Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən Təhsil Nazirliyində işləmirəm” - Elxan Məmmədov


AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb


PİA.AZ həmin müsahibəni təqdim edir:

- "Xəzər" klubu I Divizionda çempionu oldu. "Səbail", "Kəpəz" və "Zirə" də Premyer Liqaya gələndə çatışmazlıqlar var idi. Bu komandalar arasında faciəvi fərq varmı?

- O komandalarda çatışmazlıqlar yox idi. Bu gün arxivləri də açıb sizə təqdim edə bilərik. Həmin komandalarda sənədlər var idi. Sənədlərin 80-90 faizi qaydasında olanda İcraiyyə Komitəsinə təqdim olunur, komitə isə məsuliyyəti öz üzərinə götürür ki, güzəştə gedək. Amma sənədlər heç olmayanda heç bir hərəkət etmək mümkün deyil. Sənədlərin 10-20 faizi təqdim olunanda bu, bizim üçün təhlükədi. Biz hazırda Premyer Liqanın vəziyyətini stabilləşdirdik. Biz komandanın sayının az olduğunu bilirik. Bu 8 komanda stabil komandalardır. Artıq onların təməli var. Uşaq komandaları, infrasturukturları var. Bəzilərinin bazaları da mövcuddur. Ona görə də biz sənədlərə diqqətlə yanaşmalıyıq ki, gələn komanda o təməli pozmasın. Həmin təməllə gəlsin. Komanda yarandı, Birinci Divizionu çempion olaraq başa vurdu, amma sənədləri və gələcək planları təqdim etmədən Lisenziyalaşdırma və İcraiyyə Komitəsi istisna təqdim eləsə, sonra bunun arxasında durmaq lazımdı. Biz istəmirik ki, çempionat 7 komanda ilə davam etsin. Əvvələr biz bunu gördük. Bəzi klublıar çemnpionatın ortasında futbolçulara maaşları da verə bilmirdilər. Amma biz bank əmanətləri tələb etməsəydik, həmin futbolçular maaşsız qalardı. 3 ay ərzində onları var gücü ilə oynamağa  heç kim məcburt edə bilməzdi. Biz sənədləşdirmə işlərinə diqqətlə yanaşırıq. Lisenziyalaşdırma şərtlərini pozmamağa çalışırıq. Əvvəlki təcrübə göstərdi ki, biz bunu risk edə bilmərik. Çünki hazırda Premyer Liqada olan mübarizə, rəqabət. Son iki turda da ədalərli oyunun - feyr-pleyin şahidi olduq. Sübut olundu ki, komandalar müstəqil şəkildə fəaillət göstərir və təməli olan komandalardır. Siz tək Premyer Liqaya baxmayın. Həmin komandaların nəznində uşaq komandalarına baxın. 8 komandanın hamısı mütəmadi olaraq bütün uşaq liqalarında təmsil olunur. I Divizionda isə bu yoxdur. Həmin çempionatda hərdən-bir oyuna gəlirlər. Texniki məğlubiyyətlər olur. Lakin Premyer Liqada biz görürük ki, komandalar çox məsuliyyətlidirlər. Ümumiyyətlə işlərinə məsuliyyətli yanaşırlar. AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, klubların infrasturukturları da yaxşılaşdırılır sünü ot örtüyündən təbii ota keçir. Əvvələr bizə təkan lazım idi. Qadınlar arasında dünya çempionatı  bizə təkan verdi. Həmin çempionatda süni otda oyunlar oldu. Artıq həmin stadionların ot örtüyün dəyişməyə başlamışıq. "Dalğa Arena"da da dəyişdirdik. Digər stadionlarda da dəyişdirdik. Yeni təbii ot örtükləri quraşdırılır. İyul ayında "Zirə" klunun da meydançasında da yeni təbii ot örtüyu AFFA tərəfindən quraşdırılacaq. Bu İcraiyyə Komitəsinin iclasında da müzakirə elədik. "Keşlə" klubunun infrastrukturu müəyyən olunandan sonra ordakı ot örtüyü də dəyişdiriləcək. 

- "Kəpəz" Premyer Liqanı tərk edir və "Sabah" gəlir. Bölgələrin futboldan uzaq qalması nə dərəcədə doğrudur? 

-  Əslində biz də istəyərdik ki, daha çox bölgə futbolu inkişaf etdirilsin. İcraiyyə Komitəsi bunu maksimum edir. Birinci Divizion buna sübutdur. Buna maliyyə də ayrılıb. Bu gün baxsaq görərik ki, bölgə komandaları AFFA tərəfindən maliyyələşdirilir. Biz hazıda müəyyən edə bilmərik ki, Premyer Liqada hansı komanda iştirak edəcək. I Divizionda özünü maliyyələşdirən komandalar var. Onlar Bakını təmsil edirlər. Biz deyə bilmərik ki, gedin bölgəni təmsil edin. Komanda yaradılanda bölgədə yaradıla bilərdi. Klublar davamlı olmalıdır. 1-2 mövsümlük yox. İcraiyyə Komitəsi bizə tapşırdı ki, I Divizionda yeni komsepsiya təqdim edək. Orda şübhəli oyunların sayı artır. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Araşdırma gedir. Biz ordakı olan xəstəliyi təmizləməliyik. 

- "Sabah" klubunun sizə yaxın olduğu deyilir... 

- "Sabah" klubunun təməli var. O əslində "Vətən" klubudur. Onun təməli, ifrastrukturu "Vətən" klubunda qurulub. Bildiyiniz kimi, "Vətən" klubu uşaq futboluna xidmət edir. "Vətən" klubu olaraq, Bu klub Təhsil Nazirliyi tərəfindən tam dəstək görür. Bütün yaş kateqoriyalarında "Vətən" klubunu görə bilərsiniz. Öz yarışları da var. Mən Təhsil Nazirliyində işləmirəm. AFFA-da çalışıram. Bütün klublara yaxşı münasibətimiz var. Peşəkar münasibətimiz var. Lisenziyalaşdırma şərtlərini klub təqdim edirsə, Mən yalandan necə deyim ki, təqdim etmir. Təqdim edib. Digərləri isə təqdim etməyib. Digərləri təqdim ediblərsə, gətirsinlər o sənədləri bizə göstərsinlər. Sənədləri qəbul edəndə imzalayıb qəbul edirlər. Kopyasını isə qaytarırıq. Heç kim dəyə bilməz ki, biz subyektiv yanaşırıq. Bu klublarla fərdi olaraq görüşmüşəm. Hər şeyi soruşmuşam. Maliyyə mənbəyi, infrastuktur, uşaq futbolu, və s. Təəəssüf ki, şifahi cavab da ala bilmədik. Nəinki yazılı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar