Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənə dəyməyən qurd...” siyasəti


Dünyada nə tam ədalətli dövlət var, nə də elə bir insan. Hər kəs bu və ya digər şəkildə, hansısa məqamda, özünə sərf edən zaman ədalətsiz ola, ikili standarta yol verə bilir


Son vaxtlar baş verən müxtəlif səpkili hadisələr cəmiyyətimizin, dünya ictimaiyyətinin bu sağalmaz mərəzini vaxtaşırı büruzə verir.

Məsələn, Türkiyədə baş verən dəhşətli terror aktlarını götürək. Ölkəmizdə 1 yanvar teraktını qınayanlar və ona rəğbətlə yanaşanlar, “əcəb olub” deyənlər vardı. 

Bir də xatırlayaq 10-15 il öncə Rusiyada çeçen terrorçuları tərəfindən törədilən “Nord-Ost”, Beslan, Budyonovsk, Kizlar və digər terror aktlarını.

Bu gün Türkiyədəki terror aktlarını kəskin şəkildə qınayanlar, yəni biz, o vaxt dəhşətli hadisələr törədən çeçenlərin milli azadlıq mübarizəsinin tərkib hissəsi sayırdıq. O dövrün qəzetlərini açıb baxaq, bir yerdə də “çeçen terrorçular” ifadəsi yazılmayıb, bir qayda olaraq “mücahidlər” adlandırılıb, rəğbətlə yanaşılıb. 

Sonrası necə oldu? Çeçenistanda sıxışdırılan həmin “mücahidlər”in bir hissəsi Əfqanıstana, Suriyaya, Türkiyəyə sızdılar, orada qruplaşdılar, “əl-Qaidə”yə, İŞİD-ə qoşuldular və “terrorçu” oldular. 

Əslində onlar elə əvvəlcədən terrorçu idilər və adları hələ o vaxt, günahsız körpələri məktəbdə, tamaşaçıları teatrda girov götürəndə, metroda məsum insanları partladanda prinsipial şəkildə qoyulmalıydı. Fəqət separatçı çeçenlərin hədəfi Rusiya dövləti olunca, bunu normal sayanlar çox idi.

İndi Almaniya, Belçika, Fransa, Hollandiya və başqa ölkələr PKK terror təşkilatının Türkiyədə törətdiyi terror aktlarını “milli azadlıq mübarizəsi” çərçivəsində aparılan partizan mübarizəsi hesab edir, damğalamaqdan, mühakimə etməkdən çəkinirlər. Sabah PKK silahı onlara çevirsə, avtomatik “terror təşkilatı” kimi damğalanacaq.

Bu gün ABŞ Yaxın Şərqdə PKK-nı və digər kürd hərbi təşkilatlarını öz müttəfiqi sayır, halbuki onlar günlərin birində “əl-Qaidə” kimi nəzarətdən çıxa, silahı ABŞ-ın özünə çevirə bilərlər. O zaman ABŞ da valın o biri üzünü oxudacaq.

Amma İspaniya terrorizmi və separatizmi dəstəkləmir. Niyə? Çünki özü də bask və Kataloniya separatizmi ilə üz-üzədir, bir zamanlar bu ölkədə də vaxtaşırı “məxməri terakt”lar törədilirdi (partlayışlar olurdu, əmlaka ziyan vurulurdu, amma insan tələfatı olmurdu).

Fransa ötən ilə qədər İŞİD terrorizminə daha dözümlü yanaşırdı, sonradan özü zərbəyə məruz qalanda dünyanı ayağa qaldırdı, Parisdə Avropa liderlərinin terrora etiraz paradını təşkil etdi. Ancaq eyni və daha şiddətli terror aktı Ankarada, İstanbulda baş verəndə yenə təmkinli davrandı. 

“Atəş düşdüyü yeri yandırar” kəlamının hikməti hər dəfə yerini alır. Bütün ölkələr məhz özləri terrora məruz qalanda həyəcanlanır, hamının terroru lənətləməsini tələb edirlər. Başqa vaxt “mənə dəyməyən qurd yüz il yaşasın” siyasəti yeridilir.

“Beynəlxalq terrorizm” adlı qurd isə növbəylə hamıya dəyir. Bin Ladenin adamları 2001-ci ildə ABŞ-da qaçırılmış təyyarələrlə əkiz göydələnləri, Pentaqonun binasını taran edib partladanda, “bu, ABŞ-ın problemidir” deyən ölkələr çox idi. Sonra onların bir xeylisi eyni problemlə üzləşəsi oldu.

Avropaya axışan miqrantlar məsələsində də ikili standartlar hökm sürür. Bəzi dövlətlər özləri miqrant qəbul etmədikləri halda mühacirləri qəbul etməyən, hətta qəbul edərkən obyektiv səbəblərdən qüsura yol verən dövlətləri tənqid edirlər. İngiltərənin Avropa Birliyindən çıxmasının əsas səbəblərindən biri də ölkənin birlik daxilində olarkən miqrant qəbuulu ilə bağlı öhdəliyi yerinə yetirməyə məcbur olmasıydı.  

Bizim ölkəmizdə də Macarıstanda miqrantlara qarşı yol verilən qabalıqları qınayan xeyli adam vardı, ancaq sonradan məlum oldu ki, özümüz nəinki hər şeyini itirmiş miqrantların, heç böyük maddi imkanlara malik ərəb turistlərin ölkəmizə axınına təhəmmül edə bilmirik. 

Xalid KAZIMLI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar