Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənə toxunanlar cavablarını aldılar” - Rəqsanə


Müğənni Rəqsanə İsmayılova eks-sevgilisi Faiq Azayevin həbs edilməsi xəbərinə münasibət bildirib


Axşam.az-ın məlumatına görə, ifaçı bu hadisənin onu sevindirdiyini, haqq-ədalətin öz yerini tutduğunu yazıb. 

R.İsmayılova bildirib ki, F.Azayevlə adının bir hallanması onu narahat edib:

"Bu həyatda Allahımdan çox razıyam. Əvvəla haqqı danıb, nahaq yolla adamı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir və haqqını alır. Zamanında çox şeylər deyildi, yazıldı. Aradan demək olar ki, illər keçdi. Amma Allaha sığındım, səbr etdim və o, yollarımı açdı: gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm. Allahını unudan insanlar bir-bir cavabını alır və bunu mən görürəm. 

Haqq-ədalət öz yerini tapır. Əslində mən çətin günə sevinən insan deyiləm və buna haqqım da yoxdur. Mən də ana, Allahın bəndəsiyəm. Sadəcə mənim adımdan, tanınmağımdan istifadə edib bacardıqları qədər çörəyimi yeyib mənə quyu qazıblar. Adını çəkmək istəmədiyim qadının bir zaman güvəndikləri indi haradadır? Bu gün yenə mənim adımın altında gizlənib. Bir daha adımı o insanların yanında qətiyyən hallandırmayın. Onlardan nə sevgili, nə dost, nə də ki, insan olar. Sadəcə salam verib, dost demək istəmişəm. Sonra mətbuatda gedib və hamı bilib. Onlara qoşulanların kimliyi bəllidir. O gündən bu günə kimi zəfər çaldım. Çünki təmiz idim. Allah bir insanın nə qədər günah etdiyini görür və deyir ki, bacardığın qədər et, vaxtın var. Birdə görürsən elə şeylər baş verir ki... Səbr etməklə hər kəsin kimliyi bəlli olur. Allah heç kimi darda qoymasın. Şər, böhtan söyləyən, şeytan əməlinə uyub min oyuna əl atan, insanın üzünə duranlar bədbəxtdirlər. Allah köməkləri olsun. Mənə toxunanlar cavablarını ala-ala gəlir".

Xatırladaq ki, ötən gün Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar