Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz”

Prosesdə Azər Mehdiyev son sözlə çıxış edərək günahsız olduğunu deyib


"Məni Maqsud Mahmudovun işinə görə tutublar. Həni  epizodda mənim günahım yoxdur. Barəmdə bəraət hökmü çıxarılmalıdır".
 
General Elçin Quliyev isə çıxışında kəskin danışmayıb: "Məni  siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər naliyyətlərim olub. Gəncə, "Sovetski" hadisələrində ciddi xidmətlərim olub.  Güclü əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu, belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm".
 
 
O, çıxışında bir dəfə də olsun keçmiş rəhbərinin adını çəkməyib.
 
 
Daha sonra hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb.
 
 
Hökmün elanı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
 
***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinin davamı başlayıb.
 
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə general Elçin Quliyevin son sözlə çıxış edəcəyi gözlənilir.
Digər təqsirləndirilən polkovnik Azər Mehdiyev də son sözlə çıxış edəcək.
 
Bu gün hakimlər kollegiyasının hökm qəbul etmək üçün müşavirəyə çıxacağı gözlənilir.
 
Hazırda zərərçəkənlər və təqsirləndirilən şəxslərin yaxınları məhkəmə salonuna buraxılıb.
 
Jurnalistlər məhkəməyə buraxılmayıb.
 
Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.
Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib.
 
 Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar