniz yol sizə çətinlik yaradacaq?

- Yox, çətinlik olmayacaq. Biz futbolçuları bu duruma hazırlamışıq. Hər hansı risk etməyə hazırlaşmıram. Sadəcə, düşündüklərimizi meydanda həyata keçirməyə çalışacağıq. Azərbaycan bundan əvvəlki oyunlarda inamlı təsir bağışlayıb. Heç də asan olmayacaq.

- Ümumiyyətlə, matçdan hansı nəticəni gözləyirsiniz?

- Mənfi olan tək şey uzun səfər və zaman fərqidi. Amma dediyim kimi buna hazırlaşmışıq. Əhəmiyyətli olan matça köklənməkdir. Əminəm ki, bazar günü meydandan 3 xal və qələbə ilə ayrılacağıq. Bu bizim məqsədimizdi.

- Timo Vernerin vəziyyəti necədi?

- Çox dəlicəsinə bir durum oldu. O uzun bir yol keçib milliyə gəlib. İngiltərəyə qarşı inamlı oynadı. Onu Azərbaycanla oyunda meydana buraxmağı düşünürdük. Amma böyük ehtimalla əzələsindən əməliyyat olunacaq.

- Azərbaycanda meydana Mark Andre ter Ştegen çıxacaq?

- Bu barədə dəqiq fikrimiz yoxdu. Manuel Noyerin olmaması çətindi. Amma onun yerini sığortalayacaq çox futbolçu var. Azərbaycanla oyundan öncə bunu müzakirəyə edəcəyik. Qapıçılarımıza güvənirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar